https://sputnik.az/20241106/prezident-tdt-ye-uzv-olkeler-arasinda-herbi-emekdasliqdan-danisib-468545461.html
Prezident TDT-yə üzv ölkələr arasında hərbi əməkdaşlıqdan danışıb
Prezident TDT-yə üzv ölkələr arasında hərbi əməkdaşlıqdan danışıb
Sputnik Azərbaycan
Prezident hərbi təhsil müəssisələrimizdə qardaş ölkələrin müdavimlərinin təhsil almalarının qarşılıqlı etimadın və dostluğun göstəricisi olduğunu vurğulayıb. 06.11.2024, Sputnik Azərbaycan
2024-11-06T12:14+0400
2024-11-06T12:14+0400
2024-11-06T12:28+0400
azərbaycan xəbərləri
prezident ilham əliyev
türk dövlətləri təşkilatı
https://cdnn1.img.sputnik.az/img/07e8/0b/06/468547295_0:171:3032:1877_1920x0_80_0_0_3d4eddab6b6f9fe922d6094f7c1805df.jpg
BAKI, 6 noyabr — Sputnik. Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı üzv ölkələr arasında hərbi əməkdaşlıqdan danışıb. Dövlətimizin başçısı bununla bağlı deyib:Ölkələrimizin silahlı qüvvələrinin iştirakı ilə hərbi təlimlərin keçirildiyini vurğulayan Prezident hərbi təhsil müəssisələrimizdə qardaş ölkələrin müdavimlərinin təhsil almalarının qarşılıqlı etimadın və dostluğun göstəricisi olduğunu vurğulayıb. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 5-də Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə iştirak etmək üçün Qırğız Respublikasına səfərə gedib. Noyabrın 5-də Qırğızıstanın paytaxtı Bişkekdə Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçılarının 11-ci Zirvə görüşündə iştirak edən dövlət və hökumət başçılarının qeyri-rəsmi şam yeməyi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Xatırladaq ki, Türk Dövlətləri Təşkilatı və ya keçmiş adı ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası 3 oktyabr 2009-cu ildə Naxçıvan şəhərində imzalanan Naxçıvan müqaviləsi ilə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan arasında qurulmuş olan beynəlxalq təşkilatdır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/0b/06/468547295_151:0:2882:2048_1920x0_80_0_0_d15988e63c7fb5bb676f2de40e7f3719.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
prezident ilham əliyev, türk dövlətləri təşkilatı
prezident ilham əliyev, türk dövlətləri təşkilatı
Prezident TDT-yə üzv ölkələr arasında hərbi əməkdaşlıqdan danışıb
12:14 06.11.2024 (Yenilənib: 12:28 06.11.2024) Prezident hərbi təhsil müəssisələrimizdə qardaş ölkələrin müdavimlərinin təhsil almalarının qarşılıqlı etimadın və dostluğun göstəricisi olduğunu vurğulayıb.
BAKI, 6 noyabr — Sputnik. Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı üzv ölkələr arasında hərbi əməkdaşlıqdan danışıb.
Dövlətimizin başçısı bununla bağlı deyib:
"Hazırda dünyada artan təhlükələri nəzərə alaraq müdafiə, təhlükəsizlik və müdafiə sənayesi sahəsində əməkdaşlığımız böyük əhəmiyyət daşıyır. Son dövrlər hüquq-mühafizə və təhlükəsizlik orqanlarımız arasında əməkdaşlıq daha da genişlənib".
Ölkələrimizin silahlı qüvvələrinin iştirakı ilə hərbi təlimlərin keçirildiyini vurğulayan Prezident hərbi təhsil müəssisələrimizdə qardaş ölkələrin müdavimlərinin təhsil almalarının qarşılıqlı etimadın və dostluğun göstəricisi olduğunu vurğulayıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 5-də Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə iştirak etmək üçün Qırğız Respublikasına səfərə gedib.
Noyabrın 5-də Qırğızıstanın paytaxtı Bişkekdə Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçılarının 11-ci Zirvə görüşündə iştirak edən dövlət və hökumət başçılarının qeyri-rəsmi şam yeməyi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Xatırladaq ki, Türk Dövlətləri Təşkilatı və ya keçmiş adı ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası 3 oktyabr 2009-cu ildə Naxçıvan şəhərində imzalanan Naxçıvan müqaviləsi ilə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan arasında qurulmuş olan beynəlxalq təşkilatdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.