NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Neft və qaza tələbat artdıqca dünya Afrika resurslarına arxalanacaq – OPEC

© AP Photo / Ronald ZakOPEC-in mənzil-qərargahı, arxiv
OPEC-in mənzil-qərargahı, arxiv - Sputnik Azərbaycan, 1920, 06.11.2024
Abunə olmaq
Cənubi Afrikanın Keyptaun şəhərində illik Afrika Enerji Həftəsi 4-8 noyabr 2024-cü il tarixlərində keçirilir.
BAKI, 6 noyabr — Sputnik. Dünya neft və qaza artan tələbat fonunda Afrikanın təbii ehtiyatlarına arxalanmağa davam edəcək. Bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) məlumat verib.

"Dünya neft və qaza sürətlə artan qlobal tələbatı ödəmək üçün uzunmüddətli perspektivdə Afrika resurslarına arxalanmağa davam edəcək", - OPEC-in baş katibi Haysam əl-Qays Afrika Enerji Həftəsi (African Energy Week) forumunda deyib.

Əl-Qays həmçinin investisiya, siyasət, mövcud enerji ilə atmosferə atılan tullantıların azaldılması arasında tarazlığın təmin edilməsi və Afrikanın təbii sərvətlərindən enerji yoxsulluğuna qarşı mübarizə üçün istifadə ilə bağlı bir sıra mühüm məsələləri müəyyən edib.
Qeyd edək ki, illik Afrika Enerji Həftəsi 4-8 noyabr 2024-cü il tarixlərində Cənubi Afrikanın Keyptaun şəhərində keçirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0