Bakıda COP29 yazısı olan tablo, arxiv - Sputnik Azərbaycan, 1920, 05.11.2024
COP29
Bu il Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edir. Bu, ölkə tarixində ən böyük beynəlxalq tədbirdir.

"Koroğlu" stansiyasında COP29-la bağlı istiqamət lövhələri yerləşdirilib

© Sputnik / Murad Orujov"Koroğlu" stansiyası yaxınlığında körpü, arxiv
Koroğlu stansiyası yaxınlığında körpü, arxiv - Sputnik Azərbaycan, 1920, 06.11.2024
Abunə olmaq
Hidayət Məmmədov qeyd edib ki, stansiyada konfrans iştirakçıları və qonaqların hərəkət rahatlığı, həmçinin səmti asanlıqla müəyyən etmələri məqsədilə bir sıra tədbirlər görülüb.
BAKI, 6 noyabr — Sputnik. Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP) Bakıda keçiriləcək 29-cu sessiyasının (COP29) əsas məkanı Bakı Olimpiya Stadionu olduğundan "Koroğlu" stansiyası ərazi üzrə ən mühüm nəqliyyat qovşaqlarından biri kimi fəaliyyət göstərəcək. Bu barədə Bakı Metropolitenin Koroğlu stansiyasında COP29 müddətində, eləcə də bayramlarda metronun iş qrafiki ilə bağlı keçirilən brifinqdə Bakı Metropoliteni QSC sədrinin müavini Hidayət Məmmədov bildirilib.
© Sputnik / Zulfiyya GuluyevaBakı Metropolitenində brifinq
Bakı Metropolitenində brifinq - Sputnik Azərbaycan, 1920, 06.11.2024
Bakı Metropolitenində brifinq
Hidayət Məmmədov qeyd edib ki, stansiyada konfrans iştirakçıları və qonaqların hərəkət rahatlığı, həmçinin səmti asanlıqla müəyyən etmələri məqsədilə bir sıra tədbirlər görülüb.
Onun sözlərinə görə, COP29 Əməliyyat Şirkətinin "Koroğlu" stansiyasında apardığı monitorinqlər əsasında hazırladığı əlavə naviqasiya sistemi platforma, keçid və vestibül sahələrində quraşdırılıb:

"Əsas məqsəd müxtəlif nəqliyyat vasitələri, o cümlədən avtobus, taksi, fərdi avtomobillər və dəmiryolu xətti ilə gələn COP29 iştirakçıları və qonaqların "Koroğlu" stansiyasının keçidindən istifadə edərkən səmti düzgün müəyyən etməsinə yardımçı olmaqdır".

Metropoliten rəsmisi qeyd edək ki, stansiyada iştirakçıların və qonaqların, eləcə də metropolitendən az istifadə edənlərin rahatlığını təmin etmək məqsədilə COP29 Əməliyyat Şirkətinin təşkilatçılığı ilə 10 metro stansiyasına könüllülər cəlb olunub.
"Ən çox könüllü məhz şaxələnmiş infrastruktura malik "Koroğlu" stansiyası ərazisində müəyyən edilmiş zonalarda fəaliyyət göstərəcək", - Bakı Metropoliteni QSC sədrinin müavini deyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0