Bakıda COP29 yazısı olan tablo, arxiv - Sputnik Azərbaycan, 1920, 05.11.2024
COP29
Bu il Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edir. Bu, ölkə tarixində ən böyük beynəlxalq tədbirdir.

COP29-la əlaqədar Bakı metropolitenində qərargah fəaliyyət göstərəcək

© Sputnik / Murad OrujovBakı metrosu, arxiv
Bakı metrosu, arxiv - Sputnik Azərbaycan, 1920, 06.11.2024
Abunə olmaq
Metropoliten rəsmisi qeyd edib ki, qərargahın fəaliyyətində əlaqələndirmə, situasiya mərkəzlərinin işi və işçi qrupların fəaliyyəti tənzimlənəcək.
BAKI, 6 noyabr — Sputnik. Bakıda keçirilən bütün irimiqyaslı tədbirlərdə olduğu kimi, COP29 zamanı da Bakı metropolitenində qərargah fəaliyyət göstərəcək. Bakı metropoliteninin paytaxtda keçirilən kütləvi tədbirlərlə əlaqədar əməliyyat planına uyğun olaraq, COP29-un xüsusiyyətləri nəzərə alınmaqla, hazırlıqlar başa çatdırılıb.
Bu barədə Bakı Metropolitenin Koroğlu stansiyasında COP29 müddətində, eləcə də bayramlarda metronun iş qrafiki ilə bağlı keçirilən brifinqdə Bakı Metropoliteni QSC sədrinin müavini Hidayət Məmmədov bildirib.
Metropoliten rəsmisi qeyd edib ki, qərargahın fəaliyyətində əlaqələndirmə, situasiya mərkəzlərinin işi və işçi qrupların fəaliyyəti tənzimlənəcək:

"Burada təşkilati, kommunikasiya və bir sıra digər məsələlərlə bağlı məsul şəxslər müəyyən edilməklə tənzimlənmə mexanizmləri qurulub. Əməliyyat planına uyğun olaraq, Bakı metropolitenində COP29 dövründə adi iş günlərində olan məsul növbətçilik qaydaları qüvvədə saxlanılmaqla əlavə tədbirlər müəyyən edilib. Əsas nəzarət sahələri və zonaları, digər qurumlarla əlaqələndirmə və aidiyyəti qurumların fəaliyyətinin təmin edilməsi, birgə fəaliyyətin qurulması qaydaları və məsul şəxslər qeyd olunub".

Onun sözlərinə görə, qərargahda həm metropoliten, həm də stansiya üzrə mərkəzləşdirilmiş fəaliyyətin təmin edilməsi məqsədilə Daxili İşlər və Fövqəladə Hallar nazirlikləri, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və digər qurumlarla sıx əlaqəli işlər aparılaraq, müvafiq şərait yaradılıb.

"Həmçinin "Bakı Metropoliteni" QSC üzrə stansiyaların rəhbər və işçi heyətinin iş rejimi müəyyən edilib. Bununla yanaşı, müxtəlif struktur və sahələrin rəhbərlərinin daxil olduğu əlavə nəzarət cədvəlləri təyin olunub. Ümumilikdə, bütün işçi qrupların fəaliyyətinin "Bakı Metropoliteni" QSC-nin "Koroğlu" stansiyasından idarə edilməsi istiqamətində təşkilati və texniki təchizat işləri yekunlaşdırılıb", - Hidayət Məmmədov bildirib.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0