https://sputnik.az/20241106/a-ve-bee-enerji-ve-yasil-texnologiyalar-sahesinde-emekdasligi-guclendirecek-468564191.html
Aİİ və BƏƏ enerji və yaşıl texnologiyalar sahəsində əməkdaşlığı gücləndirəcək
Aİİ və BƏƏ enerji və yaşıl texnologiyalar sahəsində əməkdaşlığı gücləndirəcək
Sputnik Azərbaycan
AİK naziri BƏƏ-nin Energetika Nazirliyinin rəhbərinə Aİİ üzv dövlətləri tərəfindən enerji resursları üçün ümumi bazarların qurulması istiqamətində aparılan... 06.11.2024, Sputnik Azərbaycan
2024-11-06T20:21+0400
2024-11-06T20:21+0400
2024-11-06T20:21+0400
iqtisadiyyat
avrasiya iqtisadi ittifaqı
komissiya
iqtisadi
bəə
ticarət
enerji
qaz resursları
https://cdnn1.img.sputnik.az/img/07e8/0a/04/467866297_0:175:3020:1874_1920x0_80_0_0_2080f647fa1b3cc0d06941a41f4643e8.jpg
BAKI, 6 noyabr — Sputnik. Avrasiya İqtisadi Komissiyasının (AİK) energetika naziri Arzıbek Kojoşev və BƏƏ-nin energetika naziri Suheyl Mohamed Al-Mazrui Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələri ilə BƏƏ arasında enerji sektoru sahəsində əməkdaşlığın inkişafı perspektivlərini müzakirə ediblər. AİK naziri enerji resursları üçün ümumi bazarların qurulması, eləcə də bərpa olunan enerji mənbələrinin və Aİİ çərçivəsində iqlim gündəliyinin təşviqi istiqamətində Aİİ üzv dövlətləri tərəfindən görülən işlərdən danışıb. Tərəflər enerjiyə qənaət və enerji səmərəliliyinin artırılması, həmçinin yaşıl texnologiyaların və bərpa olunan enerji mənbələrinin inkişafı sahəsində təcrübə mübadiləsi aparmaq barədə razılığa gəliblər. Xatırladaq ki, bu ilin oktyabrında BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zaid Əl Nəhəyyan rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar zamanı ölkənin Aİİ ilə azad ticarət sazişi üzərində işləməyə davam etdiyini bildirmişdi. BƏƏ ilə Aİİ arasında azad ticarət zonasının yaradılması üzrə danışıqlar ötən ilin martında başlayıb. Bu müddət ərzində tərəflər bir sıra məsləhətləşmələr aparıblar.Rusiya İqtisadi İnkişaf Nazirliyinin məlumatına görə, sənəd digər məsələlərlə yanaşı, tariflərin liberallaşdırılması, gömrük və sənaye əməkdaşlığı, elektron ticarət və əqli mülkiyyət, ticarətin qorunması tədbirləri məsələlərini tənzimləyəcək.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/0a/04/467866297_145:0:2876:2048_1920x0_80_0_0_42881311ee877d45ec8562ec3febe2ec.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
avrasiya iqtisadi ittifaqı, komissiya, iqtisadi, bəə, ticarət, enerji, qaz resursları
avrasiya iqtisadi ittifaqı, komissiya, iqtisadi, bəə, ticarət, enerji, qaz resursları
Aİİ və BƏƏ enerji və yaşıl texnologiyalar sahəsində əməkdaşlığı gücləndirəcək
AİK naziri BƏƏ-nin Energetika Nazirliyinin rəhbərinə Aİİ üzv dövlətləri tərəfindən enerji resursları üçün ümumi bazarların qurulması istiqamətində aparılan işlər barədə məlumat verib.
BAKI, 6 noyabr — Sputnik. Avrasiya İqtisadi Komissiyasının (AİK) energetika naziri Arzıbek Kojoşev və BƏƏ-nin energetika naziri Suheyl Mohamed Al-Mazrui Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələri ilə BƏƏ arasında enerji sektoru sahəsində əməkdaşlığın inkişafı perspektivlərini müzakirə ediblər.
AİK naziri enerji resursları üçün ümumi bazarların qurulması, eləcə də bərpa olunan enerji mənbələrinin və Aİİ çərçivəsində iqlim gündəliyinin təşviqi istiqamətində Aİİ üzv dövlətləri tərəfindən görülən işlərdən danışıb.
Tərəflər enerjiyə qənaət və enerji səmərəliliyinin artırılması, həmçinin yaşıl texnologiyaların və bərpa olunan enerji mənbələrinin inkişafı sahəsində təcrübə mübadiləsi aparmaq barədə razılığa gəliblər.
Xatırladaq ki, bu ilin oktyabrında BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zaid Əl Nəhəyyan rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar zamanı ölkənin Aİİ ilə azad ticarət sazişi üzərində işləməyə davam etdiyini bildirmişdi.
BƏƏ ilə Aİİ arasında azad ticarət zonasının yaradılması üzrə danışıqlar ötən ilin martında başlayıb. Bu müddət ərzində tərəflər bir sıra məsləhətləşmələr aparıblar.
Rusiya İqtisadi İnkişaf Nazirliyinin məlumatına görə, sənəd digər məsələlərlə yanaşı, tariflərin liberallaşdırılması, gömrük və sənaye əməkdaşlığı, elektron ticarət və əqli mülkiyyət, ticarətin qorunması tədbirləri məsələlərini tənzimləyəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.