https://sputnik.az/20241105/turkiye-qirgizistanin-xarici-borcunu-silib-468523281.html
Türkiyə Qırğızıstanın xarici borcunu silib
Türkiyə Qırğızıstanın xarici borcunu silib
Sputnik Azərbaycan
Qırğızıstan Prezident Administrasiyasının məlumatına görə, Türkiyə 58,8 milyon dollar məbləğində bütün xarici borcunu silib. 05.11.2024, Sputnik Azərbaycan
2024-11-05T15:33+0400
2024-11-05T15:33+0400
2024-11-05T15:33+0400
türkiyə
dünya xəbərləri
qırğızıstan
xarici borc
bağışlanma
ərdoğan
sadır japarov
https://cdnn1.img.sputnik.az/img/41655/26/416552627_0:130:3183:1920_1920x0_80_0_0_078bbf08c5c914d73e3918fdbbbfbaab.jpg
BAKI, 5 noyabr — Sputnik. Türkiyə Qırğızıstanın 62,3 milyon dollarlıq xarici borcunu silib. Bu barədə Sputnik Qırğızıstan məlumat yayıb. Qırğızıstan Prezident Administrasiyasının məlumatına görə, Türkiyə 58,8 milyon dollar məbləğində bütün xarici borcunu silib. Xatırladaq ki, 2013-cü ildə Türkiyə Qırğız Respublikasına olan 50 milyon dollar borcunu silib. Onu da qeyd edək ki, Qırğızıstan prezidenti Sadır Japarov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana Qırğızıstanda həm Qırğızıstan Respublikasının, həm də Mərkəzi Asiyanın digər ölkələrinin və Rusiyanın ehtiyaclarını ödəyəcək Türkiyə dərman zavodunun tikintisini təklif edib. Bu gün Bişkekdə iki ölkə başçılarının geniş tərkibdə görüşü baş tutub. Japarovun iqtisadi mövzu ilə bağlı əsas açıqlamalarında qeyd olunub ki, Qırğızıstanın bəzi əsas ixracat məhsullarına Türkiyədə güzəştli rejim yoxdur. Bununla əlaqədar olaraq, Ərdoğan Qırğızıstandan ixrac yönümlü mallara daha aşağı gömrük tariflərinin tətbiqi imkanlarının nəzərdən keçirilməsini xahiş edib. Qırğızıstan Prezidenti Türkiyə şirkətlərinin kiçik və orta su elektrik stansiyalarının tikintisi layihələrində iştirak imkanlarına baxmağı təklif edib. Onun sözlərinə görə, bu, təkcə maddi deyil, həm də bütün regiona ekoloji dividendlər gətirəcək; Japarov bu il mayın 1-dən Qırğızıstan-Türkiyə yükdaşıyıcıları üçün qadağaların ləğv edildiyini və bu, iki ölkə arasında yüklərin daşınması üçün mühüm qərar olduğunu bildirib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41655/26/416552627_226:0:2957:2048_1920x0_80_0_0_2b75845997686e0779b0d8dfd01eadee.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
türkiyə, qırğızıstan, xarici borc, bağışlanma, ərdoğan, sadır japarov
türkiyə, qırğızıstan, xarici borc, bağışlanma, ərdoğan, sadır japarov
Türkiyə Qırğızıstanın xarici borcunu silib
Qırğızıstan Prezident Administrasiyasının məlumatına görə, Türkiyə 58,8 milyon dollar məbləğində bütün xarici borcunu silib.
BAKI, 5 noyabr — Sputnik. Türkiyə Qırğızıstanın 62,3 milyon dollarlıq xarici borcunu silib. Bu barədə Sputnik Qırğızıstan məlumat yayıb.
"Mən prezident Ərdoğana Qırğızıstanın Türkiyəyə olan xarici borcunu silmək qərarına görə minnətdarlığımı bildirmək istəyirəm", - Japarov bildirib.
Qırğızıstan Prezident Administrasiyasının məlumatına görə, Türkiyə 58,8 milyon dollar məbləğində bütün xarici borcunu silib.
Xatırladaq ki, 2013-cü ildə Türkiyə Qırğız Respublikasına olan 50 milyon dollar borcunu silib.
Onu da qeyd edək ki, Qırğızıstan prezidenti Sadır Japarov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana Qırğızıstanda həm Qırğızıstan Respublikasının, həm də Mərkəzi Asiyanın digər ölkələrinin və Rusiyanın ehtiyaclarını ödəyəcək Türkiyə dərman zavodunun tikintisini təklif edib.
Bu gün Bişkekdə iki ölkə başçılarının geniş tərkibdə görüşü baş tutub.
Japarovun iqtisadi mövzu ilə bağlı əsas açıqlamalarında qeyd olunub ki, Qırğızıstanın bəzi əsas ixracat məhsullarına Türkiyədə güzəştli rejim yoxdur. Bununla əlaqədar olaraq, Ərdoğan Qırğızıstandan ixrac yönümlü mallara daha aşağı gömrük tariflərinin tətbiqi imkanlarının nəzərdən keçirilməsini xahiş edib.
Qırğızıstan Prezidenti Türkiyə şirkətlərinin kiçik və orta su elektrik stansiyalarının tikintisi layihələrində iştirak imkanlarına baxmağı təklif edib. Onun sözlərinə görə, bu, təkcə maddi deyil, həm də bütün regiona ekoloji dividendlər gətirəcək;
Japarov bu il mayın 1-dən Qırğızıstan-Türkiyə yükdaşıyıcıları üçün qadağaların ləğv edildiyini və bu, iki ölkə arasında yüklərin daşınması üçün mühüm qərar olduğunu bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.