Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Toxunmuş nar: Azərbaycan xalçaları Latviyada təqdim olunub

© Photo : AzerxalcaRiqada "Toxunmuş nar: Azərbaycanın əzəmətli xalçaları" adlı Azərbaycan xalçalarının sərgisi
Riqada Toxunmuş nar: Azərbaycanın əzəmətli xalçaları adlı Azərbaycan xalçalarının sərgisi  - Sputnik Azərbaycan, 1920, 05.11.2024
Abunə olmaq
Xalçalar gənc rəssam Samirə Allahverdiyevanın əsərləri əsasında toxunub.
BAKI, 5 noyabr — Sputnik. Latviyanın paytaxtı Riqada "Toxunmuş nar: Azərbaycanın əzəmətli xalçaları" adlı Azərbaycan xalçalarının sərgisi açılıb.
Sərgi Azərbaycanın Latviyadakı səfirliyi, "Azərxalça" ASC və Azərbaycan Respublikası Fotoqraflar İttifaqının birgə təşkilatçılığı ilə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə həsr olunub.
© Photo : AzerxalcaRiqada "Toxunmuş nar: Azərbaycanın əzəmətli xalçaları" adlı Azərbaycan xalçalarının sərgisi
Выставка азербайджанских ковров Тканый гранат: величественные ковры Азербайджана в Риге - Sputnik Azərbaycan, 1920, 05.11.2024
Riqada "Toxunmuş nar: Azərbaycanın əzəmətli xalçaları" adlı Azərbaycan xalçalarının sərgisi
Ekspozisiya Riqa Yeni Sənət Muzeyində keçirilib. Tədbirin ziyarətçilərinə Azərbaycanın xalçaçılıq ənənələri haqqında ətraflı məlumat verilib. Sərgi iştirakçılarına həmçinin "Bağdakı meyvələr" kolleksiyası, "Azərxalça" ASC-nin fəaliyyəti və "Nar festivalı" haqqında videoçarxlar da nümayiş etdirilib.
Qonaqlara gənc rəssam Samirə Allahverdiyevanın əsərləri əsasında toxunmuş müxtəlif ölçülü üç xalça təqdim olunub. Bundan əlavə, Azərbaycan Fotoqraflar İttifaqının dəstəyi ilə nar mövzusunda fotosərgi təşkil olunub.
Sərgi ilin sonuna qədər açıq olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0