Bakıda COP29 yazısı olan tablo, arxiv - Sputnik Azərbaycan, 1920, 05.11.2024
COP29
Bu il Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edir. Bu, ölkə tarixində ən böyük beynəlxalq tədbirdir.

İşğaldan azad olunan ərazilərdə "yaşıl enerji zonası" yaradılır

© AP Photo / Bernat ArmangueGünəş panelləri, arxiv
Günəş panelləri, arxiv - Sputnik Azərbaycan, 1920, 05.11.2024
Abunə olmaq
Klaudio Qucerotti isə çıxışında bildirib ki, bu tədbir bizim planetimizi qorumağa hesablanıb.
BAKI, 5 noyabr — Sputnik. "Dini Liderlərin Qlobal Bakı Sammitinin dünyaya verəcəyi mesaj gələcək təhlükələri dəf etmək üçün son dərəcə mühüm əhəmiyyətə malik olacaq".
Sputnik Azərbaycan xəbər verir ki, bunu Bakıda keçirilən Dini Liderlərin Qlobal Sammitində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov deyib.
O bildirib ki, bu mesajın bir hissəsi beynəlxalq münasibətlər sisteminin subyektlərinə çağırış ola bilər:

"Qlobal istiləşmənin fəsadlarını azaltmaq üçün dövlətlərin və beynəlxalq təşkilatların daha gərgin işləməsinə ehtiyac var. Dini liderlərin sammiti, inanclı insanlara tanrının yaratdıqlarını qorumağın vacibliyini bir daha xatırladacaq. Harada yaşamağımızdan, dini əqidəmizdən asılı olmayaraq özümüzün və övladlarımızın gələcəyini qorumaq üçün hər birimizi qlobal iqlim dəyişiklikləri ilə mübarizədə iştiraka dəvət edəcək. Dini liderlər həm də dini, etnik və sosial mənsubiyyətinə fərq qoymadan insanlara çağırış edəcək. Biz həqiqətən real təhlükənin astanasındayıq. Məsuliyyəti bölüşmək - qlobal çağırışların öhdəsindən gəlmək üçün ən yaxşı mübarizə üsulumuz, ən effektiv alətimiz ola bilər".

© Sputnik / Murad OrujovDini Liderlərin Qlobal Sammitində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov
Ramin Məmmədov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini  - Sputnik Azərbaycan, 1920, 05.11.2024
Dini Liderlərin Qlobal Sammitində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov
Komitə Sədri vurğulayıb ki, biz Qarabağı işğaldan azad etməklə həm də qlobal iqlim dəyişiklikləri ilə mübarizəyə töhfə veririk.
Ramin Məmmədov bildirib ki, işğaldan azad olunan ərazilərdə "yaşıl enerji zonası" yaradılır:
"Azərbaycan 30 il ərzində ədalətsizliyin qurbanı olub. Torpaqlarını işğaldan azad etməklə ekosidə məruz qalan böyük bir ərazini fəlakətdən qurtarıb. İndi bu torpaqlarda ağıllı şəhərlər, ağıllı kəndlər inşa edilir, "yaşıl enerji zonası" yaradılır".
Dünya Dini Liderlərinin Qlobal Bakı Sammitinin açılış mərasimində Vatikan Dinlərarası dialoq Dikasteriyasının prefekti Kardinal Klaudio Qucerotti isə çıxışında bildirib ki, bu tədbir bizim planetimizi qorumağa hesablanıb.
Kardinal Klaudio Qucerotti tədbirin əhəmiyyətindən bəhs edərək söyləyib ki, dini liderlərin, müxtəlif təşkilatların, dinlərin nümayəndələrinin bir araya gələrək çox vacib məsələni müzakirə etmələri çox təqdirəlayiqdir:
"Hazırda dünya çox böyük fəlakətlər qarşısındadır. Dini inanclarımız böyük gücdür. Biz nisbiliyə, fərdiliyə inanmırıq. Bizim əməllərimiz gələcəyimizi qurmağa hesablanmalıdır".
© Photo : TRENDDünya dini liderlərinin qlobal Bakı Sammiti
Глобальный Бакинский саммит религиозных лидеров - Sputnik Azərbaycan, 1920, 05.11.2024
Dünya dini liderlərinin qlobal Bakı Sammiti
O əlavə edib ki, insan ləyaqətlə yaşamalıdır:

"İnsan Yer kürəsinin məhəbbət meyvəsidir. İnsan sadə kimyəvi elementlərin toplanması deyil, sevgi təcəssümüdür. Bizim gözləməyə vaxtımız yoxdur, təhlükə yaxınlaşmaqdadır. Başımıza nələrin gələcəyi bizim ümumi öhdəliklərimizi necə yerinə yetirəcəyimizdən asılıdır. Bəşəriyyətimizi qorumalıyıq, əks halda müharibələr daha da güclənəcək, məhvə doğru gedəcəyik".

Türkiyənin Diyanət İşləri İdarəsinin sədri Ali Erbaş isə bildirib ki, qlobal miqyasda ekoloji problemlər təkcə insanları deyil, bütün ekoloji sistemi təhdid edir. bioloji və kimyəvi silahların ətraf mühitə vurduğu ziyan pik həddə çatıb:
"Bu ciddi siqnaldır. Qırğınlar məngənəsindəki günahsızların fəryadının göyləri titrətdiyi çirkli bir dövrün şahidi oluruq. Tarixi abidələr, təbiət məhv edilir. Biz birlik içində hərəkət etməliyik. İnsanları varlıq məqsədindən uzaqlaşdıran, ətraf mühitdən asılı vəziyyətə salan həyata baxış dünyanı fəlakətlərə sürükləyir. Qlobal miqyasda yaşanan ekoloji problemlər təkcə insanları deyil, bütün ekoloji sistemi təhdid edir. Bugünkü güc və hökmranlıq anlayışı təbii tarazlığı proqnozlaşdırır. Bunu aydın şəkildə demək lazımdır. Bütün bunlar inkişaf etmiş ölkələr tərəfindən edilib və edilir. Bu prosesdə ekoloji fəlakətlər, qlobal istiləşmə, ərzaq təhlükəsizliyi, təbii sərvətlərin məhv edilməsi, havanın, suyun və torpağın dəhşətli dərəcədə çirklənməsi diqqətdən kənarda qalıb. Bunu aydın şəkildə demək lazımdır. Bütün bunlar inkişaf etmiş ölkələr tərəfindən edilib və edilir".
Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində noyabrın 5-də keçirilən "Dünya dinləri yaşıl planet uğrunda" mövzusunda Dünya Dini Liderlərinin Qlobal Bakı Sammiti keçirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0