https://sputnik.az/20241105/sabah-cetir-goturmeyi-unutmayin---hava-proqnozu-468519188.html
Sabah çətir götürməyi unutmayın - Hava proqnozu
Sabah çətir götürməyi unutmayın - Hava proqnozu
Sputnik Azərbaycan
Mülayim şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq. 05.11.2024, Sputnik Azərbaycan
2024-11-05T16:22+0400
2024-11-05T16:22+0400
2024-11-05T16:22+0400
cəmiyyət
hava
isti
yağış
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/01/06/425893369_0:0:3073:1728_1920x0_80_0_0_5ed03bdbac602ef4ec81ac443a61da43.jpg
BAKI, 5 noyabr — Sputnik. Azərbaycanda noyabrın 6-da hava şəraitinin bəzi yerlərdə yağmurlu keçəcəyi, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 6-8° isti, gündüz 11-14° isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 774 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 75-80 %, gündüz 60-65 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz tədricən kəsiləcək. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-8° isti, gündüz 10-15° isti, dağlarda gecə 0-5° şaxta, yüksək dağlıq ərazilərdə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/01/06/425893369_7:0:2736:2047_1920x0_80_0_0_f1913da85cd5e79242cb9daa44513410.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
hava, isti, yağış, azərbaycan
hava, isti, yağış, azərbaycan
Sabah çətir götürməyi unutmayın - Hava proqnozu
Mülayim şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq.
BAKI, 5 noyabr — Sputnik. Azərbaycanda noyabrın 6-da hava şəraitinin bəzi yerlərdə yağmurlu keçəcəyi, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 6-8° isti, gündüz 11-14° isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 774 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 75-80 %, gündüz 60-65 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz tədricən kəsiləcək. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 4-8° isti, gündüz 10-15° isti, dağlarda gecə 0-5° şaxta, yüksək dağlıq ərazilərdə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.