https://sputnik.az/20241105/qafqazin-seyxi-butun-dini-liderlere-cagiris-edib-468518083.html
Qafqazın Şeyxi bütün dini liderlərə çağırış edib
Qafqazın Şeyxi bütün dini liderlərə çağırış edib
Sputnik Azərbaycan
Qafqaz Müsəlmanları İdarəsinin sədri bildirib ki, Belə bir qurum COP sessiyaları arası müddətdə ictimai əhəmiyyətli səmərəli layihələr həyata keçirə, din və... 05.11.2024, Sputnik Azərbaycan
2024-11-05T12:16+0400
2024-11-05T12:16+0400
2024-11-05T12:16+0400
allahşükür paşazadə
cop29
dini
lider
cop29
https://cdnn1.img.sputnik.az/img/07e8/0b/05/468510800_0:59:1128:694_1920x0_80_0_0_165c57ccf018e5704e9f33e9189239cb.jpg
BAKI, 5 noyabr — Sputnik. Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə BMT-nin COP çərçivəsi nəzdində Dini liderlərin daimi fəaliyyətdə olan Məşvərət Şurasının yaradılmasını təklif edib. Bu təkliflə QMİ sədri COP29 çərçivəsində "Dünya dinləri yaşıl planet uğrunda" şüarı altında Bakıda keçirilən Dini Liderlərin Qlobal Sammitində çıxış edib. O, COP29 çərçivəsində bəşəriyyətin gələcəyi naminə Azərbaycanın irəli sürdüyü mühüm təşəbbüslərdən birinin Qlobal atəşkəs təşəbbüsü olduğunu və dünyanın xilası və gələcəyi naminə bütün dini liderləri bu təşəbbüsə dəstək olmalarına çağırış edib: Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində noyabrın 5-də keçirilən "Dünya dinləri yaşıl planet uğrunda" mövzusunda Dünya Dini Liderlərinin Qlobal Bakı Sammiti keçirilir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/0b/05/468510800_63:0:1066:752_1920x0_80_0_0_1a3547008fc94ce7a172141e281f0634.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
allahşükür paşazadə, dini, lider, cop29
allahşükür paşazadə, dini, lider, cop29
Qafqazın Şeyxi bütün dini liderlərə çağırış edib
Qafqaz Müsəlmanları İdarəsinin sədri bildirib ki, Belə bir qurum COP sessiyaları arası müddətdə ictimai əhəmiyyətli səmərəli layihələr həyata keçirə, din və ekoloji etika mövzusunda maarifləndirici tədbirlər, ədəbiyyat nümunələri hazırlaya bilər.
BAKI, 5 noyabr — Sputnik. Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə BMT-nin COP çərçivəsi nəzdində Dini liderlərin daimi fəaliyyətdə olan Məşvərət Şurasının yaradılmasını təklif edib.
Bu təkliflə QMİ sədri COP29 çərçivəsində "Dünya dinləri yaşıl planet uğrunda" şüarı altında Bakıda keçirilən Dini Liderlərin Qlobal Sammitində çıxış edib.
O, COP29 çərçivəsində bəşəriyyətin gələcəyi naminə Azərbaycanın irəli sürdüyü mühüm təşəbbüslərdən birinin Qlobal atəşkəs təşəbbüsü olduğunu və dünyanın xilası və gələcəyi naminə bütün dini liderləri bu təşəbbüsə dəstək olmalarına çağırış edib:
"Bu məramla, BMT-nin COP çərçivəsi nəzdində Dini liderlərin daimi fəaliyyətdə olan Məşvərət Şurasının yaradılmasını da təklif edirik. Belə bir qurum COP sessiyaları arası müddətdə ictimai əhəmiyyətli səmərəli layihələr həyata keçirə, din və ekoloji etika mövzusunda maarifləndirici tədbirlər, ədəbiyyat nümunələri hazırlaya bilər. Əminəm ki, COP 29 Bakı sammitində dini platformanın təklifinə təqdirlə yanaşılacaq və Sammitimizin Yekun sənədində dünya dini liderlərinin müdrik fikir və səmərəli tövsiyələri dövlət və ictimaiyyət xadimlərinin bu istiqamətdə səylərinə mənəvi dəstək və dəyərli töhfə olacaq".
Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində noyabrın 5-də keçirilən "Dünya dinləri yaşıl planet uğrunda" mövzusunda Dünya Dini Liderlərinin Qlobal Bakı Sammiti keçirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.