https://sputnik.az/20241105/milli-tehlukesizliye-tehdid-yaradan-amiller-zerersizlesdirilib---ramil-usubov-468512328.html
Milli təhlükəsizliyə təhdid yaradan amillər zərərsizləşdirilib - Ramil Usubov
Milli təhlükəsizliyə təhdid yaradan amillər zərərsizləşdirilib - Ramil Usubov
Sputnik Azərbaycan
Regionun tərəqqi, əməkdaşlıq və təhlükəsizlik mühitində Azərbaycan fenomeni əsas tənzimləyici faktordur. 05.11.2024, Sputnik Azərbaycan
2024-11-05T13:52+0400
2024-11-05T13:52+0400
2024-11-05T13:52+0400
ramil usubov
azərbaycan xəbərləri
milli təhlükəsizlik şurası
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/05/06/426878889_0:0:1000:563_1920x0_80_0_0_24981da33425a0d4506f63d1ea4d0977.jpg
BAKI, 5 noyabr — Sputnik. Ermənistanla sülh müqaviləsi bağlanmasa da, bölgədə sülh dövrü faktiki bərqərar olunub. Bunu Azərbaycanın Təhlükəsizlik Şurasının katibi Ramil Usubov "Azərbaycan" qəzetində dərc edilmiş məqaləsində bildirib. R.Usubov qeyd edib ki, milli təhlükəsizliyə təhdid yaradan amillər zərərsizləşdirilib.Onun qənaətinə görə, ölkəmizdə və Qafqazda sülh, inkişaf və təhlükəsizlik sistemi dünyaya mühüm töhfədir. Qlobal səviyyədə nüfuzlu dövlət və lider kimi tanınan Azərbaycanla bağlı hər hansı bir proses təbii olaraq, beynəlxalq miqyasda da diqqətlə qarşılanır və onun ciddi təsirləri olur. "Eyni zamanda Azərbaycanın və onun Liderinin müstəqil siyasəti müəyyən xarici dairələrdə, qruplarda, hətta bəzi dövlətlərdə narahatlıq və narazılıq yaradır. Prezident cənab İlham Əliyevin təbirincə desək, Azərbaycan dünya miqyasında çox böyük layları yerindən tərpədib. Ancaq respublikamızın son onillikdə qlobal problemlərin həllinə verdiyi töhfələrlə qazandığı böyük nüfuz, etimad bu müstəqil siyasətin davamlılığını arzulayan dövlətlərin və xalqların əksəriyyət təşkil etdiyini də göstərir. Yeri gəlmişkən, qlobal miqyasda təhlükəsizlik sahəsində yaşanan problemlər təəssüf ki, son illərdə daha geniş miqyas almışdır. Sosial böhranlar, iqtisadi tənəzzül, vətəndaş qarşıdurması, siyasi qovğalar, hətta ekoloji fəlakətlər mahiyyətcə qanlı savaşlarla eyni nəticələr verir və dövlətlərin, millətlərin təhlükəsizliyinə ciddi təhdidlər formalaşdırır. Müasir təhlükəsizlik sistemində bütün bu amillər eyni səviyyəli təhlükə faktoru kimi qəbul olunur və onların zəncirvari halqa kimi bir-birinə zərərli təkan vermələri aydın müşahidə edilir", - Təhlükəsizlik Şurasının katibi əlavə edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/05/06/426878889_97:0:936:629_1920x0_80_0_0_4bf7f9721445e3a56a4745cbfc1ceeeb.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ramil usubov, milli təhlükəsizlik şurası, azərbaycan
ramil usubov, milli təhlükəsizlik şurası, azərbaycan
Milli təhlükəsizliyə təhdid yaradan amillər zərərsizləşdirilib - Ramil Usubov
Regionun tərəqqi, əməkdaşlıq və təhlükəsizlik mühitində Azərbaycan fenomeni əsas tənzimləyici faktordur.
BAKI, 5 noyabr — Sputnik. Ermənistanla sülh müqaviləsi bağlanmasa da, bölgədə sülh dövrü faktiki bərqərar olunub. Bunu Azərbaycanın Təhlükəsizlik Şurasının katibi Ramil Usubov "Azərbaycan" qəzetində dərc edilmiş məqaləsində bildirib.
R.Usubov qeyd edib ki, milli təhlükəsizliyə təhdid yaradan amillər zərərsizləşdirilib.
"Azərbaycan xalqı belə bir münbit təhlükəsizlik şəraitində Qarabağ mövzusunu indi möhtəşəm tikinti və quruculuq məkanı kimi müzakirə edir, bu sahədə qlobal miqyaslı işlər görülür. Regionun tərəqqi, əməkdaşlıq və təhlükəsizlik mühitində Azərbaycan fenomeni əsas tənzimləyici faktordur. Zəfərin yaratdığı reallıqlar isə Qafqaz bölgəsi ilə yanaşı, ümumiyyətlə, Avrasiya məkanının müxtəlif sahələrində yeni yanaşmaları, müasir çağırışları aktuallaşdırıb", - Azərbaycanın Təhlükəsizlik Şurasının katibi bildirib.
Onun qənaətinə görə, ölkəmizdə və Qafqazda sülh, inkişaf və təhlükəsizlik sistemi dünyaya mühüm töhfədir. Qlobal səviyyədə nüfuzlu dövlət və lider kimi tanınan Azərbaycanla bağlı hər hansı bir proses təbii olaraq, beynəlxalq miqyasda da diqqətlə qarşılanır və onun ciddi təsirləri olur.
"Eyni zamanda Azərbaycanın və onun Liderinin müstəqil siyasəti müəyyən xarici dairələrdə, qruplarda, hətta bəzi dövlətlərdə narahatlıq və narazılıq yaradır. Prezident cənab İlham Əliyevin təbirincə desək, Azərbaycan dünya miqyasında çox böyük layları yerindən tərpədib. Ancaq respublikamızın son onillikdə qlobal problemlərin həllinə verdiyi töhfələrlə qazandığı böyük nüfuz, etimad bu müstəqil siyasətin davamlılığını arzulayan dövlətlərin və xalqların əksəriyyət təşkil etdiyini də göstərir.
Yeri gəlmişkən, qlobal miqyasda təhlükəsizlik sahəsində yaşanan problemlər təəssüf ki, son illərdə daha geniş miqyas almışdır. Sosial böhranlar, iqtisadi tənəzzül, vətəndaş qarşıdurması, siyasi qovğalar, hətta ekoloji fəlakətlər mahiyyətcə qanlı savaşlarla eyni nəticələr verir və dövlətlərin, millətlərin təhlükəsizliyinə ciddi təhdidlər formalaşdırır. Müasir təhlükəsizlik sistemində bütün bu amillər eyni səviyyəli təhlükə faktoru kimi qəbul olunur və onların zəncirvari halqa kimi bir-birinə zərərli təkan vermələri aydın müşahidə edilir", - Təhlükəsizlik Şurasının katibi əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.