https://sputnik.az/20241105/azerbaycanin-yeni-sefiri-etimadnamesini-putine-teqdim-edib-468523106.html
Azərbaycanın yeni səfiri etimadnaməsini Putinə təqdim edib
Azərbaycanın yeni səfiri etimadnaməsini Putinə təqdim edib
Sputnik Azərbaycan
Bundan əvvəl Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyinə Polad Bülbüloğlu rəhbərlik edirdi. 05.11.2024, Sputnik Azərbaycan
2024-11-05T15:16+0400
2024-11-05T15:16+0400
2024-11-05T23:57+0400
rusiya
siyasət
azərbaycan
səfir
etimadnamə
https://cdnn1.img.sputnik.az/img/07e8/0a/01/467785154_0:37:1281:757_1920x0_80_0_0_1256ae30c3fd47eed9a27d31dcd15056.jpg
BAKI, 5 noyabr — Sputnik. Azərbaycanın yeni səfiri Rəhman Mustafayev etimadnaməsini Rusiya Fedrasiyasının Prezidenti Vladimir Putinə təqdim edib. Rəhman Mustafayev 26 sentyabr 1963-cü ildə Bakı şəhərində anadan olub. 1980-1985-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda təhsil alıb. 1985-1987-ci illərdə hərbi xidmətdə olub. 1993-1994-cü illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında İnformasiya-analiz xidmətinin baş məsləhətçisi, 1994-1997-cı illərdə isə Azərbaycan Respublikasının Rusiyadakı səfirliyinin əvvəlcə üçüncü, sonra ikinci, ardınca birinci katibi işləyib. 1997-1999-cu illərdə Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin Xarici əlaqələr şöbəsinin müdiri, 2000-2006-cı illərdə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyində müşavir olub. 2006-cı ilin may-noyabr aylarında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin birinci ərazi idarəsinin direktor müavini təyin edilib. 2006-cı ilin noyabr ayından 2009-cu ilədək Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin birinci ərazi idarəsinin direktoru olub. Rəhman Mustafayev Azərbaycan Respublikası Prezidentinin 23 iyun 2017-ci il tarixli Sərəncamı ilə Yunanıstan Respublikasında və eyni zamanda Albaniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. 2017-ci ilin iyun ayından 2022-ci ilin oktyabr ayına kimi Fransada, 2022-ci ilin 17 oktyabrdan 2024-cü ilin 1 oktyabr tarixinə kimi isə Niderland Krallığında fövqəladə və səlahiyyətli səfir olub. İngilis, fransız, rus və ərəb dillərini bilir. Bundan əvvəl Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyinə Polad Bülbül oğlu rəhbərlik edirdi. Diplomat 18 il Rusiyada çalışıb və Azərbaycanla əməkdaşlığın möhkəmləndirilməsində xidmətlərinə görə Putin tərəfindən Aleksandr Nevski ordeni ilə təltif edilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/0a/01/467785154_0:0:1137:852_1920x0_80_0_0_d9e9d4d8650fb9ba38b0be8c1862f806.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya, azərbaycan, səfir, etimadnamə
rusiya, azərbaycan, səfir, etimadnamə
Azərbaycanın yeni səfiri etimadnaməsini Putinə təqdim edib
15:16 05.11.2024 (Yenilənib: 23:57 05.11.2024) Bundan əvvəl Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyinə Polad Bülbüloğlu rəhbərlik edirdi.
BAKI, 5 noyabr — Sputnik. Azərbaycanın yeni səfiri Rəhman Mustafayev etimadnaməsini Rusiya Fedrasiyasının Prezidenti Vladimir Putinə təqdim edib.
Rəhman Mustafayev 26 sentyabr 1963-cü ildə Bakı şəhərində anadan olub.
1980-1985-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda təhsil alıb.
1985-1987-ci illərdə hərbi xidmətdə olub.
1993-1994-cü illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında İnformasiya-analiz xidmətinin baş məsləhətçisi, 1994-1997-cı illərdə isə Azərbaycan Respublikasının Rusiyadakı səfirliyinin əvvəlcə üçüncü, sonra ikinci, ardınca birinci katibi işləyib.
1997-1999-cu illərdə Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin Xarici əlaqələr şöbəsinin müdiri, 2000-2006-cı illərdə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyində müşavir olub.
2006-cı ilin may-noyabr aylarında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin birinci ərazi idarəsinin direktor müavini təyin edilib.
2006-cı ilin noyabr ayından 2009-cu ilədək Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin birinci ərazi idarəsinin direktoru olub.
Rəhman Mustafayev Azərbaycan Respublikası Prezidentinin 23 iyun 2017-ci il tarixli Sərəncamı ilə Yunanıstan Respublikasında və eyni zamanda Albaniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
2017-ci ilin iyun ayından 2022-ci ilin oktyabr ayına kimi Fransada, 2022-ci ilin 17 oktyabrdan 2024-cü ilin 1 oktyabr tarixinə kimi isə Niderland Krallığında fövqəladə və səlahiyyətli səfir olub.
İngilis, fransız, rus və ərəb dillərini bilir.
Bundan əvvəl Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyinə Polad Bülbül oğlu rəhbərlik edirdi. Diplomat 18 il Rusiyada çalışıb və Azərbaycanla əməkdaşlığın möhkəmləndirilməsində xidmətlərinə görə Putin tərəfindən Aleksandr Nevski ordeni ilə təltif edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.