SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan və İranın Xəzərdə birgə hərbi təlimi hansı siyasi mesajlar daşıyır?

© AR Ministry of Defence“AZIREX-2024” birgə taktiki təlimi
“AZIREX-2024” birgə taktiki təlimi  - Sputnik Azərbaycan, 1920, 05.11.2024
Abunə olmaq
Yaxın Şərqdə belə bir böhranlı şəraitdə Azərbaycan və İranın Xəzərdə birgə hərbi təlimlər keçirməsi diqqət çəkən hadisədir.
BAKI, 5 noyabr — Sputnik. Bütün dünya İran və İsrail arasında, ümumiyyətlə Yaxın Şərqdə cərəyan edən qanlı prosesləri maraqla seyr edir. Hər gün İranın İsrailə və ya İsrailin İrana zərbə endirəcəyi ilə bağlı bir tarix açıqlanır. Hər iki ölkənin rəmsiləri bir-birini təhdid edən açıqlamalar verir. "The Wall Street Journal" (WSJ) qəzeti yazır ki, İran İsrailə qarşı cavab zərbəsinin miqyasını genişləndirə bilər. Qeyd olunur ki, bu dəfə təkcə İslam İnqilabı Keşikçiləri Korpusu (Sepah, elit qüvvələr) deyil, həm də nizami ordu əməliyyatlara cəlb olunacaq.
Xatırladaq ki, oktyabrın 26-na keçən gecə İsrail 1 oktyabr tarixli kütləvi hücuma cavab olaraq İranın hərbi obyektlərinə zərbələr endirib. İsrail Müdafiə Ordusu raket istehsalı müəssisələri və hava hücumundan müdafiə sistemləri də daxil olmaqla İran müəssisələrinə zərbələr endirdiyini bildirib.
Yaxın Şərqdə belə bir böhranlı şəraitdə Azərbaycan İranın Xəzərdə birgə hərbi təlimlər keçirməsi diqqət çəkən hadisədir.
Bildirilib ki, Azərbaycan-İran hərbi əməkdaşlığını möhkəmləndirmək məqsədilə keçirilən təlimdə gəmi qəzaları zamanı xilasetmə və tibbi yardım tədbirlərinin həyata keçirilməsi, axtarış-xilasetmə əməliyyatları və gəmi təhlükəsizliyinin təmin olunması üzrə fəaliyyətlər icra edilib.
Bəs bu təlimlər hansı mesajı verir?
Hərbi ekspert Ramil Məmmədli bildirir ki, bu təlimlərlə bağlı müxtəlif fikirlər səsləndirilə bilər:

"Lakin qeyd etməliyəm ki, "AZIREX-2024" təliminin sülh məqsədli, təhlükəsizliklə bağlı olduğu açıqlanıb. Xəzər dənizində təhlükəsizlik onun sahilində yerləşən bütün ölkələri düşündürür. Xəzərdəki vacib məntəqələrin mühafizəsi həm İranın, həm də Azərbaycanın strateji maraqlarına aiddir. Bu baxımdan iki ölkənin təlim keçirməsi məqbul hesab olunmalıdır. Digər tərəfdən İran Azərbaycan münasibətləri düşmənçilik səviyyəsində deyil ki, təəccüblə qarşılansın. İran və Azərbaycan qonşu ölkələr kimi ortaq təhlükələrə qarşı mühafizə sistemi formalaşdırır. Təbii ki, haqlı olaraq indiki şəraitdə "belə bir təlimin keçirilməsi Azərbaycan-İsrail münasibətlərində hansısa narahatlıq ortaya çıxarırmı?" sualına zəmin yaradır. Lakin bizim İsraillə münasibətlərimiz normaldır və hazırkı şəraitdə də İranla hərbi təlimlərin keçirilməsi dövlət siyasətinin doğru bir xətdə irəlilədiyini göstərir".

© Photo : AZƏRTACRamil Məmmədli
Ramil Məmmədli - Sputnik Azərbaycan, 1920, 05.11.2024
Ramil Məmmədli
Hərbi ekspert hesab edir ki, İranla hərbi təlimlər bundan sonra da davam edəcək:
"Bundan əvvəl də quru qoşunları səviyyəsində təlimlər keçirilib. Hesab edirəm ki, digər qoşun növləri üzrə də təlimlərin şahidi olacağıq. Regionda sülhün və sabitliyin bərqərar olması üçün Azərbaycan və İranın ortaq fəaliyyət göstərməsinə ehtiyac var. Bu baxımdan keçirilən təlimləri regional təhlükəsizliyin təminatına xidmət edəcək addım hesab edirəm".
Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan isə deyib ki, bu İranla Azərbaycanın bu il ərzində keçirdiyi ikinci hərbi təlimdir:
"Fikrimcə bu təlimin İran-İsrail qarşıdurmasında heç bir təsiri yoxdur. Təlimlərin keçirilməsi əvvəldən planlaşdırılmışdı. Azərbaycan yerləşdiyi regionun demək olar ki, bütün ölkələri ilə əməkdaşlıq edir. Bu baxımdan Azərbaycan-İran ikitərəfli əməkdaşlığı heç bir halda üçüncü tərəfə qarşı yönəlməyib. Bu cür təlimlər regional təhlükəsizliyin təmin edilməsi və təhdidlərə qarşıdır. Hesab edirəm ki, bu Azərbaycan-İran hərbi-diplomatik əlaqələrinin bariz göstəricisidir. Azərbaycan regionun təhlükəsizliyinin təmin olunmasını prioritet məsələ sayır və Azərbaycan İranın ərazisi təhdid oluna biləcək qonşu dövlət deyil".
© Courtesy of Sadraddin SoltanSədrəddin Soltan
Sədrəddin Soltan - Sputnik Azərbaycan, 1920, 05.11.2024
Sədrəddin Soltan
Onun sözlərinə görə, Azərbaycan həm də İsrail-İran qaşrıdurmasında tərəf tutmadığını göstərir:

"Hərçənd ki, Azərbaycana qarşı olan qüvvələr bunun əksini iddia edirlər. Hətta İran rəsmiləri qonşu dövlətlərin onlara qarşı fəaliyyətinə vurğu edirlər. Bu təlimlərin və aparılan danışıqların Azərbaycan İran-İsrail qarşıdurmasına heç bir aidiyyatı yoxdur. Azərbaycan Yaxın Şərqdəki bütün münaqişlərin dinc, danışıqlar yolu ilə həllinə tərəfdardır".

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0