DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Avropa İttifaqının nümayəndə heyəti Ermənistana gəlib

© AP Photo / Olivier MatthysAİ bayrağı, arxiv
Aİ bayrağı, arxiv - Sputnik Azərbaycan, 1920, 05.11.2024
Abunə olmaq
Ermənistan-Avropa İttifaqının yeni tərəfdaşlıq gündəliyi layihəsi üzərində də iş tamamlanmaq üzrədir.
BAKI, 5 noyabr — Sputnik. Avropa İttifaqının nümayəndə heyəti Ermənistanla viza rejiminin liberallaşdırılması üzrə danışıqlar planını hazırlamaq üçün İrəvana gəlib. Bu barədə Ermənistan XİN başçısının müavini Paruyr Hovhannisyan Ermənistan Milli Assambleyasında noyabrın 5-də parlamentin daimi komissiyalarının birgə iclasında 2025-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, bu il Ermənistan-Aİ tərəfdaşlığı gündəliyinin irəlilədilməsi baxımından misilsiz olub. Nazir müavini müxtəlif sahələrdə əldə olunan çoxsaylı nailiyyətləri də diqqətə çatdırıb.

"Ermənistan Respublikasının vətəndaşları üçün Avropa vizalarının liberallaşdırılması ilə bağlı dialoq başlayıb. Belə ki, Avropa İttifaqının nümayəndə heyəti noyabrın 5-dən 6-dək İrəvanda olacaq. Onların məqsədi müvafiq danışıqlar proqramını hazırlamaqdır", - Hovhannisyan qeyd edib.

Ermənistan-Avropa İttifaqının yeni tərəfdaşlıq gündəliyi layihəsi üzərində də iş tamamlanmaq üzrədir.
"Bütün bu addımlar, əlbəttə ki, 2025-ci il üçün nəzərdə tutulan işlərə öz təsirini göstərəcək", - XİN nümayəndəsi vurğulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0