https://sputnik.az/20241105/abs-de-seckiler-ile-bagli-neft-bazarinda-sakitlik-hokm-surur---treyderler-gozleyirler-468511448.html
ABŞ-də seçkilər ilə bağlı neft bazarında sakitlik hökm sürür - Treyderlər gözləyirlər
ABŞ-də seçkilər ilə bağlı neft bazarında sakitlik hökm sürür - Treyderlər gözləyirlər
Sputnik Azərbaycan
Nnoyabrın 5-də Birləşmiş Ştatlar ölkəni 4 il idarə edəcək 60-cı prezidentini və vitse-prezidentini seçəcək. Seçkilərdə respublikaçı Donald Tramp və demokrat... 05.11.2024, Sputnik Azərbaycan
2024-11-05T10:42+0400
2024-11-05T10:42+0400
2024-11-05T10:44+0400
neft
neft-qaz
qiymət
azeri light markalı neft
hasilat
liviya
https://cdnn1.img.sputnik.az/img/07e7/01/1f/451240204_0:160:3072:1888_1920x0_80_0_0_98821e9c1e7e43dc97bd8573b0a6aa28.jpg
BAKI, 5 noyabr — Sputnik. Neft qiymətləri ABŞ-də keçirilən prezident seçkiləri ilə bağlı dar diapazonda ticarət edilir. "OPEC plyus"un dekabr ayında hasilatı artırmaq planlarını təxirə salması səbəbindən qiymətlər əvvəlki sessiyada 2%-dən çox artıb. "Brent" markalı neft 3 sent ucuzlaşaraq 75,05 dollar, ABŞ-nin Qərbi Texas nefti 4 sent azalaraq 71,43 dollar olub. "Azeri Light" markalı Azərbaycan nefti 1,39 dollar, yaxud 1,86% artaraq 76,19 dollar təşkil edib. "OPEC plyus"un səkkiz üzv ölkəsi bazar günü, noyabrın 3-də könüllü olaraq hasilatın azaldılmasını daha bir ay uzadacaqlarını elan edib. Onlar neft qiymətlərinin aşağı düşməsi tendensiyasına cavab olaraq bildiriblər ki, dekabrın sonuna qədər bu ixtisarlar davam edəcək. Qruplaşma dekabr ayından hasilatı 180 min barel artırmalı idi. "OPEC plyus"a Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və onun müttəfiqləri daxildir. Bu ixtisarlarda iştirak edən səkkiz ölkə Səudiyyə Ərəbistanı, Rusiya, İraq, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Qazaxıstan, Əlcəzair və Omandır. OPEC-in bəyanatında bu ölkələrin 2023-cü ilin noyabrında gündəlik 2,2 milyon barel könüllü hasilat düzəlişlərini bir ay müddətinə - 2024-cü ilin dekabr ayının sonuna qədər uzatmaq barədə razılığa gəldikləri bildirilib. Səkkiz ölkə, həmçinin 2025-ci ilin sentyabrına qədər hər hansı artıq hasilatı kompensasiya etmək öhdəliyini təkrarlayıb. Bu arada OPEC-in neft hasilatı oktyabr ayında Liviyanın hasilatı bərpa etdiyi üçün yenidən artıb. Qeyd edək ki, noyabrın 5-də Birləşmiş Ştatlar ölkəni 4 il idarə edəcək 60-cı prezidentini və vitse-prezidentini seçəcək. Seçkilərdə respublikaçı Donald Tramp və demokrat Kamala Harris arasında gərgin mübarizə gedəcək. Yerli ekspertlər gərgin rəqabət şəraitində keçən seçkiöncəsi prosesin nəticələrini proqnozlaşdırmaqda çətinlik çəkirlər. Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 dollardan hesablanıb. "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/01/1f/451240204_171:0:2902:2048_1920x0_80_0_0_cb0e94fa2f4d6c02f890343de996110b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
neft, qiymət, azeri light markalı neft, hasilat, liviya
neft, qiymət, azeri light markalı neft, hasilat, liviya
ABŞ-də seçkilər ilə bağlı neft bazarında sakitlik hökm sürür - Treyderlər gözləyirlər
10:42 05.11.2024 (Yenilənib: 10:44 05.11.2024) Nnoyabrın 5-də Birləşmiş Ştatlar ölkəni 4 il idarə edəcək 60-cı prezidentini və vitse-prezidentini seçəcək. Seçkilərdə respublikaçı Donald Tramp və demokrat Kamala Harris arasında gərgin mübarizə gedəcək.
BAKI, 5 noyabr — Sputnik. Neft qiymətləri ABŞ-də keçirilən prezident seçkiləri ilə bağlı dar diapazonda ticarət edilir. "OPEC plyus"un dekabr ayında hasilatı artırmaq planlarını təxirə salması səbəbindən qiymətlər əvvəlki sessiyada 2%-dən çox artıb.
"Brent" markalı neft 3 sent ucuzlaşaraq 75,05 dollar, ABŞ-nin Qərbi Texas nefti 4 sent azalaraq 71,43 dollar olub.
"Azeri Light" markalı Azərbaycan nefti 1,39 dollar, yaxud 1,86% artaraq 76,19 dollar təşkil edib.
"OPEC plyus"un səkkiz üzv ölkəsi bazar günü, noyabrın 3-də könüllü olaraq hasilatın azaldılmasını daha bir ay uzadacaqlarını elan edib. Onlar neft qiymətlərinin aşağı düşməsi tendensiyasına cavab olaraq bildiriblər ki, dekabrın sonuna qədər bu ixtisarlar davam edəcək. Qruplaşma dekabr ayından hasilatı 180 min barel artırmalı idi.
"OPEC plyus"a Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və onun müttəfiqləri daxildir. Bu ixtisarlarda iştirak edən səkkiz ölkə Səudiyyə Ərəbistanı, Rusiya, İraq, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Qazaxıstan, Əlcəzair və Omandır.
OPEC-in bəyanatında bu ölkələrin 2023-cü ilin noyabrında gündəlik 2,2 milyon barel könüllü hasilat düzəlişlərini bir ay müddətinə - 2024-cü ilin dekabr ayının sonuna qədər uzatmaq barədə razılığa gəldikləri bildirilib. Səkkiz ölkə, həmçinin 2025-ci ilin sentyabrına qədər hər hansı artıq hasilatı kompensasiya etmək öhdəliyini təkrarlayıb.
Bu arada OPEC-in neft hasilatı oktyabr ayında Liviyanın hasilatı bərpa etdiyi üçün yenidən artıb.
Qeyd edək ki, noyabrın 5-də Birləşmiş Ştatlar ölkəni 4 il idarə edəcək 60-cı prezidentini və vitse-prezidentini seçəcək. Seçkilərdə respublikaçı Donald Tramp və demokrat Kamala Harris arasında gərgin mübarizə gedəcək. Yerli ekspertlər gərgin rəqabət şəraitində keçən seçkiöncəsi prosesin nəticələrini proqnozlaşdırmaqda çətinlik çəkirlər.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 dollardan hesablanıb. "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.