https://sputnik.az/20241104/qebiristanliq-ucun-torpaq-ayrilmasinda-istirak-eden-orqanlarin-siyahisi-deyisib-468489193.html
Qəbiristanlıq üçün torpaq ayrılmasında iştirak edən orqanların siyahısı dəyişib
Qəbiristanlıq üçün torpaq ayrılmasında iştirak edən orqanların siyahısı dəyişib
Sputnik Azərbaycan
"Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları"nda dəyişiklik edib. 04.11.2024, Sputnik Azərbaycan
2024-11-04T12:36+0400
2024-11-04T12:36+0400
2024-11-04T12:54+0400
qəbiristanlıq
cəmiyyət
qaydalar
dəyişiklik
dəyişiklikər
https://cdnn1.img.sputnik.az/img/42239/92/422399246_0:160:3073:1888_1920x0_80_0_0_e9e399315a396f570221aae1d9b225c3.jpg
BAKI, 4 noyabr — Sputnik. Qəbiristanlıq üçün torpaq sahəsinin ayrılmasında iştirak edən orqanların siyahısı dəyişib. Sputnik Azərbaycan-ın xəbərinə görə, Nazirlər Kabineti bununla bağlı "Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları"nda dəyişiklik edib. Qaydaya əsasən, Qəbiristanlığın salınması üçün bələdiyyənin müraciəti əsasında torpaq sahəsinin müəyyən edilməsi məqsədi ilə bələdiyyə tərəfindən Komissiyanın yaradılması barədə qərar qəbul edilir. İndiyə qədər Komissiyanın tərkibinə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndəsi daxil edilib. Dəyişikliyə əsasən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyini TƏBİB əvəzləyib. Xatırladaq ki, "Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları"nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 2018-ci il 4 dekabr tarixli 522 nömrəli Qərarın 17.2 bəndinə görə, Azərbaycan Respublikası vətəndaşlarının, Azərbaycan Respublikasında olan və ya yaşayan, habelə qaçqın statusu alan əcnəbi və ya vətəndaşlığı olmayan və kimsəsiz şəxslərin dəfn olunması üçün qəbir yerləri qəbiristanlığın müdiriyyəti tərəfindən ödənişsiz ayrılır. Qəbir yerindən yalnız dəfn olunmuş şəxsin Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyən edilmiş yaxın qohumları təkrar istifadə etmək hüququna malikdirlər. Qəbir yerindən dəfn olunmuş şəxsin yaxın qohumları tərəfindən təkrar istifadə edilməsinə yalnız dəfndən 25 il müddət keçdikdən sonra və ya bu Qaydaların 25.2.2-25.2.4-cü yarımbəndlərində müəyyən edilən hallarda qohumluq əlaqələrini təsdiqləyən müvafiq sənəd təqdim edilməklə yol verilir. Qonşu qəbir yerinin əvvəlcədən rezervasiyasına yalnız dəfn edilmiş şəxsin ərinin (arvadının) yazılı müraciəti əsasında yol verilir. Qaydalara görə, qəbiristanlığın müdriyyəti rezervasiya olunmuş qəbir yeri və onu rezervasiya etmiş ər (arvad) barədə məlumatı (soyadı, adı, atasının adı və olduğu halda fərdi idenfikasiya nömrəsi) dəfnlərin qeydiyyat kitabına və dəfnlərin vahid dövlət reyestrinə daxil etməlidir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42239/92/422399246_170:0:2901:2048_1920x0_80_0_0_82630b29e6545e357e8ae39b7f88bfbf.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qəbiristanlıq, qaydalar, dəyişiklik, dəyişiklikər
qəbiristanlıq, qaydalar, dəyişiklik, dəyişiklikər
Qəbiristanlıq üçün torpaq ayrılmasında iştirak edən orqanların siyahısı dəyişib
12:36 04.11.2024 (Yenilənib: 12:54 04.11.2024) "Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları"nda dəyişiklik edib.
BAKI, 4 noyabr — Sputnik. Qəbiristanlıq üçün torpaq sahəsinin ayrılmasında iştirak edən orqanların siyahısı dəyişib. Sputnik Azərbaycan-ın xəbərinə görə, Nazirlər Kabineti bununla bağlı "Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları"nda dəyişiklik edib.
Qaydaya əsasən, Qəbiristanlığın salınması üçün bələdiyyənin müraciəti əsasında torpaq sahəsinin müəyyən edilməsi məqsədi ilə bələdiyyə tərəfindən Komissiyanın yaradılması barədə qərar qəbul edilir. İndiyə qədər Komissiyanın tərkibinə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndəsi daxil edilib. Dəyişikliyə əsasən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyini TƏBİB əvəzləyib.
Xatırladaq ki, "Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları"nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 2018-ci il 4 dekabr tarixli 522 nömrəli Qərarın 17.2 bəndinə görə, Azərbaycan Respublikası vətəndaşlarının, Azərbaycan Respublikasında olan və ya yaşayan, habelə qaçqın statusu alan əcnəbi və ya vətəndaşlığı olmayan və kimsəsiz şəxslərin dəfn olunması üçün qəbir yerləri qəbiristanlığın müdiriyyəti tərəfindən ödənişsiz ayrılır. Qəbir yerindən yalnız dəfn olunmuş şəxsin Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyən edilmiş yaxın qohumları təkrar istifadə etmək hüququna malikdirlər.
Qəbir yerindən dəfn olunmuş şəxsin yaxın qohumları tərəfindən təkrar istifadə edilməsinə yalnız dəfndən 25 il müddət keçdikdən sonra və ya bu Qaydaların 25.2.2-25.2.4-cü yarımbəndlərində müəyyən edilən hallarda qohumluq əlaqələrini təsdiqləyən müvafiq sənəd təqdim edilməklə yol verilir.
Qonşu qəbir yerinin əvvəlcədən rezervasiyasına yalnız dəfn edilmiş şəxsin ərinin (arvadının) yazılı müraciəti əsasında yol verilir. Qaydalara görə, qəbiristanlığın müdriyyəti rezervasiya olunmuş qəbir yeri və onu rezervasiya etmiş ər (arvad) barədə məlumatı (soyadı, adı, atasının adı və olduğu halda fərdi idenfikasiya nömrəsi) dəfnlərin qeydiyyat kitabına və dəfnlərin vahid dövlət reyestrinə daxil etməlidir.