https://sputnik.az/20241104/fransada-makronun-notr-damda-cixis-etmek-qerarindan-hiddetlenibler-468494769.html
Fransada Makronun Notr-Damda çıxış etmək qərarından hiddətləniblər
Fransada Makronun Notr-Damda çıxış etmək qərarından hiddətləniblər
Sputnik Azərbaycan
Fransa Prezidenti Notr-Damda dekabrın 7-də çıxış etməyi planlaşdırır. 04.11.2024, Sputnik Azərbaycan
2024-11-04T19:43+0400
2024-11-04T19:43+0400
2024-11-04T20:03+0400
emmanuel makron
dünya xəbərləri
fransa
fransa prezidenti emmanuel makron
https://cdnn1.img.sputnik.az/img/07e8/0b/04/468494453_0:0:3072:1728_1920x0_80_0_0_14cb27a4825b1648c385b6a43108f14c.jpg
BAKI, 4 noyabr — Sputnik. Fransa Prezidenti Emmanuel Makronun Notr-Dam Kafedralı bərpa edildikdən sonra oranın açılışı münasibətilə çıxış etmək qərarı yerli ictimaiyyətin nümayəndələrini qəzəbləndirib. "RİA Novosti" agentliyi bu barədə yazıb. Bir çox şəbəkə istifadəçisi artıq qarşıdakı çıxışı qalmaqallı adlandırıb. İctimaiyyətə görə, Notr-Damda hələ heç bir siyasətçi çıxış etməyib. Qeyd olunub ki, sosial şəbəkələrdə Fransa Prezidenti ilə bağlı memlər yaranıb. Memlərdə o, katolik din xadiminin geyimində təsvir edilib. Bundan əlavə, bəzi istifadəçilər dini yerlərdə "siyasi yığıncaqların təşkili"nin ölkənin 1905-ci il tarixli "güc və kilsənin bölünməsi haqqında" Qanununun 35-ci maddəsi ilə qadağan olunduğunu qeyd ediblər. Kafedralin açılışı münasibətilə tədbirlərin dekabrın 7-də və 8-də keçiriləcəyi məlumdur. Fransa Prezidenti Notr-Damda dekabrın 7-də çıxış etməyi planlaşdırır. Bundan əvvəl Emmanuel Makron bildirib ki, Avropa Rusiya ilə əlaqələrini yenidən nəzərdən keçirməlidir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/0b/04/468494453_114:0:2845:2048_1920x0_80_0_0_48938b1311c4df2c5dfa13cc1b55d083.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
emmanuel makron, fransa, fransa prezidenti emmanuel makron
emmanuel makron, fransa, fransa prezidenti emmanuel makron
Fransada Makronun Notr-Damda çıxış etmək qərarından hiddətləniblər
19:43 04.11.2024 (Yenilənib: 20:03 04.11.2024) Fransa Prezidenti Notr-Damda dekabrın 7-də çıxış etməyi planlaşdırır.
BAKI, 4 noyabr — Sputnik. Fransa Prezidenti Emmanuel Makronun Notr-Dam Kafedralı bərpa edildikdən sonra oranın açılışı münasibətilə çıxış etmək qərarı yerli ictimaiyyətin nümayəndələrini qəzəbləndirib.
"RİA Novosti" agentliyi bu barədə yazıb.
Bir çox şəbəkə istifadəçisi artıq qarşıdakı çıxışı qalmaqallı adlandırıb. İctimaiyyətə görə, Notr-Damda hələ heç bir siyasətçi çıxış etməyib. Qeyd olunub ki, sosial şəbəkələrdə Fransa Prezidenti ilə bağlı memlər yaranıb. Memlərdə o, katolik din xadiminin geyimində təsvir edilib.
Bundan əlavə, bəzi istifadəçilər dini yerlərdə "siyasi yığıncaqların təşkili"nin ölkənin 1905-ci il tarixli "güc və kilsənin bölünməsi haqqında" Qanununun 35-ci maddəsi ilə qadağan olunduğunu qeyd ediblər.
Kafedralin açılışı münasibətilə tədbirlərin dekabrın 7-də və 8-də keçiriləcəyi məlumdur. Fransa Prezidenti Notr-Damda dekabrın 7-də çıxış etməyi planlaşdırır.
Bundan əvvəl Emmanuel Makron bildirib ki, Avropa Rusiya ilə əlaqələrini yenidən nəzərdən keçirməlidir.