Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanda "Card to card" əməliyyatları ciddi nəzarətə götürülüb

© iStock.com / SitthiphongBank kartı ilə ödəniş, arxiv
Bank kartı ilə ödəniş, arxiv - Sputnik Azərbaycan, 1920, 04.11.2024
Abunə olmaq
Son bir neçə gündə Bakıda iaşə və pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə məxsus obyektlərdə keçirilmiş nəzarət tədbirləri zamanı onlardan 54-də qanun pozuntularına yol verilməsi faktları aşkarlanıb.
BAKI, 4 noyabr — Sputnik. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti pərakəndə ticarət və iaşə obyektlərində nağdsız ödənişlərin POS-terminal deyil, kartdan-karta köçürmə ("Card to card") əməliyyatları vasitəsilə həyata keçirilməsi hallarının qarşısının alınması məqsədilə növbəti dəfə nəzarət tədbirləri keçirib.
Son bir neçə gündə Bakıda iaşə və pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə məxsus obyektlərdə keçirilmiş nəzarət tədbirləri zamanı onlardan 54-də qanun pozuntularına yol verilməsi faktları aşkarlanıb.

"Nağdsız ödənişlərin qəbulu yalnız POS-terminal vasitəsilə həyata keçirilməli və bu zaman vətəndaşlara POS-terminalın qəbzi ilə yanaşı nəzarət-kassa aparatının çeki də təqdim olunmalıdır. Mövcud qanunvericiliyə əsasən, istehlakçılara elektron ödəniş etmək imkanının yaradılması vergi ödəyicilərinin birbaşa vəzifələrinə aiddir. Vergi nəzarəti tədbirləri zamanı müəyyən edilən qanun pozuntuları protokollaşdırılır və belə obyektlərə qarşı maliyyə sanksiyaları tətbiq olunur. Sahibkarlar maliyyə sanksiyalarına məruz qalmamaq üçün nağdsız ödəmələr zamanı POS-terminallardan istifadəni təmin etməlidirlər", - Dövlət Vergi Xidməti bəyan edib.

Dövlət Vergi Xidməti bir daha sahibkarlıq subyektlərinin nəzərinə çatdırır ki, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmamasına və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat, ikinci dəfə yol verildikdə 3000 manat, üç və daha çox dəfə yol verildikdə isə 6000 manat məbləğində maliyyə sanksiyaları tətbiq olunur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0