DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Uçan avtomobili qarşılamağa hazırsınız? Çin bu sənayedə inqilabi dəyişiklik edəcək

Uçaq avtomobil, arxiv
Uçaq avtomobil, arxiv - Sputnik Azərbaycan, 1920, 03.11.2024
Abunə olmaq
Ölkənin Quançjou şəhərində 2027-ci ilədək uçan avtomobillər üçün infrastrukturun inkişafına 1,4 milyard dollar investisiya qoyulması nəzərdə tutulur.
BAKI, 3 noyabr — Sputnik. Çinin "XPeng" şirkəti ölkənin cənubundakı Quançjou əyalətində uçan avtomobil istehsal edəcək zavodun tikintisinə başlayıb.
Sinxua agentliyi xəbər verir ki, bu, dünyada ilk irimiqyaslı istehsala malik zavod olacaq. Birinci mərhələdə "Land Aircraft Carrier" (LAC) avtomobilləri üçün uçan modul istehsal olunacaq. Zavod ildə təxminən 10 min belə modul istehsal edə biləcək.
LAC modulu "Airshow China" sərgisində nümayiş etdiriləcək. Tədbir noyabrın 12-dən 17-dək baş tutacaq. Uçan modulun ilk ictimai uçuşunu orada edəcəyi gözlənilir.
Quançjou şəhərinin hakim dairələri 2027-ci ilədək uçan avtomobillər üçün infrastrukturun inkişafına 10 milyard yuan (1,4 milyard dollar) investisiya qoymağı planlaşdırır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0