https://sputnik.az/20241103/tarixde-bu-gun-3-noyabr--foto-468449915.html
Tarixdə bu gün: 3 noyabr – FOTO
Tarixdə bu gün: 3 noyabr – FOTO
Sputnik Azərbaycan
Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun. 03.11.2024, Sputnik Azərbaycan
2024-11-03T08:00+0400
2024-11-03T08:00+0400
2024-11-03T08:00+0400
noyabr
cəmiyyət
araz əlizadə
millət vəkili araz əlizadə
tarix
tarixdə bu gün
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/02/460182359_42:0:1158:628_1920x0_80_0_0_ccb2ed39c24dc381c054b0ec65e22585.jpg
BAKI, 3 noyabr — Sputnik. Noyabrın 3-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib. Noyabrın 3-də kimlər anadan olub? Araz Əlizadə (1951-2022) - Azərbaycan siyasətçisi, Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədridir. Samuil Marşak (1887-1964) - Rusiya şairi, dramaturqu və tərcüməçisi, həmçinin məşhur uşaq kitablarının müəllifidir. Aleksandr Qradski (1949-2021) - Rusiya müğənnisi, bəstəkarı, RF xalq artisti və Rusiya rokunun yaradıcılarından biridir. O, 2014-cü ildə "Qradskiy Holl" musiqili teatrının əsasını qoyub. Yevgeni Plyuşenko (1982) - Rusiya fiqurlu konkisürmə üzrə üçqat dünya çempionu, yeddiqat Avropa çempionu və fiqurlu konkisürmə üzrə "Qran Pri" finalının dördqat qalibidir. Jemma Uord (1987) - Avstraliyalı top-model və aktrisadır. O, dünyanın ən zəngin supermodellərindən biridir. Model "Çəhrayı pijama", "Qara şar", "Karib dənizinin quldurları: Qəribə sahillərdə" və başqa filmlərdə rol alıb. 3 noyabr tarixində dünyada baş verən tarixi hadisələr 1812-ci ildə Vətən Müharibəsi zamanı Rusiya İmperiyası ilə Napoleon Fransası arasında Vyazma döyüşü baş verib. Nəticədə geri çəkilən Fransa ordusunun strateji mövqeyi xeyli pisləşib. 1907-ci ildə dünyada ilk dəfə helikopter Fransada havaya qalxıb. 1927-ci ildə Nyu Yorkda Hudzon çayının altında dünyanın Holland ilk sualtı nəqliyyat tuneli açılıb. 1928-ci ildə Türkiyə ərəb əlifbasından latın əlifbasına keçib. 1957-ci ildə Sovetin "Sputnik-2" kosmik gəmisi Yerə yaxın orbitinə çıxıb. Onunla birlikdə Layka adlı köpək yer atmosferinin hüdudlarından kənarında olub. O andan etibarən gəmidə ekipajla kosmosa səyahət dövrü başlayıb. 1958-ci ildə Parisdə UNESCO-nun binaları kompleksi açılıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/02/460182359_182:0:1019:628_1920x0_80_0_0_afd9e2553b1c1f83c826503488c2c5aa.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
noyabr, araz əlizadə, millət vəkili araz əlizadə, tarix, tarixdə bu gün
noyabr, araz əlizadə, millət vəkili araz əlizadə, tarix, tarixdə bu gün
Tarixdə bu gün: 3 noyabr – FOTO
Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun.
BAKI, 3 noyabr — Sputnik. Noyabrın 3-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Noyabrın 3-də kimlər anadan olub?
Araz Əlizadə (1951-2022) - Azərbaycan siyasətçisi, Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədridir.
Samuil Marşak (1887-1964) - Rusiya şairi, dramaturqu və tərcüməçisi, həmçinin məşhur uşaq kitablarının müəllifidir.
Aleksandr Qradski (1949-2021) - Rusiya müğənnisi, bəstəkarı, RF xalq artisti və Rusiya rokunun yaradıcılarından biridir. O, 2014-cü ildə "Qradskiy Holl" musiqili teatrının əsasını qoyub.
Yevgeni Plyuşenko (1982) - Rusiya fiqurlu konkisürmə üzrə üçqat dünya çempionu, yeddiqat Avropa çempionu və fiqurlu konkisürmə üzrə "Qran Pri" finalının dördqat qalibidir.
Jemma Uord (1987) - Avstraliyalı top-model və aktrisadır. O, dünyanın ən zəngin supermodellərindən biridir. Model "Çəhrayı pijama", "Qara şar", "Karib dənizinin quldurları: Qəribə sahillərdə" və başqa filmlərdə rol alıb.
3 noyabr tarixində dünyada baş verən tarixi hadisələr
1812-ci ildə Vətən Müharibəsi zamanı Rusiya İmperiyası ilə Napoleon Fransası arasında Vyazma döyüşü baş verib. Nəticədə geri çəkilən Fransa ordusunun strateji mövqeyi xeyli pisləşib.
1907-ci ildə dünyada ilk dəfə helikopter Fransada havaya qalxıb.
1927-ci ildə Nyu Yorkda Hudzon çayının altında dünyanın Holland ilk sualtı nəqliyyat tuneli açılıb.
1928-ci ildə Türkiyə ərəb əlifbasından latın əlifbasına keçib.
1957-ci ildə Sovetin "Sputnik-2" kosmik gəmisi Yerə yaxın orbitinə çıxıb. Onunla birlikdə Layka adlı köpək yer atmosferinin hüdudlarından kənarında olub. O andan etibarən gəmidə ekipajla kosmosa səyahət dövrü başlayıb.
1958-ci ildə Parisdə UNESCO-nun binaları kompleksi açılıb.