https://sputnik.az/20241103/qirgizistan-parlamenti-kazinolarin-acilmasina-icaze-verib-468416566.html
Qırğızıstan parlamenti kazinoların açılmasına icazə verib
Qırğızıstan parlamenti kazinoların açılmasına icazə verib
Sputnik Azərbaycan
2022-ci ilin yayında Prezident Sadır Japarov tərəfindən imzalanan qanun layihəsinə əsasən, kazinolarda yalnız əcnəbilər oynaya bilər. 03.11.2024, Sputnik Azərbaycan
2024-11-03T17:51+0400
2024-11-03T17:51+0400
2024-11-03T17:51+0400
kazino
dünya xəbərləri
qırğızıstan
qadağan
icazə
lisenziya
müəssisə
obyekt
qanun
qumar
https://cdnn1.img.sputnik.az/img/42220/77/422207773_0:275:3025:1977_1920x0_80_0_0_dd78e370dcde12448f6102ad3ab5c7d3.jpg
BAKI, 3 noyabr — Sputnik. Qırğızıstan parlamenti tam və ya qismən dövlətə məxsus olan daşınmaz əmlak obyektlərində kazinoların açılmasına icazə verən qanun layihəsini qəbul edib. Bu barədə respublikanın qanunvericilik məclisinin mətbuat xidmətindən jurnalistlərə bildiriblər. Qeyd olunur ki, qanun layihəsi barədə məlumatı iqtisadiyyat və ticarət nazirinin müavini Gulşat Asılbayeva təqdim edib. "Qanun layihəsi qumar oyunları subyektlərinə dövlət və ya bələdiyyəyə məxsus olan daşınmaz əmlak obyektlərində, habelə dövlət və ya yerli özünüidarəetmə orqanlarının kapitalında payı olan müəssisələrin, idarələrin, təşkilatların daşınmaz əmlak obyektlərində öz fəaliyyətlərini həyata keçirmək imkanını təmin etmək məqsədilə hazırlanıb", - mətbuat xidməti Asılbəyovanın sözlərini sitat gətirib. Parlament əlavə edib ki, yeniliklər ölkəyə investisiyaların cəlb edilməsi, yeni iş yerlərinin açılması, həmçinin respublika büdcəsinə vergi daxilolmalarının artırılması məqsədilə hazırlanıb. Qırğızıstanda qumar oyunları fəaliyyətinə icazə verən qanun 2022-ci ilin yayında Prezident Sadır Japarov tərəfindən imzalanıb. Qəbul edilən qanun layihəsinə əsasən, kazinolarda yalnız əcnəbilər oynaya bilər. Nazirlər Kabineti Qırğızıstan vətəndaşlarını kazinoya buraxan qumar müəssisələrini lisenziyaların ləğv edilməsi ilə hədələyib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42220/77/422207773_294:0:3025:2048_1920x0_80_0_0_96b6f00b412695f75601cb388f07adb5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
kazino, qırğızıstan, qadağan, icazə, lisenziya, müəssisə, obyekt, qanun, qumar
kazino, qırğızıstan, qadağan, icazə, lisenziya, müəssisə, obyekt, qanun, qumar
Qırğızıstan parlamenti kazinoların açılmasına icazə verib
2022-ci ilin yayında Prezident Sadır Japarov tərəfindən imzalanan qanun layihəsinə əsasən, kazinolarda yalnız əcnəbilər oynaya bilər.
BAKI, 3 noyabr — Sputnik. Qırğızıstan parlamenti tam və ya qismən dövlətə məxsus olan daşınmaz əmlak obyektlərində kazinoların açılmasına icazə verən qanun layihəsini qəbul edib.
Bu barədə respublikanın qanunvericilik məclisinin mətbuat xidmətindən jurnalistlərə bildiriblər.
"Joqorku Keneşin (parlament - red.) iclasında deputatlar "Qırğızıstan Respublikasında qumar oyunları haqqında" Qırğızıstan Respublikasının qanununa dəyişiklik edilməsi haqqında qanun layihəsini nəzərdən keçirərək qəbul ediblər. Qanun layihəsi üç oxunuşda qəbul edilib", - məlumatda deyilir.
Qeyd olunur ki, qanun layihəsi barədə məlumatı iqtisadiyyat və ticarət nazirinin müavini Gulşat Asılbayeva təqdim edib.
"Qanun layihəsi qumar oyunları subyektlərinə dövlət və ya bələdiyyəyə məxsus olan daşınmaz əmlak obyektlərində, habelə dövlət və ya yerli özünüidarəetmə orqanlarının kapitalında payı olan müəssisələrin, idarələrin, təşkilatların daşınmaz əmlak obyektlərində öz fəaliyyətlərini həyata keçirmək imkanını təmin etmək məqsədilə hazırlanıb", - mətbuat xidməti Asılbəyovanın sözlərini sitat gətirib.
Parlament əlavə edib ki, yeniliklər ölkəyə investisiyaların cəlb edilməsi, yeni iş yerlərinin açılması, həmçinin respublika büdcəsinə vergi daxilolmalarının artırılması məqsədilə hazırlanıb.
Qırğızıstanda qumar oyunları fəaliyyətinə icazə verən qanun 2022-ci ilin yayında Prezident Sadır Japarov tərəfindən imzalanıb. Qəbul edilən qanun layihəsinə əsasən, kazinolarda yalnız əcnəbilər oynaya bilər. Nazirlər Kabineti Qırğızıstan vətəndaşlarını kazinoya buraxan qumar müəssisələrini lisenziyaların ləğv edilməsi ilə hədələyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.