https://sputnik.az/20241103/cin-sanksiyalari-dronlarin-abs-dan-ukraynaya-tedarukune-zerbe-vurub-468460187.html
Çin sanksiyaları dronların ABŞ-dan Ukraynaya tədarükünə zərbə vurub
Çin sanksiyaları dronların ABŞ-dan Ukraynaya tədarükünə zərbə vurub
Sputnik Azərbaycan
Ukrayna ordusunu təchiz edən ABŞ-ın ən böyük pilotsuz təyyarələr istehsalçısı Pekinin sanksiyalar tətbiq etməsindən sonra böhranla üzləşib. 03.11.2024, Sputnik Azərbaycan
2024-11-03T08:40+0400
2024-11-03T08:40+0400
2024-11-03T08:40+0400
dron
dünya xəbərləri
çin
pua
abş
ukrayna
tayvan
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/0e/434226664_0:67:1280:787_1920x0_80_0_0_7884bae5e4207ad1ca1de114f127efef.jpg
BAKI, 3 noyabr — Sputnik. Ukrayna Silahlı Qüvvələrinə verilən pilotsuz təyyarələri istehsal edən ABŞ şirkəti - "Skydio" Pekinin tətbiq etdiyi sanksiyalara görə Çin istehsalı olan komponentlərin çatışmazlığı ilə üzləşib. "Financial Times" bu barədə yazıb. "Ukrayna ordusunu təchiz edən ABŞ-ın ən böyük pilotsuz təyyarələr istehsalçısı Pekinin sanksiyalar tətbiq etməsindən, o cümlədən Çin qruplarına onu kritik komponentlərlə təchiz etməyi qadağan etdikdən sonra təchizat zənciri böhranla üzləşib" – məqalədə deyilib. Bildirilib ki, şirkət hazırda alternativ təchizatçılarla əməkdaşlıq qurmağa çalışır. Söhbət, xüsusilə, akkumulyator istehsalçılarından gedir. Xatırladaq ki, sentyabrın 18-də Çin ABŞ-ın Tayvana silah satışına cavab olaraq 9 ABŞ şirkətinə sanksiya tətbiq edib. Onlara qarşı ölkədəki aktivlərinin dondurulması üçün tədbirlər görüləcək, ÇXR-də olan təşkilat və şəxslərin onlarla hər hansı əməliyyatlar aparmasına, əməkdaşlıq etməsinə və ya başqa fəaliyyət göstərməsinə qadağa qoyulacaq.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/0e/434226664_72:0:1209:853_1920x0_80_0_0_ddb8dd5fd84c4ff57d19e36d69142856.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
dron, çin, pua, abş, ukrayna, tayvan
dron, çin, pua, abş, ukrayna, tayvan
Çin sanksiyaları dronların ABŞ-dan Ukraynaya tədarükünə zərbə vurub
Ukrayna ordusunu təchiz edən ABŞ-ın ən böyük pilotsuz təyyarələr istehsalçısı Pekinin sanksiyalar tətbiq etməsindən sonra böhranla üzləşib.
BAKI, 3 noyabr — Sputnik. Ukrayna Silahlı Qüvvələrinə verilən pilotsuz təyyarələri istehsal edən ABŞ şirkəti - "Skydio" Pekinin tətbiq etdiyi sanksiyalara görə Çin istehsalı olan komponentlərin çatışmazlığı ilə üzləşib.
"Financial Times" bu barədə yazıb.
"Ukrayna ordusunu təchiz edən ABŞ-ın ən böyük pilotsuz təyyarələr istehsalçısı Pekinin sanksiyalar tətbiq etməsindən, o cümlədən Çin qruplarına onu kritik komponentlərlə təchiz etməyi qadağan etdikdən sonra təchizat zənciri böhranla üzləşib" – məqalədə deyilib.
Bildirilib ki, şirkət hazırda alternativ təchizatçılarla əməkdaşlıq qurmağa çalışır. Söhbət, xüsusilə, akkumulyator istehsalçılarından gedir.
Xatırladaq ki, sentyabrın 18-də Çin ABŞ-ın Tayvana silah satışına cavab olaraq 9 ABŞ şirkətinə sanksiya tətbiq edib. Onlara qarşı ölkədəki aktivlərinin dondurulması üçün tədbirlər görüləcək, ÇXR-də olan təşkilat və şəxslərin onlarla hər hansı əməliyyatlar aparmasına, əməkdaşlıq etməsinə və ya başqa fəaliyyət göstərməsinə qadağa qoyulacaq.