https://sputnik.az/20241103/avrozonada-issizlik-seviyyesi-deyismeyib-468421756.html
Avrozonada işsizlik səviyyəsi dəyişməyib
Avrozonada işsizlik səviyyəsi dəyişməyib
Sputnik Azərbaycan
Ötən ilin sentyabrında avrozonada işsizlik səviyyəsi 6,6%, Aİ-də isə 6,1% təşkil edib. 03.11.2024, Sputnik Azərbaycan
2024-11-03T21:10+0400
2024-11-03T21:10+0400
2024-11-03T21:10+0400
işsizlik
dünya xəbərləri
səviyyə
avropa ittifaqı
faiz
hesabat
ria novosti
https://cdnn1.img.sputnik.az/img/07e8/08/0d/466654581_756:0:4397:2048_1920x0_80_0_0_fb4a77e64c6e10fa44790b32e9e45946.jpg
BAKI, 3 noyabr — Sputnik. Avrozonada işsizlik səviyyəsi sentyabr ayında dəyişməyib, avqustda olduğu kimi 6,3% səviyyəsində qalıb. Bu barədə RİA Novosti Avrostat Avropa Statistika Agentliyinin hesabatına istinadən xəbər verir. "Trading Economics" portalının sorğusunda iştirak edən analitiklər sentyabrda bu göstəricinin avqust ayı üzrə ilkin 6,4% səviyyəsində olacağını gözləyirdilər. Avropa İttifaqında (Aİ) sentyabrda işsizlik səviyyəsi avqust ayında olduğu kimi 5,9% səviyyəsində qalıb. Ötən ilin sentyabrında avrozonada işsizlik səviyyəsi 6,6%, Aİ-də isə 6,1% təşkil edib. Mütləq ifadə ilə, hesabat dövründə Aİ-də işsizlərin sayı 13,042 milyon nəfər təşkil edib ki, bunun da 10,884 milyonu avropa zonası ölkələrinin payına düşüb. Ölkələr üzrə sentyabr ayının nəticələrinə görə, ən aşağı işsizlik səviyyəsi Çexiyada (2,8%), Polşada (2,9%) və Maltada (3%) qeydə alınıb. Ən yüksək göstəricilər isə İspaniya (11,2%), Yunanıstan (9,3%), İsveç (8,5%) və Finlandiyada (8,4%) müşahidə olunub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/08/0d/466654581_1211:0:3942:2048_1920x0_80_0_0_d4f924ab8135217663197f42f6f50b49.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
işsizlik, səviyyə, avropa ittifaqı, faiz, hesabat, ria novosti
işsizlik, səviyyə, avropa ittifaqı, faiz, hesabat, ria novosti
Avrozonada işsizlik səviyyəsi dəyişməyib
Ötən ilin sentyabrında avrozonada işsizlik səviyyəsi 6,6%, Aİ-də isə 6,1% təşkil edib.
BAKI, 3 noyabr — Sputnik. Avrozonada işsizlik səviyyəsi sentyabr ayında dəyişməyib, avqustda olduğu kimi 6,3% səviyyəsində qalıb.
Bu barədə RİA Novosti Avrostat Avropa Statistika Agentliyinin hesabatına istinadən xəbər verir.
"Trading Economics" portalının sorğusunda iştirak edən analitiklər sentyabrda bu göstəricinin avqust ayı üzrə ilkin 6,4% səviyyəsində olacağını gözləyirdilər.
Avropa İttifaqında (Aİ) sentyabrda işsizlik səviyyəsi avqust ayında olduğu kimi 5,9% səviyyəsində qalıb.
Ötən ilin sentyabrında avrozonada işsizlik səviyyəsi 6,6%, Aİ-də isə 6,1% təşkil edib.
Mütləq ifadə ilə, hesabat dövründə Aİ-də işsizlərin sayı 13,042 milyon nəfər təşkil edib ki, bunun da 10,884 milyonu avropa zonası ölkələrinin payına düşüb.
Ölkələr üzrə sentyabr ayının nəticələrinə görə, ən aşağı işsizlik səviyyəsi Çexiyada (2,8%), Polşada (2,9%) və Maltada (3%) qeydə alınıb. Ən yüksək göstəricilər isə İspaniya (11,2%), Yunanıstan (9,3%), İsveç (8,5%) və Finlandiyada (8,4%) müşahidə olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.