DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Zelenskini ya Qərb, ya da mənasız qan tökülməsindən bezmiş Ukrayna xalqı məhv edəcək

© AP Photo / Julia NikhinsonUkrayna Prezidenti Vladimir Zelenski, arxiv şəkli
Ukrayna Prezidenti Vladimir Zelenski, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 02.11.2024
Abunə olmaq
Vladimir Zelenski Ukraynanın problemlərinə görə Qərbi günahlandırıb.
BAKI, 2 noyabr — Sputnik. Vladimir Zelenskini ya Qərb, ya da mənasız qan tökülməsindən bezmiş öz xalqı məhv edəcək.
Bu barədə “aif.ru”ya Rusiya Dövlət Dumasının deputatı, RF Təhlükəsizlik Komitəsinin üzvü Mixail Şeremet məlumat verib.
Parlamentarinin sözlərinə görə, Zelenskinin ictimai isterikası onun siyasi savadsızlığı və rəsmi səlahiyyətlərinin tam olmaması səbəbindən özünü manevr etmək qabiliyyətindən məhrum edərək onu kor küncə salması ilə bağlıdır.
“Hazırkı divara dirənmiş vəziyyətdə qəbul edilən istənilən qərar onun üçün ölümcül təhlükəlidir. Döyüşü dayandırmaq qərarına gəlsə, o, kollektiv Qərb üçün lazımsız olacaq və aradan qaldırılacaq. Döyüşlər davam edərsə, o, mənasız qan tökülməsindən yorulan Ukrayna xalqı tərəfindən ləğv ediləcək” - Şeremet sözünü yekunlaşdırıb.
Xatırladaq ki, bu yaxınlarda Vladimir Zelenski Şimali Avropadan olan media nümayəndələrinə müsahibəsi zamanı saatın dörddə birini çox əsəbi vəziyyətdə olub. O, xüsusən də Ukraynanın problemlərinə görə Qərbi günahlandırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0