DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İsrail üçün şok: Baş nazirin ofisindən məxfi məlumatları sızdıran şəxslər saxlanıb

© AP Photo / Maya Alleruzzoİsrail polisi
İsrail polisi - Sputnik Azərbaycan, 1920, 02.11.2024
Abunə olmaq
Bir neçə şübhəli şəxsdən biri Benyamin Netanyahunun köməkçisidir.
BAKI, 2 noyabr — Sputnik. İsrail kəşfiyyat orqanları baş nazir Benyamin Netanyahunun ofisindən məxfi kəşfiyyat məlumatlarının sızması ilə bağlı bir neçə şübhəlini saxlayıb.
"The Times of Israel" nəşrinin məlumatına görə birgə əməliyyatı polis, ordu və İsrail Baş Təhlükəsizlik Xidməti həyata keçirir.
Şübhəlilər saxlanılaraq istintaqa aparılıb. Səlahiyyətlilər hesab edirlər ki, sızıntı İsrailin hərbi məqsədlərinə çatmasına mane ola bilərdi.
"Axios" portalı İsrail rəsmilərinə istinadən bildirib ki, bir neçə şübhəli şəxsdən biri Netanyahunun köməkçisidir.
Qeyd olunur ki, İsrail baş nazirinin özü də əvvəllə onun ofisindən heç kimin dindirilmədiyini və saxlanılmadığını açıqlamışdı.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0