DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Tehran İsrailə "ölümcül zərbə" endirəcək - İran rəhbərliyi "sionist rejim"i hədələdi

© Iranian Army via APİran hərbçisi
İran hərbçisi  - Sputnik Azərbaycan, 1920, 02.11.2024
Abunə olmaq
Milli Təhlükəsizlik Komitəsinin üzvü İsmail Kosari deyib ki, İranın İsrailin zərbəsinə hərbi cavabı əvvəlki bütün zərbələrdən qat-qat güclü olacaq.
BAKI, 2 noyabr — Sputnik. İranın Ali Milli Təhlükəsizlik Şurası oktyabrın 26-da İslam Respublikasında hədəflərə edilən hücuma İsrailə hərbi cavab verilməsinin zəruriliyi barədə qərar verib. Didban İran xəbər verir ki, bunu İran Məclisinin (birpalatalı parlament) Milli Təhlükəsizlik Komitəsinin üzvü İsmail Kosari deyib.
Kosarinin sözlərinə görə, İranın İsrailin zərbəsinə hərbi cavabı əvvəlki bütün zərbələrdən qat-qat güclü olacaq və Müqavimət oxu* qüvvələrinin iştirakı ilə həyata keçiriləcək.
Parlamentari Yaxın Şərqdəki müqavimət qruplarının İsrailə cavab vermək üçün İran silahlı qüvvələri ilə birləşəcəyini vurğulayıb.
İranın ali dini lideri Ayətullah Əli Xamneyi isə Tehranda bir qrup iranlı tələbə ilə görüşü zamanı deyib ki, İrana qarşı hərəkətlərinə görə həm İsrailə, həm də ABŞ-a mütləq sərt cavab veriləcək.
Xamneyi İsrailin regiondakı hərəkətlərinə və oktyabrın 26-da İrana hücumuna toxunaraq deyib:

“Düşmənlər, istər İsrail rejimi, istərsə də ABŞ bilməlidirlər ki, İrana və onun xalqına qarşı hərəkətlərinə görə mütləq sərt cavab alacaqlar”.

Sentyabrın 23-də İsrail Livanda “Şimalın oxları” kod adlı “önləyici hücum əməliyyatına” başladığını elan etdi.
Sentyabrın 28-də İsrailin Hizbullah lideri Həsən Nəsrullahı hava zərbəsi ilə öldürdüyü məlum olub.
Oktyabrın 1-nə keçən gecə İsrail ordusu Livanın cənubundakı sərhəd bölgəsindəki Hizbullah hədəflərinə qarşı “məhdud, lokallaşdırılmış və məqsədyönlü reydlərin” başladığını elan edib. Hizbullah İran tərəfindən dəstəklənib və İsrailə bir neçə yüz raket atıb.
*Müqavimət oxu (Mehvəre Moqavemat ) əsasən Yaxın Şərqdə formalaşan və anti-Qərb, anti-sionist mövqedə dayanan siyasi, hərbi qruplar və dövlətlər koalisiyasıdır. Bu oxun əsas məqsədi ABŞ-ın, İsrailin və onların bölgədəki müttəfiqlərinin təsirinə qarşı çıxmaq və regional güc balansını dəyişməkdir.
***
İran 26 oktyabr hücumuna cavab olaraq İsrailə "ölümcül zərbə" endirəcək.
Bu barədə Rusiya mediası İslam İnqilabı Keşikçiləri Korpusuna ("SEPAH") daxil olan hərbiləşdirilmiş Bəsic milislərinin komandiri, general-mayor Qulamrza Süleymaninin söylədiklərinə istinadən xəbər verib.
"İslam İnqilabının ali liderinin (Ayətullah Əli Xamenei - RT) dediyi kimi, sionist qruplaşma öz hesablamalarında səhvə yol verib. Ancaq biz düşmənin bu səhvini düzəldəcəyik. Onun səhvi bizim İsrailə ölümcül zərbə endirəcəyimizə gətirib çıxaracaq", - agentlik general-mayorun sözlərindən sitat gətirir.
İran İslam İnqilabı Keşikçiləri Korpusunun generalı vurğulayıb ki, İran "düşmənləri ilə mübarizə aparmaq üçün böyük potensialı" gizlədir.
Xatırladaq ki, oktyabrın 26-na keçən gecə İsrail Müdafiə Qüvvələri İrandakı hərbi obyektlərə zərbələr endirib.
Bu yaxınlarda "SEPAH" komandirinin müavini general-mayor Məhəmməd Rza Naqdi yaxın gələcəkdə İsraili təəccübləndirəcək "sarsıdıcı zərbələr"in olacağını vəd edib.
Bundan əlavə, "Axios" nəşri bildirib ki, İran ABŞ seçkilərindən əvvəl İsrailə zərbə endirməyi planlaşdırdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0