DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Kim Çenin qoşunları hələ ki, Ukraynaya qarşı döyüşlərdə iştirak etməyib

© Jonathan Ernst / Pool via APABŞ dövlət katibi Entoni Blinken
ABŞ dövlət katibi Entoni Blinken - Sputnik Azərbaycan, 1920, 02.11.2024
Abunə olmaq
XİN Şimali Koreya qoşunlarının Rusiya ərazisində mümkün varlığı ilə bağlı şayiələr yayan Qərb ölkələrinin təxribatlarına uymamağa çağırıb.
BAKI, 2 noyabr — Sputnik. ABŞ dövlət katibi Entoni Blinken Şimali Koreya qoşunlarının Ukrayna silahlı qüvvələrinə qarşı döyüşlərdə iştirak etmədiyini qeyd edib.
Bu məlumatı "Reuters" yayıb.
"Biz bu qoşunların Ukrayna qüvvələrinə qarşı döyüşdüyünü hələ görməmişik. Lakin bunun yaxın günlərdə baş verəcəyini gözləyirik" - Blinken deyib.
O, həmçinin qeyd edib ki, Ukrayna hərbçilərinə qarşı hərbi əməliyyatlar güclənərsə, KXDR ordusu "qanuni hədəf" sayılacaq.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova xalqı Şimali Koreya qoşunlarının Rusiya ərazisində mümkün varlığı ilə bağlı şayiələr yayan Qərb ölkələrinin təxribatlarına uymamağa çağırıb.
Rusiya Prezidenti Vladimir Putin daha əvvəl vurğulamışdı ki, tərəflər hərbi yardımı ehtiva edən Strateji Tərəfdaşlıq Müqaviləsinin 4-cü maddəsinin icrası üzrə qarşılıqlı fəaliyyəti davam etdirirlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0