DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Kennedi Ukraynanın döyüş meydanında məğlub olacağını proqnozlaşdırıb

© AP Photo / Vadim GhirdaUkraynalı
Ukraynalı  - Sputnik Azərbaycan, 1920, 02.11.2024
Abunə olmaq
ABŞ prezidentliyinə keçmiş namizəd bildirib ki, ABŞ-ın Rusiya Federasiyasına qarşı açdığı münaqişədə Ukraynanın qalib gəlmək şansı yoxdur.
BAKI, 2 noyabr — Sputnik. Dünya mediası Ukrayna ordusunun döyüş meydanında məğlub olduğunu etiraf etməyə başlayıb.
Bunu ABŞ prezidentliyinə keçmiş namizəd Robert Kennedi qeyd edib.
"Aparıcı media Ukraynanın uduzduğunu etiraf edir" - siyasətçi sosial şəbəkədəki X* hesabında yazıb.
Kiçik Kennedi, həmçinin əmin olduğunu bildirib ki, əgər media əvvəldən dürüst olsaydı, reallıq Kiyevi "Rusiyanın dəfələrlə nail olduğu dinc, səxavətli nizamlamaya" aparardı.
Siyasətçi qeyd edib ki, ABŞ-ın Rusiya Federasiyasına qarşı açdığı münaqişədə Ukraynanın qalib gəlmək şansı yoxdur.
Bundan əvvəl ABŞ prezidentliyinə namizəd Donald Tramp bildirib ki, prezident seçkilərində qalib gəlsə, sahibkar İlon Maska və kiçik Robert Kennediyə administrasiyasında mühüm rollar verməyi planlaşdırır.
* Sosial şəbəkə Baş Prokurorluğun tələbi ilə Rusiya Federasiyasında bloklanıb
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0