Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Sabah Azərbaycanda hava pis olacaq

© Photo : courtesy of Emil AgayevBakı
Bakı - Sputnik Azərbaycan, 1920, 02.11.2024
Abunə olmaq
Ayrı-ayrı yerlərdə leysan yağacağı, dolu düşəcəyi, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var.
BAKI, 2 noyabr — Sputnik. Bakıda və Abşeron yarımadasında noyabrın 3-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam buludluluğun artacağı, gecəyə doğru bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq, arabir güclənən cənub-qərb küləyi günün ikinci yarısında güclü şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 11-14° isti, gündüz 16-20° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə və gündüz 65-75 %olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin günün ikinci yarısı şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq.
Havanın temperaturu gecə 5-10° isti, gündüz 20-25° isti, dağlarda gecə 1-6° isti, gündüz 10-15° isti olacaq.
01.11.24, 17:41
Bir neçə gün davam edən mülayim hava şəraitindən sonra noyabrın 3-ü günün ikinci yarısından ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, 4-ü axşamadək qeyri-sabit, arabir yağıntılı keçəcəyi, havanın temperaturunun ötən günlərlə müqayisədə 7-10 dərəcə aşağı enəcəyi gözlənilir. Bunu Millli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib.
O qeyd edib ki, Bakıda və Abşeron yarımadasında noyabrın 3-ü axşamdan 4-ü gündüzədək arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli olacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində şimşək çaxacağı ehtimalı var.
"Noyabrın 3-ü axşam şimal və qərb rayonlarından başlayaraq 4-ü axşamadək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Naxçıvan MR, Qazax-Gəncə, Quba-Qusar, Balakən-Şəki, Dağlıq Şirvan, Mərkəzi Aran, Qarabağ, Şərqi-Zəngəzur və Lənkəran-Astara bölgəsində yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq və dağətəyi rayonlarda yağışın qara keçəcəyi ehtimalı var.
Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, o cümlədən Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur".
Xəbər lenti
0