https://sputnik.az/20241102/fhn-ehaliye-usaqlarla-bagli-xeberdarliq-edib---vdeo-468462887.html
FHN əhaliyə uşaqlarla bağlı xəbərdarlıq edib - VİDEO
FHN əhaliyə uşaqlarla bağlı xəbərdarlıq edib - VİDEO
Sputnik Azərbaycan
Uşaqların evdə, liftdə, həyətdə, küçədə və digər məkanlarda nəzarətdən kənar qalması arzuolunmaz nəticələrə gətirib çıxarır. 02.11.2024, Sputnik Azərbaycan
2024-11-02T11:26+0400
2024-11-02T11:26+0400
2024-11-02T11:30+0400
ağır atlet
cəmiyyət
fövqəladə hallar nazirliyi
uşaqlar
qaz
qaz sızması
köməksiz vəziyyətdə qalma
köməksiz vəziyyət
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/1a/434587906_0:160:3072:1888_1920x0_80_0_0_cb53512be68bec59376508dc99bde8a9.jpg
BAKI, 2 noyabr — Sputnik. Fövqəladə Hallar Nazirliyi uşaqların təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib. Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə mütəmadi olaraq azyaşlıların təhlükəli və ya köməksiz vəziyyətdə qalması ilə bağlı məlumatlar daxil olur. Məlumatlar əsasında Nazirliyin xilasetmə qüvvələri tərəfindən həyata keçirilən operativ əməliyyatlar sayəsində azyaşlılar xilas olunaraq ailə üzvlərinə və ya yaxınlarına təhvil verilir. "Yalnız son bir ay ərzində Nazirliyin xilasediciləri tərəfindən həyata keçirilmiş operativ əməliyyatlar sayəsində 56 uşaq xilas edilib. Aparılan təhlillər göstərir ki, qeyd olunan bu hallar uşaqların ilk növbədə valideynləri tərəfindən nəzarətsiz buraxılması və ya əksərən hər hansı səbəbdən mənzildə tək qoyulmaları nəticəsində baş verir. Mənzillərdə azyaşlıların həyatına təhlükə törədə biləcək elektrik və qaz cihazlarının, açıq eyvan və pəncərələrin, düşə biləcək ağır əşyaların, kimyəvi maddələrin, kəsici alətlərin və s. mövcudluğunu, habelə uşaqların liftdə, həyətdə, küçədə və digər məkanlarda nəzarətdən kənar qalmasının arzuolunmaz nəticələrə gətirib çıxara biləcəyini nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi bir daha valideynləri uşaqlara qarşı diqqətli olmağa və onları nəzarətsiz qoymamağa çağırır",- deyə məlumatda qeyd edilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/1a/434587906_171:0:2902:2048_1920x0_80_0_0_4f4e113f453ab844f2532b5996b278c8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ağır atlet, fövqəladə hallar nazirliyi, uşaqlar, qaz, qaz sızması, köməksiz vəziyyətdə qalma, köməksiz vəziyyət
ağır atlet, fövqəladə hallar nazirliyi, uşaqlar, qaz, qaz sızması, köməksiz vəziyyətdə qalma, köməksiz vəziyyət
FHN əhaliyə uşaqlarla bağlı xəbərdarlıq edib - VİDEO
11:26 02.11.2024 (Yenilənib: 11:30 02.11.2024) Uşaqların evdə, liftdə, həyətdə, küçədə və digər məkanlarda nəzarətdən kənar qalması arzuolunmaz nəticələrə gətirib çıxarır.
BAKI, 2 noyabr — Sputnik. Fövqəladə Hallar Nazirliyi uşaqların təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib.
Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə mütəmadi olaraq azyaşlıların təhlükəli və ya köməksiz vəziyyətdə qalması ilə bağlı məlumatlar daxil olur. Məlumatlar əsasında Nazirliyin xilasetmə qüvvələri tərəfindən həyata keçirilən operativ əməliyyatlar sayəsində azyaşlılar xilas olunaraq ailə üzvlərinə və ya yaxınlarına təhvil verilir.
"Yalnız son bir ay ərzində Nazirliyin xilasediciləri tərəfindən həyata keçirilmiş operativ əməliyyatlar sayəsində 56 uşaq xilas edilib.
Aparılan təhlillər göstərir ki, qeyd olunan bu hallar uşaqların ilk növbədə valideynləri tərəfindən nəzarətsiz buraxılması və ya əksərən hər hansı səbəbdən mənzildə tək qoyulmaları nəticəsində baş verir.
Mənzillərdə azyaşlıların həyatına təhlükə törədə biləcək elektrik və qaz cihazlarının, açıq eyvan və pəncərələrin, düşə biləcək ağır əşyaların, kimyəvi maddələrin, kəsici alətlərin və s. mövcudluğunu, habelə uşaqların liftdə, həyətdə, küçədə və digər məkanlarda nəzarətdən kənar qalmasının arzuolunmaz nəticələrə gətirib çıxara biləcəyini nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi bir daha valideynləri uşaqlara qarşı diqqətli olmağa və onları nəzarətsiz qoymamağa çağırır",- deyə məlumatda qeyd edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.