https://sputnik.az/20241102/erdogan-ozgur-ozel-ve-ekrem-mamoglunu-mehkemeye-verib-468469303.html
Ərdoğan Özgür Özəl və Əkrəm İmamoğlunu məhkəməyə verib
Ərdoğan Özgür Özəl və Əkrəm İmamoğlunu məhkəməyə verib
Sputnik Azərbaycan
Türkiyə prezidenti onların hər birindən 1 milyon TL təzminat tələb edib. 02.11.2024, Sputnik Azərbaycan
2024-11-02T20:26+0400
2024-11-02T20:26+0400
2024-11-02T20:26+0400
dünya xəbərləri
ərdoğan
rəcəb tayyip ərdoğan
türkiyə prezidenti rəcəb tayyib ərdoğan
əkrəm imamoğlu
chp
pkk
diktator
https://cdnn1.img.sputnik.az/img/07e8/09/17/467581856_0:260:3072:1988_1920x0_80_0_0_fddd3c8918bab5583cd5af87a308ddb9.jpg
BAKI, 2 noyabr - Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Özgür Özəl və partiya yoldaşı, İstanbul bələdiyyə başqanı Əkrəm İmamoğlunu ünvanına təhqiramiz ifadələr səsləndirdiyinə görə məhkəməyə verib. NTV-nin xəbərinə görə, Prezident Rəcəb Tayyib Ərdoğanın vəkili Əhməd Özəl CHP sədri Özgür Özəli “Prezidenti ictimai yerdə təhqir etmək və ona böhtan atmaq” ittihamı əsasında 1 milyon lirəlik (29 min ABŞ dolları-red.) mənəvi təzminat tələbi ilə məhkəməyə verib. İddia ərizəsində Özgür Özelin Esenyurt Bələdiyyəsi qarşısında etdiyi çıxışındakı ifadələr yer alıb. Eyni zamanda, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun Əhməd Özerin həbsinə etiraz çıxışında böhtan xarakterli açıqlamalar verdiyi, prezident Ərdoğanın vəkili tərəfindən Əkrəm İmamoğluna qarşı da 1 milyon lirəlik mənəvi təzminat iddiası qaldırıldığı bildirilib.İddialara səbəb oktyabrın 31-də İstanbulda keçirilən mitinqdə müxalifət nümayəndələrinin yerli bələdiyyənin başçısı Əhməd Özerin terror fəaliyyətində ittiham edilərək həbs olunması ilə əlaqədar Prezident Ərdoğana qarşı açıqlamaları olub. Qeyd edək ki, terror təşkilatı ilə əalqədə günahlandırılaraq həbs edilən Esenyurt bələdiyyəsinin sədri CHP-nin üzvüdür. CHP lideri Özgür Özəl öz çıxışında Ərdoğanı “diktator” adlandırıb, İstanbul meri Əkrəm İmamoğlu isə hakimiyyətin bu cür hərəkətlərlə “qaranlıq məqsədlər güddüyünü” deyib. Ərdoğanın qərarını şərh edən CHP lideri fərqli bir şey gözləmədiyini deyib. Qeyd edək ki, Esenyurt bələdiyyəsinin rəhbəri oktyabrın 30-da prokurorluğun sifarişi əsasında saxlanılıb. Hüquq-mühafizə orqanlarının rəsmilərində onun Ankaranın terror təşkilatı hesab etdiyi Kürdüstan Fəhlə Partiyasının (PKK) rəhbərliyinin nümayəndələri ilə çoxsaylı telefon danışıqlarına dair məlumatların olduğu iddia edilir. Həmin gün o, Cinayət Məcəlləsinin “Silahlı terror təşkilatı PKK-nın fəaliyyətində iştirak etmə” maddəsi ilə məhkəmə tərəfindən həbs edilərək vəzifəsindən uzaqlaşdırılıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/09/17/467581856_341:0:3072:2048_1920x0_80_0_0_b4dce25746eee1cc22b23dded1e5fe4f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ərdoğan, rəcəb tayyip ərdoğan, türkiyə prezidenti rəcəb tayyib ərdoğan, əkrəm imamoğlu, chp, pkk, diktator
ərdoğan, rəcəb tayyip ərdoğan, türkiyə prezidenti rəcəb tayyib ərdoğan, əkrəm imamoğlu, chp, pkk, diktator
Ərdoğan Özgür Özəl və Əkrəm İmamoğlunu məhkəməyə verib
Türkiyə prezidenti onların hər birindən 1 milyon TL təzminat tələb edib.
BAKI, 2 noyabr - Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Özgür Özəl və partiya yoldaşı, İstanbul bələdiyyə başqanı Əkrəm İmamoğlunu ünvanına təhqiramiz ifadələr səsləndirdiyinə görə məhkəməyə verib.
NTV-nin xəbərinə görə, Prezident Rəcəb Tayyib Ərdoğanın vəkili Əhməd Özəl CHP sədri Özgür Özəli “Prezidenti ictimai yerdə təhqir etmək və ona böhtan atmaq” ittihamı əsasında 1 milyon lirəlik (29 min ABŞ dolları-red.) mənəvi təzminat tələbi ilə məhkəməyə verib. İddia ərizəsində Özgür Özelin Esenyurt Bələdiyyəsi qarşısında etdiyi çıxışındakı ifadələr yer alıb. Eyni zamanda, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun Əhməd Özerin həbsinə etiraz çıxışında böhtan xarakterli açıqlamalar verdiyi, prezident Ərdoğanın vəkili tərəfindən Əkrəm İmamoğluna qarşı da 1 milyon lirəlik mənəvi təzminat iddiası qaldırıldığı bildirilib.
İddialara səbəb oktyabrın 31-də İstanbulda keçirilən mitinqdə müxalifət nümayəndələrinin yerli bələdiyyənin başçısı Əhməd Özerin terror fəaliyyətində ittiham edilərək həbs olunması ilə əlaqədar Prezident Ərdoğana qarşı açıqlamaları olub. Qeyd edək ki, terror təşkilatı ilə əalqədə günahlandırılaraq həbs edilən Esenyurt bələdiyyəsinin sədri CHP-nin üzvüdür.
CHP lideri Özgür Özəl öz çıxışında Ərdoğanı “diktator” adlandırıb, İstanbul meri Əkrəm İmamoğlu isə hakimiyyətin bu cür hərəkətlərlə “qaranlıq məqsədlər güddüyünü” deyib.
Ərdoğanın qərarını şərh edən CHP lideri fərqli bir şey gözləmədiyini deyib.
Qeyd edək ki, Esenyurt bələdiyyəsinin rəhbəri oktyabrın 30-da prokurorluğun sifarişi əsasında saxlanılıb. Hüquq-mühafizə orqanlarının rəsmilərində onun Ankaranın terror təşkilatı hesab etdiyi Kürdüstan Fəhlə Partiyasının (PKK) rəhbərliyinin nümayəndələri ilə çoxsaylı telefon danışıqlarına dair məlumatların olduğu iddia edilir.
Həmin gün o, Cinayət Məcəlləsinin “Silahlı terror təşkilatı PKK-nın fəaliyyətində iştirak etmə” maddəsi ilə məhkəmə tərəfindən həbs edilərək vəzifəsindən uzaqlaşdırılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.