SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

"Uzunqulaq" yoxsa "Fil": Kimin prezidentliyi məqbuldur?

© AP Photo / ELIZABETH DALZIEL"Uzunqulaq" və "Fil"
Uzunqulaq və Fil - Sputnik Azərbaycan, 1920, 01.11.2024
Abunə olmaq
Xüsusən də indiki ABŞ administrasiyası ilə Azərbaycan arsında münasibətlərin gərgin olduğu vaxtda gözləntilər də dəyişir.
BAKI, 1 noyabr — Sputnik. ABŞ-da prezident seçkilərinə sayılı günlər qalıb. Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp və onun Demokratlar Partiyasından rəqibi Kamala Harrisin seçkiyə az bir müddət qalmış seçici dəstəyi bərabərləşib.
Azərbaycanda da ABŞ-da kimin prezident olacağı maraqla gözlənilir. Xüsusən də indiki ABŞ administrasiyası ilə Azərbaycan arsında münasibətlərin gərgin olduğu vaxtda gözləntilər də dəyişir.
Xatırladaq ki, II Şuşa Qlobal Media Forumunda Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinin baş direktoru Mixail Qusmanın "ABŞ-da kimin adının yanvarın 20-si səsləndirilməsini istərdiniz?" sualına cavabında bildirib ki, bu məsələyə öz nöqteyi-nəzərimizdən yanaşırıq.

"Qərarı Amerika xalqı verəcək. Bu, onların prezidentidir. Lakin, eyni zamanda, bu, bütün dünya üçün xüsusi əhəmiyyətə malikdir. Çünki bir çox xalqların və ölkələrin taleyi böyük dərəcədə Birləşmiş Ştatların birinci şəxsinin verəcəyi qərarlardan asılı olacaq. Mənim fikrimcə, Prezident Trampın hələ də davam edən kampaniya zamanı səsləndirdiyi mühüm tezislərdən biri də odur ki, onun vaxtında heç bir müharibə olmayacaq. Onun hakimiyyəti dövründə Amerika müharibələrə başlamadı, Vyetnam, Koreya, Yuqoslaviya, Əfqanıstan, Liviya, İraq, Suriya və necə deyərlər, onların davamı olmadı. Bax, bu müddət ərzində onların heç biri baş vermədi. Ancaq buna, yəqin ki, böyük hörmətlə yanaşmağa dəyər", - Azərbaycan lideri bildirib.

Azərbaycan Prezidentinin bu fikirlərindən kimin namizədliyinin maraqlarımıza cavab verməsi sualına müəyyən qədər aydınlıq gətirilir.
© AP Photo / Kayla WolfHarris, arxiv
Вице-президент США Камала Харрис - Sputnik Azərbaycan, 1920, 31.10.2024
Harris, arxiv
Millət vəkili Elman Nəsirov deyir ki, son sorğular Trampın rəqibini üstələdiyini göstərir:

"Rəqəmlər dəyişir və Tramp rəqibini getdikcə üstələyir. Nəzərə almaq lazımdır, Harris nüfuzu yetərincə aşağı olan Baydenin komandasının təmsilçisidir, eyni zamanda o, daha çox ermənipərəstliyi ilə diqqət çəkir. Buna təəccüblənmək olmaz. Onun 2011-ci ildə Kaliforniya Ştatının Baş Prokuroru olmasında o dövrün ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin dəstəyi olub. Kamala Harrisin prezident seçiləcəyi təqdirdə Cənubi Qafqaz və Ermənistanla bağlı siyasətində daha çox addımlar ata bilər. Bu isə regionumuza yaxşı heç nə vəd etmir".

© Sputnik / Murad OrujovMillət vəkili Elman Nəsirov
Millət vəkili Elman Nəsirov - Sputnik Azərbaycan, 1920, 31.10.2024
Millət vəkili Elman Nəsirov
Millət vəkili onu da bildirib ki, ABŞ prezidentliyinə namizədlər seçki dövründə çox vədlər versələr də, nədənsə prezidentlik dönəmində bunu yadlarına salmaq istəmirlər:
"Trampın seçilməsi ilə ABŞ üçün daxili siyasət məsələləri önə keçəcək. Düşünürəm ki, onun hakimiyyətə gəlməsi ilə daha etibarlı beynəlxalq münasibətlər sistemi formalaşa bilər. Bu isə ABŞ-ın digər ölkələrin daxili işlərinə qarışmaq siyasətində fərqli məzmun yarada bilər. Eyni zamanda Tramp Çin və Yaxın Şərqlə bağlı konkret baxışlara malikdir".
Politoloq Tofiq Abbasov isə hesab edir ki, son dövrlərin siyasi ənənəsi göstərir ki, ABŞ-da prezident kürsüsündə demokrat və ya respublikaçı namizədin əyləşməsinin o qədər də əhəmiyyəti yoxdur. Onun sözlərinə görə, son 30 ildə hakimiyyətdə kimin olmasından asılı olmayaraq, Azərbaycana, eləcə də post sovet məkanının digər ölkələrinə münasibət eynidir.

"Onların bizim kimi ölkələrə qarşı qərəzi var. ABŞ istəyir ki, bu ölkələrlə bərabərhüquqlu olmayan, özlərini üstünlüyünü təsdiqləyəcək münasibətlər qursunlar. Təsadüfi deyil ki, rəsmi Bakı bu münasibətə qarşı dayanır. Respublikaçılar və Demokratlar imperiya siyasətinin ifadəçisidirlər".

© Sputnik / Murad OrujovTofiq Abbasov
Видеомост в Мультимедийном пресс-центре Sputnik Азербайджан, посвященный месяцу Рамазан - Sputnik Azərbaycan, 1920, 31.10.2024
Tofiq Abbasov
Tofiq Abbasov qeyd edib ki, ABŞ-ın dövlət siyasətini formalaşdıran üzdə olan və olmayan təhlükəsizlik strukturlarıdır".
Politoloq bildirib ki, bu strukturlar ABŞ siyasətinin həlledicisidirlər:
"Prezidentlər bu siyasətin təqdimedicisi kimi çıxış edirlər. Riçard Niksona qədər ABŞ prezidentinin sözü kəsərli idi. Cimi Karterin dövründən isə başqa bir dövrün əsası qoyuldu. ABŞ siyasətinin elə bir ənənəsi var ki, o, dəyişilməz olaraq qalır. Bu siyasət imperialist maraqların ifadəçisidir. Azərbaycan bir çox hallarda ABŞ siyasətindəki riyakarlığın şahidi olub. Bu baxımdan prezident istər Harris olsun, istərsə də Tramp, eyni siyasəti yeridəcəklər".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0