CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sərnişinlərin qatarlara əlavə yük keçirməsinə şərait yaradılmalıdır – Deputat

© Azerbaijan Railways CJSCQatar
Qatar - Sputnik Azərbaycan, 1920, 01.11.2024
Abunə olmaq
Naqif Həmzəyev qeyd edib ki, texniki problemlərdən biri sərnişinlərə qatara yalnız 23 kq baqaj yükü keçirməsinə icazə verilməsidir. İkinci çantanı daşımağa icazə vermirlər. Bu da sərnişinlər arasında narazılıq yaradır.
BAKI, 1 noyabr— Sputnik. "Azərbaycanda nəqliyyat infrastrukturu təkmilləşdilir, Gəncəyə də müasir qatar reysi fəaliyyət göstərir, ancaq bəzi texniki məsələlər var ki, bunu həll etmək zəruridir". Bunu deputat Naqif Həmzəyev parlamentin iclasında deyib.
© Photo : TRENDNaqif Həmzəyev, arxiv
Naqif Həmzəyev- Milli Məclisin Gəncədən seçilmiş üzvü - Sputnik Azərbaycan, 1920, 01.11.2024
Naqif Həmzəyev, arxiv
Deputat qeyd edib ki, texniki problemlərdən biri sərnişinlərə qatara yalnız 23 kq baqaj yükü keçirməsinə icazə verilməsidir:

“İkinci çantanı daşımağa icazə vermirlər. Bu da sərnişinlər arasında narazılıq yaradır. Çox xahiş edirəm, ən azından ödənişli əsaslarla ikinci baqajı keçirmək imkanı yaradılsın. Bundan əlavə, dəmir yollarında xüsusi gözləmə zallarında yalnız VİP bilet alanların gözləməsinə icazə verilir. Digər bilet alanların da gözləmə zalından istifadə etməsinə imkan yaradılması yaxşı olardı”, - deyə deputat əlavə edib.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0