DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Qərb Moldovada seçkilərə müdaxilə edib - Lebedev

© Sputnik / Murad OrujovLebedev
Lebedev - Sputnik Azərbaycan, 1920, 01.11.2024
Abunə olmaq
MDB-nin baş katibi bildirib ki, indi Moldovada hər hansı demokratik seçkidən söhbət gedə bilməz, çünki ölkə rəhbərliyi onların ədalətli keçirilməsi üçün tələbləri yerinə yetirmir.
BAKI, 1 noyabr — Sputnik. Qərb ölkələrinin Moldovada keçirilən prezident seçkilərinə müdaxiləsi göz qabağındadır, səsvermənin demokratikliyindən söhbət gedə bilməz. Bunu MDB-nin baş katibi Sergey Lebedev RİA Novosti-yə ikinci Minsk Beynəlxalq Təhlükəsizlik Konfransı çərçivəsindəbildirib.

"Avropa İttifaqı və Qərb ölkələrinin Moldovanın siyasi vəziyyətinə müdaxiləsi yolverilməzdir. Baltikyanı ölkələrin və digər ölkələrin siyasətçilərinin səfərləri, insanların əhval-ruhiyyəsinə təsir etmək cəhdləri çaşqınlıq və rədd cavabı alır", - Lebedev deyib.

MDB-nin baş katibi qeyd edib ki, indi Moldovada hər hansı demokratik seçkidən söhbət gedə bilməz, çünki ölkə rəhbərliyi onların ədalətli keçirilməsi üçün tələbləri yerinə yetirmir.
"Biz MDB-də Moldova xalqının seçimini tanıyırıq. Bu, Moldova vətəndaşlarının zəruri hesab etdikləri rəhbərliyi seçmək hüququdur", - baş katib seçkilərin ikinci turundan gözləntilər barədə agentliyin sualını cavablandırarkən deyib.
Lebedev vurğulayıb ki, Birlik Kişinyovun MDB ölkələri ilə mehriban qonşuluq və qarşılıqlı faydalı münasibətlərin qorunmasında ayıq və ağlabatan yanaşmasnın üstünlük təşkil edəcəyinə ümid edir.
Moldovada prezident seçkilərinin birinci turu oktyabrın 20-də keçirilib. Hazırkı prezident Maya Sandu 42,45% səs toplayıb, ikinci yerdə 25,98% səslə Sandu rejimi tərəfindən Moldovanın baş prokuroru vəzifəsindən uzaqlaşdırılan qaqauziya əsilli Aleksandr Stoyanoqlo qərarlaşıb. Hər iki namizəd noyabrın 3-nə planlaşdırılan ikinci tura keçir. Sandu Aİ-nin və Qərbə istiqamətlənmənin tərəfdarıdır. Stoyanoqlo hesab edir ki, Moldovanın Aİ ilə münasibətləri Rusiya və MDB ilə ənənəvi tərəfdaşlığa xələl gətirməməlidir.
Həmin gün Moldovanın Aİ-yə daxil olması ilə bağlı keçirilən referendumda ölkə vətəndaşlarının 50,46%-i Avropaya inteqrasiyanın lehinə, 49,54%-i isə əleyhinə səs verib. Referendum çərçivəsində vətəndaşlar bir suala cavab verməli idilər:
"Siz Moldova Respublikasının Avropa İttifaqına daxil olması üçün konstitusiyanın dəyişdirilməsinin tərəfdarısınızmı?"
Stoyanoqlo deyib ki, referendumun nəticələri mübahisəlidir və o, konstitusiyanın dəyişdirilməsinə qarşı çıxıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0