Prezident Ağdaş rayonuna yeni icra başçısı təyin etdi
17:09 01.11.2024 (Yenilənib: 17:14 01.11.2024)
© Official website of President of Azerbaijan Republicİlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti
Abunə olmaq
Orxan Hüseynzadə 2018-ci ildən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətində rəis müavini çalışıb.
BAKI, 1 noyabr - Sputnik. Prezident İlham Əliyevin imzaladığı sərəncamla Orxan Rüfət oğlu Hüseynzadə Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Orxan Rüfət oğlu Hüseynzadənin bioqrafiyasını təqdim edirik:
Orxan Rüfət oğlu Hüseynzadə 1983-cü ildə Bakı şəhərində anadan olub.
2004-cü ildə Bakı Dövlət Universitetini, 2013-cü ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib.
2006-2012-ci illərdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.
2012-2018-ci illər ərzində Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi müxtəlif vəzifələrdə işləyib.
2018-ci ildə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatında çalışıb.
2018-ci ildən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətində rəis müavini çalışıb.