https://sputnik.az/20241101/onlayn-is-rejimine-kecilsin---deputatdan-teklif-468439777.html
Onlayn iş rejiminə keçilsin - Deputatdan təklif
Onlayn iş rejiminə keçilsin - Deputatdan təklif
Sputnik Azərbaycan
Deputat bildirib ki, hazırda qəsəbələrdən şəhər mərkəzinə gəlmək üçün uzun-uzadı tıxaclarda qalmalı olursan. Təklif edirəm ki, hökumət bununla bağlı hər hansı... 01.11.2024, Sputnik Azərbaycan
2024-11-01T14:11+0400
2024-11-01T14:11+0400
2024-11-01T14:11+0400
cəmiyyət
cop29
azərbaycan
onlayn
iş
milli məclis
deputat
razi nurullayev
https://cdnn1.img.sputnik.az/img/42216/60/422166040_0:0:1920:1080_1920x0_80_0_0_b0259c8e62ba1f8ccc2c9f07d6b36d18.jpg
BAKI, 1 noyabr— Sputnik. “Biz böyük beynəlxalq tədbirə ev sahibliyi edəcəyik. Artıq indidən yollarda hərəkət etmək çətinləşib. “COP29 zolaqları” da hərəkəti bir qədər çətinləşdirir”. Bunu parlamentin plenar iclasında deputat Razi Nurullayev deyib. Deputat bildirib ki, hazırda qəsəbələrdən şəhər mərkəzinə gəlmək üçün uzun-uzadı tıxaclarda qalmalı olursan:R.Nurullayev vacib 3-4 yerdə metro stansiyalarının tikintisi üçün maliyyə ayrılmasını da təklif edib: "Tıxaclardan yayınmağın ən yaxşı yolu məhz yeraltı nəqliyyatdır. Hesab edirəm ki, metro stansiyalarının tikintisi və istifadəyə verilməsi tezləşdirilməlidir”. COP29 nədir? Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP) hər il keçirilir və sədrlik BMT-nin beş regionu arasında rotasiya olunur. Azərbaycan Tərəflər Konfransının bu ilin noyabrında Bakıda keçiriləcək 29-cu sessiyasına (COP29) sədrlik edəcək. Azərbaycan beynəlxalq tədbirlərə ev sahibliyi etmək sahəsində zəngin təcrübəyə malikdir. Tədbirin keçiriləcəyi məkan olaraq Bakı Stadionu seçilib. Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulub. Ölkəmiz 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarını 35 faiz azaldılmasını hədəfləyir. 2030-cu ildən sonra isə daha iddialı hədəf müəyyən edilib ki, bu da 2050-ci ilə qədər istixana qazlarının miqdarını 40 faiz azaldılmasından ibarətdir. Azərbaycan Respublikasının Prezidenti ölkəmizin işğaldan azad edilmiş torpaqlarını “Yaşıl enerji” zonası elan edib. Bu ərazilərin 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulur.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42216/60/422166040_146:0:1853:1280_1920x0_80_0_0_ef75db76870328663224d56ddda9f3ba.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
cop29, azərbaycan, onlayn, iş, milli məclis, deputat, razi nurullayev
cop29, azərbaycan, onlayn, iş, milli məclis, deputat, razi nurullayev
Onlayn iş rejiminə keçilsin - Deputatdan təklif
Deputat bildirib ki, hazırda qəsəbələrdən şəhər mərkəzinə gəlmək üçün uzun-uzadı tıxaclarda qalmalı olursan. Təklif edirəm ki, hökumət bununla bağlı hər hansı formada bir qərar versin.
BAKI, 1 noyabr— Sputnik. “Biz böyük beynəlxalq tədbirə ev sahibliyi edəcəyik. Artıq indidən yollarda hərəkət etmək çətinləşib. “COP29 zolaqları” da hərəkəti bir qədər çətinləşdirir”. Bunu parlamentin plenar iclasında deputat Razi Nurullayev deyib.
Deputat bildirib ki, hazırda qəsəbələrdən şəhər mərkəzinə gəlmək üçün uzun-uzadı tıxaclarda qalmalı olursan:
“Təklif edirəm ki, hökumət bununla bağlı hər hansı formada bir qərar versin. Məhz hökumət bir sıra dövlət qurumlarına və özəl sektora tövsiyə xarakterli onlayn iş rejiminə keçməyi təklif edə bilər. Düşünürəm ki, bu yollarda kifayət qədər tıxacın qarşısını alar. Eyni zamanda, COP29-la bağlı gələcək qonaqlarımız üçün də yollar rahat olar və tıxaclarda zaman itirməmiş olarlar”.
R.Nurullayev vacib 3-4 yerdə metro stansiyalarının tikintisi üçün maliyyə ayrılmasını da təklif edib:
"Tıxaclardan yayınmağın ən yaxşı yolu məhz yeraltı nəqliyyatdır. Hesab edirəm ki, metro stansiyalarının tikintisi və istifadəyə verilməsi tezləşdirilməlidir”.
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP) hər il keçirilir və sədrlik BMT-nin beş regionu arasında rotasiya olunur.
Azərbaycan Tərəflər Konfransının bu ilin noyabrında Bakıda keçiriləcək 29-cu sessiyasına (COP29) sədrlik edəcək. Azərbaycan beynəlxalq tədbirlərə ev sahibliyi etmək sahəsində zəngin təcrübəyə malikdir. Tədbirin keçiriləcəyi məkan olaraq Bakı Stadionu seçilib.
Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulub. Ölkəmiz 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarını 35 faiz azaldılmasını hədəfləyir. 2030-cu ildən sonra isə daha iddialı hədəf müəyyən edilib ki, bu da 2050-ci ilə qədər istixana qazlarının miqdarını 40 faiz azaldılmasından ibarətdir.
Azərbaycan Respublikasının Prezidenti ölkəmizin işğaldan azad edilmiş torpaqlarını “Yaşıl enerji” zonası elan edib. Bu ərazilərin 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.