https://sputnik.az/20241101/artiq-gozumuzdeki-problemleri-tibb-bacilari-aradan-qaldiracaq-yeni-ixtisas-yaradildi-468436509.html
Artıq gözümüzdəki problemləri tibb bacıları aradan qaldıracaq-Yeni ixtisas yaradıldı
Artıq gözümüzdəki problemləri tibb bacıları aradan qaldıracaq-Yeni ixtisas yaradıldı
Sputnik Azərbaycan
Yeni ixtisasa sahib olan tibb bacıları optometrist ilk tibbi yardım göstərə biləcəklər. 01.11.2024, Sputnik Azərbaycan
2024-11-01T13:52+0400
2024-11-01T13:52+0400
2024-11-01T13:52+0400
bakı
səhiyyə
oftalmoloq
ixtisas
azərbaycan
səhiyyə nazirliyi
optometriya
tibb
kollec
https://cdnn1.img.sputnik.az/img/40825/44/408254472_0:227:3103:1972_1920x0_80_0_0_6f47a43898183179c6973084c5d98699.jpg
BAKI, 1 noyabr — Sputnik. Azərbaycanda ilk dəfə olaraq Səhiyyə Nazirliyi 1 nömrəli Bakı Tibb Kollecində "Optometriya" ixtisası üzrə kadr hazırlığına başlanılıb. Bu barədə Sputnik Azərbaycan-a Səhiyyə Nazirliyindən məlumat verilib.Bildirilib ki, Səhiyyə Nazirliyinin 1 nömrəli Bakı Tibb Kollecində respublikamızda ilk dəfə olaraq 2024/2025-ci tədris ilindən etibarən "Optometriya" ixtisası üzrə kadr hazırlığı aparılır.Bu ixtisası üzrə kadr hazırlığı Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilən "Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı"ndakı dəyişikliklərə əsasən həyata keçirilir. Bununla əlaqədar, Səhiyyə Nazirliyinin təşəbbüsü ilə nazirliyin 1 nömrəli Bakı Tibb Kollecində müasir avadanlıqlarla təchiz olunmuş xüsusi otaq yaradılıb.Optometriya tibb elminin bir sahəsi olan oftalmologiya ilə yanaşı, gözün tibbi müayinəsi ilə bağlı iki ixtisasdan biridir. Optometrist görmə qabiliyyətini qiymətləndirmək və görmə korreksiyası vasitələrini təyin etmək üzrə ixtisaslaşan orta səviyyəli səhiyyə işçisidir. Bundan əlavə, optometrist ilk tibbi yardım göstərə bilər (məsələn, göz zədələndikdə, qum, həşərat kimi yad cisimlərin düşdüyü zaman və s.).Görmə orqanlarının ciddi göz patologiyaları aşkar edilərsə, optometrist xəstəni həkim-oftalmoloqa göndərir. Qeyd etmək lazımdır ki, oftalmoloq görmə orqanlarının görmə xəstəliklərinin və patologiyalarının müalicəsi (o cümlədən cərrahiyyə) ilə məşğul olur.Optometrist isə yalnız korreksiya vasitələrindən istifadə edərək, refraktiv qüsurların aradan qaldırılması ilə məşğul ola bilər, yəni yaxından görmə və uzaqdan görmə olan xəstələr üçün eynək və ya kontakt linzaları seçə bilər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40825/44/408254472_0:0:2731:2048_1920x0_80_0_0_d19ee3974f57b001ac3f5569f2cf6a59.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
bakı, oftalmoloq, ixtisas, azərbaycan, səhiyyə nazirliyi, optometriya, tibb, kollec
bakı, oftalmoloq, ixtisas, azərbaycan, səhiyyə nazirliyi, optometriya, tibb, kollec
Artıq gözümüzdəki problemləri tibb bacıları aradan qaldıracaq-Yeni ixtisas yaradıldı
Yeni ixtisasa sahib olan tibb bacıları optometrist ilk tibbi yardım göstərə biləcəklər.
BAKI, 1 noyabr — Sputnik. Azərbaycanda ilk dəfə olaraq Səhiyyə Nazirliyi 1 nömrəli Bakı Tibb Kollecində "Optometriya" ixtisası üzrə kadr hazırlığına başlanılıb. Bu barədə Sputnik Azərbaycan-a Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Səhiyyə Nazirliyinin 1 nömrəli Bakı Tibb Kollecində respublikamızda ilk dəfə olaraq 2024/2025-ci tədris ilindən etibarən "Optometriya" ixtisası üzrə kadr hazırlığı aparılır.
Bu ixtisası üzrə kadr hazırlığı Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilən "Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı"ndakı dəyişikliklərə əsasən həyata keçirilir. Bununla əlaqədar, Səhiyyə Nazirliyinin təşəbbüsü ilə nazirliyin 1 nömrəli Bakı Tibb Kollecində müasir avadanlıqlarla təchiz olunmuş xüsusi otaq yaradılıb.
Optometriya tibb elminin bir sahəsi olan oftalmologiya ilə yanaşı, gözün tibbi müayinəsi ilə bağlı iki ixtisasdan biridir. Optometrist görmə qabiliyyətini qiymətləndirmək və görmə korreksiyası vasitələrini təyin etmək üzrə ixtisaslaşan orta səviyyəli səhiyyə işçisidir. Bundan əlavə, optometrist ilk tibbi yardım göstərə bilər (məsələn, göz zədələndikdə, qum, həşərat kimi yad cisimlərin düşdüyü zaman və s.).
Görmə orqanlarının ciddi göz patologiyaları aşkar edilərsə, optometrist xəstəni həkim-oftalmoloqa göndərir. Qeyd etmək lazımdır ki, oftalmoloq görmə orqanlarının görmə xəstəliklərinin və patologiyalarının müalicəsi (o cümlədən cərrahiyyə) ilə məşğul olur.
Optometrist isə yalnız korreksiya vasitələrindən istifadə edərək, refraktiv qüsurların aradan qaldırılması ilə məşğul ola bilər, yəni yaxından görmə və uzaqdan görmə olan xəstələr üçün eynək və ya kontakt linzaları seçə bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.