CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 31 oktyabr – FOTO

© Sputnik / Elnur Salayev31 oktyabr
31 oktyabr - Sputnik Azərbaycan, 1920, 31.10.2024
Abunə olmaq
Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun.
BAKI, 31 oktyabr — Sputnik. Oktyabrın 31-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Oktyabrın 31-də kimlər anadan olub?
Aleksandr Alyoxin (1892-1946) - Rusiya və Fransa şahmatçısı və şahmat üzrə dördüncü dünya çempionudur. O, Birinci Dünya Müharibəsinə qədər dünyanın ən güclü şahmatçıları sırasında olub, 1914-cü ildə Sankt-Peterburq turnirində üçüncü yeri tutub və 1920-ci ildə RSFSR-in ilk çempionu olub.
© Photo : Public DomenAleksandr Alyoxin
Александр Алехин - Sputnik Azərbaycan, 1920, 30.10.2024
Aleksandr Alyoxin
Anatoli Papanov (1922-1987) - Sovet teatr və kino aktyoru, rejissor və SSRİ xalq artistidir. O, "53-cü ilin soyuq yayı", "12 stul", "Brilyant əl", "Dirilər və ölülər" və s. filmlərdə rol alıb.
© Sputnik Anatoli Papanov
Актер Анатолий Папанов на съемках кинофильма Бриллиантовая рука (режиссер Леонид Гайдай). - Sputnik Azərbaycan, 1920, 30.10.2024
Anatoli Papanov
Dermot Mulruni (1963) - ABŞ aktyoru və musiqiçisidir. O, "Ən yaxşı dostumun toyu", "Betmen", "Samanta", "Cəngəllikdə Motsart" və bir çox filmlərdə oynayıb.
© AP Photo / Jordan StraussDermot Mulroney
Dermot Mulroney - Sputnik Azərbaycan, 1920, 30.10.2024
Dermot Mulroney
31 oktyabr tarixində dünyada baş verən tarixi hadisələr
1876-cı ildə Hindistanda qasırğa 200.000 insanın həyatına son qoyub.
1961-ci ildə İosif Stalinin cənazəsi Lenin mavzoleyindən çıxarılaraq Kreml divarı yaxınlığındakı məzarda dəfn edilib.
1984-cü ildə İndira Qandi öz mühafizəçisi tərəfindən qətlə yetirilib.
1996-cı ildə Qara dəniz ölkələri - Rusiya, Bolqarıstan, Gürcüstan, Rumıniya, Türkiyə və Ukrayna Qara dənizin mühafizəsi və bərpası üzrə Strateji Fəaliyyət Planı imzalayıblar. Bu bu gün Beynəlxalq Qara Dəniz Günü kimi qeyd olunmağa başlayıb.
1996-cı ildə San Paulodan Rio-de-Janeyroya oradan da Resifiyə müntəzəm uçan "Transportes Aéreos Regionais" aviaşirkətinin "Fokker 100" təyyarəsi havaya qalxdıqdan 24 saniyə sonra San Paulonun sıx məskunlaşdığı əraziyə çırpılıb. Qəza nəticəsində 99 nəfər - təyyarədə olan 95 nəfərin hamısı (89 sərnişin və 6 ekipaj üzvü) və yerdə olan 4 nəfər həlak olub.
2011-ci ildə dünya əhalisinin sayı 7 milyard nəfəri keçib.
Xəbər lenti
0