DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Sanksiyalar münaqişələrin həllinə kömək edə bilməz - Çinin xüsusi nümayəndəsi

© AP Photo / Ng Han GuanÇin
Çin - Sputnik Azərbaycan, 1920, 31.10.2024
Abunə olmaq
Çinin xüsusi nümayəndəsi bildirib ki, nə müharibələr, nə də sanksiyalar münaqişələrin həllinə kömək edə bilər.
BAKI, 31 oktyabr — Sputnik. Çin hər bir ölkənin suverenliyinə və öz inkişaf yolunu seçmək hüququna hörmət etməyi zəruri hesab edir. Çin hökumətinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Huey Avrasiya təhlükəsizliyi üzrə II Minsk konfransında deyib.
Onun sözlərinə görə, dövlətlər - böyük və kiçik, güclü və zəif - hamısı beynəlxalq birliyin bərabərhüquqlu üzvləridir və onların sosial sistemini və inkişaf yolunu müstəqil seçmək hüququ təmin edilməlidir.
Çinin xüsusi nümayəndəsi bildirib ki, nə müharibələr, nə də sanksiyalar münaqişələrin həllinə kömək edə bilər.

"Beynəlxalq təcrübə tam şəkildə nümayiş etdirdi ki, nə müharibə, nə də sanksiyalar münaqişələrin həllinin əsas yolu ola bilər, yalnız dialoq və məsləhətləşmələr fikir ayrılıqlarını həll etmək üçün ən təsirli yoldur", - Li Huey deyib.

O əlavə edib ki, beynəlxalq ictimaiyyət böhranların sülh yolu ilə həllinə kömək etmək bütün səyləri dəstəkləməklə bağlı aydın mövqe tutacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0