https://sputnik.az/20241031/raziliga-gele-bileceyimize-nikbin-yanasiram---mirzoyan-468408254.html
Razılığa gələ biləcəyimizə nikbin yanaşıram - Mirzoyan
Razılığa gələ biləcəyimizə nikbin yanaşıram - Mirzoyan
Sputnik Azərbaycan
XİN rəhbəri deyib ki, qalan delimitasiya prosesinin davam etdirilməsi üçün heç bir maneə görmür. 31.10.2024, Sputnik Azərbaycan
2024-10-31T11:15+0400
2024-10-31T11:15+0400
2024-10-31T11:16+0400
siyasət
ermənistan
azərbaycan
sülh
ararat mirzoyan
xin
https://cdnn1.img.sputnik.az/img/07e7/09/1d/459109953_0:0:3072:1728_1920x0_80_0_0_32af7239ce2eb671f87e2a96fe121d92.jpg
BAKI, 31 oktyabr — Sputnik. Ermənistan və Azərbaycan sülh müqaviləsinin mətninin yalnız bir və ya iki redaksiyası üzrə razılığa gəlməlidirlər. Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib. O, həmçinin delimitasiya komissiyalarının fəaliyyəti ilə bağlı əsasnamənin ratifikasiyası üzrə ölkədaxili prosedurların başa çatmasından sonra qalan delimitasiya prosesinin davam etdirilməsi üçün heç bir maneə görmədiyini bildirib. Mirzoyan bildirib ki, Ermənistanla Türkiyə arasında dinamik və müsbət dialoq qurulub. Onun sözlərinə görə, hər iki ölkənin ekspertləri sərhəddə infrastrukturun qiymətləndirilməsi istiqamətində iş aparıblar və yaxın vaxtlarda Gümrü-Qars dəmir yolu hissəsinin infrastrukturunun oxşar qiymətləndirilməsi aparılacaq. Eyni zamanda, xarici işlər nazirinin qeyd edib ki, Ankara normallaşmanı Ermənistan-Azərbaycan prosesi ilə əlaqələndirir. Onun sözlərinə görə, İrəvan bunu bir qədər qeyri-konstruktiv mövqe hesab edir, lakin münasibətlərin normallaşmasına nikbin yanaşır. Xatırladaq ki, 2021-ci ilin dekabrında İrəvan və Ankara münasibətlərin normallaşdırılması üzrə danışıqlar üçün xüsusi nümayəndələr təyin ediblər. 2022-ci ilin iyulunda Vyanada sərhədin üçüncü ölkə vətəndaşları üçün açılması və birbaşa hava yüklərinin daşınmasına başlanması barədə razılıq əldə olunub, lakin bu məsələlər hələ də həllini tapmayıb. Bu ilin iyulunda Axurik-Akyaka dəmir yolu sərhəd keçidinin bərpası imkanları da müzakirə olunub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/09/1d/459109953_171:0:2902:2048_1920x0_80_0_0_cc73f7000769d8a509a2710a94c38f97.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ermənistan, azərbaycan, sülh, ararat mirzoyan, xin
ermənistan, azərbaycan, sülh, ararat mirzoyan, xin
Razılığa gələ biləcəyimizə nikbin yanaşıram - Mirzoyan
11:15 31.10.2024 (Yenilənib: 11:16 31.10.2024) XİN rəhbəri deyib ki, qalan delimitasiya prosesinin davam etdirilməsi üçün heç bir maneə görmür.
BAKI, 31 oktyabr — Sputnik. Ermənistan və Azərbaycan sülh müqaviləsinin mətninin yalnız bir və ya iki redaksiyası üzrə razılığa gəlməlidirlər. Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
"İndi bizdə (İrəvan və Bakıda - red.) belə bir anlayış var ki, bir-iki yanaşma qalıb, onun ətrafında müzakirələri davam etdirəcəyik. Bu, normal danışıqlar prosesidir. Mən yaxın gələcəkdə bu iki yanaşma ətrafında razılığa gələ biləcəyimizə nikbin yanaşıram, ondan sonra saziş imzalanmağa hazır olacaq", - Mirzoyan qeyd edib.
O, həmçinin delimitasiya komissiyalarının fəaliyyəti ilə bağlı əsasnamənin ratifikasiyası üzrə ölkədaxili prosedurların başa çatmasından sonra qalan delimitasiya prosesinin davam etdirilməsi üçün heç bir maneə görmədiyini bildirib.
Mirzoyan bildirib ki, Ermənistanla Türkiyə arasında dinamik və müsbət dialoq qurulub.
"İki ölkə arasında diplomatik münasibətlərin qurulması, sərhədin açılması, nəqliyyat və digər kommunikasiyaların açılması ilə bağlı dialoq aparılır", - Mirzoyan açıqlayıb.
Onun sözlərinə görə, hər iki ölkənin ekspertləri sərhəddə infrastrukturun qiymətləndirilməsi istiqamətində iş aparıblar və yaxın vaxtlarda Gümrü-Qars dəmir yolu hissəsinin infrastrukturunun oxşar qiymətləndirilməsi aparılacaq.
Eyni zamanda, xarici işlər nazirinin qeyd edib ki, Ankara normallaşmanı Ermənistan-Azərbaycan prosesi ilə əlaqələndirir. Onun sözlərinə görə, İrəvan bunu bir qədər qeyri-konstruktiv mövqe hesab edir, lakin münasibətlərin normallaşmasına nikbin yanaşır.
Xatırladaq ki, 2021-ci ilin dekabrında İrəvan və Ankara münasibətlərin normallaşdırılması üzrə danışıqlar üçün xüsusi nümayəndələr təyin ediblər. 2022-ci ilin iyulunda Vyanada sərhədin üçüncü ölkə vətəndaşları üçün açılması və birbaşa hava yüklərinin daşınmasına başlanması barədə razılıq əldə olunub, lakin bu məsələlər hələ də həllini tapmayıb.
Bu ilin iyulunda Axurik-Akyaka dəmir yolu sərhəd keçidinin bərpası imkanları da müzakirə olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.