CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Maye qazdoldurma məntəqəsinin istismarını dayandırıldı - Foto video

© Photo : MESMaye qazdoldurma məntəqəsi
Maye qazdoldurma məntəqəsi - Sputnik Azərbaycan, 1920, 31.10.2024
Abunə olmaq
Yoxlama zamanı məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb.
BAKI, 31 oktyabr — Sputnik. https://fhn.gov.az/az/melumatlar/fhn-tehlukesizlik-telebleri-pozulmus-maye-qazdoldurma-menteqesinin-istismarini-dayandirib-video-foto
Ağcabədi rayonu, Aşağı Avşar kəndi ərazisində fəaliyyət göstərən fərdi sahibkar Baxşalıyev Hüseyn Düşəri oğluna məxsus maye qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb. Bu barədə Sputnik Azərbaycan-a FHN-dən məlumat verilib. Bildirilib ki,Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin olunması istiqamətində səlahiyyətləri çərçivəsində zəruri tədbirlərin görülməsini davam etdirir.
Belə ki, Agentliyin əməkdaşları tərəfindən Ağcabədi rayonu, Aşağı Avşar kəndi ərazisində fəaliyyət göstərən fərdi sahibkar Baxşalıyev Hüseyn Düşəri oğluna məxsus maye qazdoldurma məntəqəsində plan üzrə yoxlama aparılıb.
Yoxlama zamanı məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb.
© Photo : MESMaye qazdoldurma məntəqəsi
Maye qazdoldurma məntəqəsi - Sputnik Azərbaycan, 1920, 31.10.2024
Maye qazdoldurma məntəqəsi
Belə ki, maye qazdoldurma məntəqəsində istismar olunan 2 ədəd təzyiq altında işləyən tutumun istismar müddətinin bitdiyi, tam texniki müayinələrin aparılmadığı, nəzarət-ölçü cihazları və qoruyucu qurğuların yoxlanılmadığı müəyyən edilib.
Aşkar olunmuş pozuntuların dərhal aradan qaldırılmasının mümkün olmadığı, eləcə də insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, maye qazdoldurma məntəqəsinin istismarı Agentliyin əməkdaşları tərəfindən dayandırılıb. Eyni zamanda, pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın və Agentliyin qərarının surətləri sahibkara təqdim edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0