https://sputnik.az/20241031/fermerlerin-diqqetine-erzaqliq-bugda-ekinine-dair-muqavilelerin-baglanma-vaxti-basa-catir-468409344.html
Fermerlərin diqqətinə! Ərzaqlıq buğda əkininə dair müqavilələrin bağlanma vaxtı başa çatır
Fermerlərin diqqətinə! Ərzaqlıq buğda əkininə dair müqavilələrin bağlanma vaxtı başa çatır
Sputnik Azərbaycan
Növbəti təsərrüfat ilində ərzaqlıq buğda əkini sahələrinin daha da genişləndirilməsi nəzərdə tutulur - nazirliyin məlumatına bildirilib. 31.10.2024, Sputnik Azərbaycan
2024-10-31T11:42+0400
2024-10-31T11:42+0400
2024-10-31T12:00+0400
iqtisadiyyat
buğda
ərzaq
kənd təsərrüfatı nazirliyi
https://cdnn1.img.sputnik.az/img/07e7/09/0c/458546732_0:160:3072:1888_1920x0_80_0_0_e950ea861c5c87d813c35b7dadbc01d9.jpg
BAKI, 31 oktyabr — Sputnik. 2025-ci il məhsulu üçün müasir suvarma sistemləri ilə təchiz olunmuş sahələrdə ərzaqlıq buğda əkininə dair Kənd Təsərrüfatı Nazirliyi ilə müqavilələrin bağlanması müddəti noyabrın 1-də başa çatır. Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, öz sahələrində pivot suvarma sistemi quraraq ərzaqlıq buğda əkini aparmaq istəyən fermerlər qeyd olunan tarixədək nazirliyə müraciət edərək, müvafiq müqaviləni imzalamalıdır. Qeyd edilib ki, "Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında" Azərbaycan Prezidentinin 2022-ci il 19 iyul tarixli Fərmanına əsasən, istehsalın etibarlı təşkili ilə əlaqədar tədbirlər 2024-cü ildə də davam etdirilib. 2024-cü ilin məhsulu üçün müqavilə imzalanmış 29 təsərrüfatda 23765 hektar sahədə ərzaqlıq buğda əkini aparılıb. Ərzaqlıq buğda istehsalına görə subsidiya verilir Qeyd edək ki, Aqrar Subsidiya Şurasının qərarına əsasən, ölkədə ərzaqlıq buğda istehsalına görə məhsul subsidiyası verilir. Bu subsidiya Kənd Təsərrüfatı Nazirliyi ilə bağlanmış müqaviləyə əsasən müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürmüş şəxslər tərəfindən istehsal olunan, Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verilən ərzaqlıq buğdaya şamil edilir. Xatırladaq ki, Azərbaycanda 2024-cü il üçün ərzaqlıq buğdanın dövlət tədarük qiyməti 400 manat/ton olaraq müəyyənləşib. Bu, 2023-cü illə müqayisədə 50 manat və yaxud 11,1% azdır. Müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda istehsal olunmuş, Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verilmiş ərzaqlıq buğdanın hər tonuna görə istehsalçılara 100 manat məhsul subsidiyası ödənilir. Nazir: "Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin 50-60%-ə çatdırılması çox məqbul olar" Bu yaxınlarda kənd təsərrüfatı naziri Məcnun Məmmədov mediaya açıqlamasında deyib ki, apardığımız qiymətləndirmələrə əsasən, son bir neçə ilə qədər ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsi təqribən 25% idi, 2023-cü il üzrə isə bu göstərici 34% təşkil edib:"Hazırda ölkədə yerli istehsal potensialının artırılması ilə bağlı Prezidentin təsdiq etdiyi proqram icra edilir. Sahibkarların buğda istehsalında yüksək məhsuldarlığı təmin edən pivot suvarma sistemlərinin tətbiqini genişləndirməsi üçün onlara subsidiya və güzəştli kreditlər formasında dəstək verilir. Həmçinin ilk dəfə olaraq un emalı müəssisələrinə və dövlət ehtiyatları üçün təhvil verilən ərzaqlıq buğdaya görə məhsul subsidiyası tətbiq olunur. Ötən il ərzaqlıq buğdanın dövlət tədarük qiymətinin azaldılması mövcud qaydalara əsaslanır. Bu qaydalara əsasən, hər il ərzaqlıq buğdanın maya dəyəri göstəriciləri hesablanaraq bəyan olunur. Ötən il tədarük qiymətinin azaldılması da buna görədir".O da bildirilib ki, 2022-ci ildə buğdanın istehsal xərcləri xüsusilə gübrələrin qiymətlərindəki kəskin artıma görə yüksək olub, 2023-cü ildə isə müvafiq xərclər ciddi şəkildə azalıb ki, bu da təbii olaraq buğdanın maya dəyərinin azalmasını şərtləndirib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20240727/azerbaycanda-taxil-bicini-nece-gedir-465815985.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/09/0c/458546732_171:0:2902:2048_1920x0_80_0_0_7966742e59e5d8fe554c2bd5b79a9e7e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
buğda, ərzaq, kənd təsərrüfatı nazirliyi
buğda, ərzaq, kənd təsərrüfatı nazirliyi
Fermerlərin diqqətinə! Ərzaqlıq buğda əkininə dair müqavilələrin bağlanma vaxtı başa çatır
11:42 31.10.2024 (Yenilənib: 12:00 31.10.2024) Növbəti təsərrüfat ilində ərzaqlıq buğda əkini sahələrinin daha da genişləndirilməsi nəzərdə tutulur - nazirliyin məlumatına bildirilib.
BAKI, 31 oktyabr — Sputnik. 2025-ci il məhsulu üçün müasir suvarma sistemləri ilə təchiz olunmuş sahələrdə ərzaqlıq buğda əkininə dair Kənd Təsərrüfatı Nazirliyi ilə müqavilələrin bağlanması müddəti noyabrın 1-də başa çatır.
Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, öz sahələrində pivot suvarma sistemi quraraq ərzaqlıq buğda əkini aparmaq istəyən fermerlər qeyd olunan tarixədək nazirliyə müraciət edərək, müvafiq müqaviləni imzalamalıdır.
Qeyd edilib ki, "Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında" Azərbaycan Prezidentinin 2022-ci il 19 iyul tarixli Fərmanına əsasən, istehsalın etibarlı təşkili ilə əlaqədar tədbirlər 2024-cü ildə də davam etdirilib. 2024-cü ilin məhsulu üçün müqavilə imzalanmış 29 təsərrüfatda 23765 hektar sahədə ərzaqlıq buğda əkini aparılıb.
"Növbəti təsərrüfat ilində ərzaqlıq buğda əkini sahələrinin daha da genişləndirilməsi nəzərdə tutulur", - nazirliyin məlumatına bildirilib.
Ərzaqlıq buğda istehsalına görə subsidiya verilir
Qeyd edək ki, Aqrar Subsidiya Şurasının qərarına əsasən, ölkədə ərzaqlıq buğda istehsalına görə məhsul subsidiyası verilir. Bu subsidiya Kənd Təsərrüfatı Nazirliyi ilə bağlanmış müqaviləyə əsasən müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürmüş şəxslər tərəfindən istehsal olunan, Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verilən ərzaqlıq buğdaya şamil edilir.
Xatırladaq ki, Azərbaycanda 2024-cü il üçün ərzaqlıq buğdanın dövlət tədarük qiyməti 400 manat/ton olaraq müəyyənləşib. Bu, 2023-cü illə müqayisədə 50 manat və yaxud 11,1% azdır. Müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda istehsal olunmuş, Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verilmiş ərzaqlıq buğdanın hər tonuna görə istehsalçılara 100 manat məhsul subsidiyası ödənilir.
Nazir: "Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin 50-60%-ə çatdırılması çox məqbul olar"
Bu yaxınlarda kənd təsərrüfatı naziri Məcnun Məmmədov mediaya açıqlamasında deyib ki, apardığımız qiymətləndirmələrə əsasən, son bir neçə ilə qədər ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsi təqribən 25% idi, 2023-cü il üzrə isə bu göstərici 34% təşkil edib:
"Hazırda ölkədə yerli istehsal potensialının artırılması ilə bağlı Prezidentin təsdiq etdiyi proqram icra edilir. Sahibkarların buğda istehsalında yüksək məhsuldarlığı təmin edən pivot suvarma sistemlərinin tətbiqini genişləndirməsi üçün onlara subsidiya və güzəştli kreditlər formasında dəstək verilir. Həmçinin ilk dəfə olaraq un emalı müəssisələrinə və dövlət ehtiyatları üçün təhvil verilən ərzaqlıq buğdaya görə məhsul subsidiyası tətbiq olunur. Ötən il ərzaqlıq buğdanın dövlət tədarük qiymətinin azaldılması mövcud qaydalara əsaslanır. Bu qaydalara əsasən, hər il ərzaqlıq buğdanın maya dəyəri göstəriciləri hesablanaraq bəyan olunur. Ötən il tədarük qiymətinin azaldılması da buna görədir".
O da bildirilib ki, 2022-ci ildə buğdanın istehsal xərcləri xüsusilə gübrələrin qiymətlərindəki kəskin artıma görə yüksək olub, 2023-cü ildə isə müvafiq xərclər ciddi şəkildə azalıb ki, bu da təbii olaraq buğdanın maya dəyərinin azalmasını şərtləndirib.
"Eyni zamanda, biz buğda istehsalının həcmini tələbatımıza uyğun həddə çatdırmaq üçün zəruri təbii resurslara malik olmadığımıza görə böyük investisiya qoyuluşları, o cümlədən dövlət vəsaitləri hesabına texnoloji inkişaf vasitəsilə məhsuldarlığı yüksəltməklə aşağı iqtisadi səmərəlilik hesabına da olsa, yerli istehsalın həcmini mümkün qədər çox artırmağa, idxalı mümkün qədər azaltmağa çalışırıq. Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin təqribən 50-60%-ə çatdırılması çox məqbul olardı", - nazir bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.