DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Dünyada beynəlxalq təhlükəsizliyi təmin edəcək alətlər qalmayıb - Lukaşenko

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev və Prezident Aleksandr Lukaşenko
Prezident İlham Əliyev və Prezident Aleksandr Lukaşenko  - Sputnik Azərbaycan, 1920, 31.10.2024
Abunə olmaq
Belarus prezidenti həmçinin ABŞ-ın nüvə silahlarının Avrasiya ərazisindən çıxarılmasının vacibliyini bəyan edib.
BAKI, 31 oktyabr — Sputnik. Dünyada beynəlxalq təhlükəsizliyə təminat verən hüquqi sənədlər faktiki olaraq qalmayıb və bu sahədə yeni sazişlərin bağlanması üçün heç bir iş aparılmır. Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Avrasiya təhlükəsizliyi üzrə II Minsk Beynəlxalq Konfransında deyib.

"Xüsusilə əlamətdar olan odur ki, beynəlxalq təhlükəsizliklə bağlı yeni sazişlərin bağlanması üçün heç bir iş aparılmır, bu, hərbçilərin deyil, siyasətçilərin öhdəliyindədir", - Lukaşenko bildirib.

Belarus prezidenti vurğulayıb ki, ümumilikdə beynəlxalq təhlükəsizlik sahəsində cəmi iki sənəd qalıb - Nüvə Silahlarının Yayılmaması haqqında MüqaviləStrateji Hücum Silahları haqqında Müqavilə.
"Hətta bunlar da işləmir, birincisi praktiki olaraq həyata keçirilmir, ikincisi isə mənəvi cəhətdən köhnəlib", - Lukaşenko qeyd edib.
O, həmçinin əlavə edib ki, ABŞ qlobal təhlükəsizlik qarantı rolunu oynaya bilmədiyini nümayiş etdirib.

"Bütün sosialist düşərgəsinin süqutundan sonra özünə azad dünyanın lideri titulunu verən ABŞ bütün potensialına baxmayaraq, bu konsepsiyanın geniş mənasında bir qlobal dayaq və təhlükəsizliyin təminatçısı ola bilmədi", - Lukaşenko vurğulayıb.

Belarus prezidenti həmçinin ABŞ-ın nüvə silahlarının Avrasiya ərazisindən çıxarılmasının vacibliyini bəyan edib.
ABŞ haqqında danışan Belarus lideri bu ölkədə vətəndaş müharibəsinin şahidi ola biləcəyindən ehtiyat etdiyini bildirib.
"Yaranan demokratiya vətəndaş cəmiyyətinin həyəcanverici miqyasda parçalanmasına gətirib çıxardı. Biz Almaniya, Fransa, Polşa, Moldova, Gürcüstan və ABŞ-ın özündə yanğın təhlükəsi yaradan vəziyyətin şahidi oluruq. Mən qorxuram ki, ABŞ-da vətəndaş müharibəsinin şahidi ola bilərik, hər şey buna doğru gedir, onlar bunu öz əlləri ilə edirlər və hələ də dünyada asayişi bərpa etmək iddiasındadırlar", - Belarus Prezidenti qeyd edib.
Lukaşenko dövlətləri müasir çağırışlara və təhdidlərə qarşı birgə tədbirlər hazırlamaq üçün qüvvələrini birləşdirməyə çağırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0