Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Azərbaycan Prezidenti İspaniya xalqına başsağlığı verib

İlham Əliyev, arxiv - Sputnik Azərbaycan, 1920, 31.10.2024
Abunə olmaq
Dövlətimizin başçısı İspaniya Hökumətinin Sədri Zati-aliləri cənab Pedro Sançezə məktub yazıb.
BAKI, 31 oktyabr - Sputnik. Prezident İlham Əliyev İspaniya Hökumətinin Sədri Pedro Sançezə başsağlığı məktubu ünvanlayıb.
Məktubda deyilir:

“Hörmətli cənab Sədr,

Valensiya regionunda baş vermiş güclü daşqınlar nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İspaniya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram”.

Qeyd edək ki, İspaniyada daşqınlar və fırtına nəticəsində ölənlərin sayı 140 nəfərə çatıb. Mütəxəssislərin qənaətinə görə, hazırkı təbii fəlakət ölkə tarixində qeydə alınan ən dağıdıcı təbii fəlakətlərdən biri kimi tarixə düşüb.
Bildirilir ki, bir gün ərzində ölkə ərazisinə düşən yağıntıların miqdarı illik normanı ötüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0