https://sputnik.az/20241031/ak-ve-set-numayendeleri-aqrar-senaye-kompleksinin-inkisafi-meselelerini-muzakire-edibler-468416964.html
AİK və ŞƏT nümayəndələri aqrar-sənaye kompleksinin inkişafı məsələlərini müzakirə ediblər
AİK və ŞƏT nümayəndələri aqrar-sənaye kompleksinin inkişafı məsələlərini müzakirə ediblər
Sputnik Azərbaycan
AİK nümayəndələri ŞƏT ölkələrinin aqrar texnologiyalarının mübadiləsi sahəsində təcrübəsi ilə tanış olublar, həmçinin yüksək texnologiyalı kənd təsərrüfatı... 31.10.2024, Sputnik Azərbaycan
2024-10-31T15:22+0400
2024-10-31T15:22+0400
2024-10-31T15:22+0400
iqtisadiyyat
avrasiya iqtisadi ittifaqı
şanxay əməkdaşlıq təşkilatı
ərzaq təhlükəsizliyi
kənd təsərrüfatı
texnologiya
komissiya
https://cdnn1.img.sputnik.az/img/30226/53/302265379_0:26:1000:589_1920x0_80_0_0_7a66eabcd656493b61dd9cebcc62dbee.jpg
BAKI, 31 oktyabr — Sputnik. Çində Avrasiya İqtisadi Komissiyasının (AİK) nümayəndələri Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) nümayəndələri ilə ərzaq təhlükəsizliyi və aqrar-sənaye kompleksinin inkişafı məsələlərini müzakirə ediblər. Tədbirlər çərçivəsində kənd təsərrüfatı sahəsində yeni və yüksək texnologiyaların sərgisi, həmçinin ŞƏT-in müasir kənd təsərrüfatının inkişafına dair dəyirmi masa keçirilib. AİK nümayəndələri ŞƏT ölkələrinin aqrar texnologiyaların mübadiləsi və təlim təcrübəsi ilə tanış olublar, həmçinin yüksək texnologiyalı kənd təsərrüfatı istehsalı sənaye zonasına da baxış keçiriblər. Bundan əlavə, AİK nümayəndələri ilə ŞƏT Baş katibinin müavini Nuran Niyazəliyev ilə Qazaxıstan, Qırğızıstan və Rusiya nümayəndə heyətlərinin rəhbərləri arasında işgüzar görüşlər keçirilib. Avrasiya İqtisadi Komissiyasının aqrar-sənaye siyasəti departamentinin direktor müavini Ayna Kusainova aqrar-sənaye kompleksinin davamlı inkişafının təmin edilməsi üçün Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələri arasında əməkdaşlıqdan danışıb. Aİİ 2015-ci il yanvarın 1-dən fəaliyyət göstərən beynəlxalq inteqrasiya iqtisadi birliyidir. Onun iştirakçıları Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstandır. Bu, malların, xidmətlərin, kapitalın və işçi qüvvəsinin sərbəst hərəkəti ilə ən böyük iqtisadi birliklərdən biridir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/30226/53/302265379_90:0:910:615_1920x0_80_0_0_d5307b462b5bc9a306399affba08d303.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
avrasiya iqtisadi ittifaqı, şanxay əməkdaşlıq təşkilatı, ərzaq təhlükəsizliyi, kənd təsərrüfatı, texnologiya, komissiya
avrasiya iqtisadi ittifaqı, şanxay əməkdaşlıq təşkilatı, ərzaq təhlükəsizliyi, kənd təsərrüfatı, texnologiya, komissiya
AİK və ŞƏT nümayəndələri aqrar-sənaye kompleksinin inkişafı məsələlərini müzakirə ediblər
AİK nümayəndələri ŞƏT ölkələrinin aqrar texnologiyalarının mübadiləsi sahəsində təcrübəsi ilə tanış olublar, həmçinin yüksək texnologiyalı kənd təsərrüfatı istehsalı sənaye zonasına da baxış keçiriblər.
BAKI, 31 oktyabr — Sputnik. Çində Avrasiya İqtisadi Komissiyasının (AİK) nümayəndələri Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) nümayəndələri ilə ərzaq təhlükəsizliyi və aqrar-sənaye kompleksinin inkişafı məsələlərini müzakirə ediblər.
Tədbirlər çərçivəsində kənd təsərrüfatı sahəsində yeni və yüksək texnologiyaların sərgisi, həmçinin ŞƏT-in müasir kənd təsərrüfatının inkişafına dair dəyirmi masa keçirilib.
AİK nümayəndələri ŞƏT ölkələrinin aqrar texnologiyaların mübadiləsi və təlim təcrübəsi ilə tanış olublar, həmçinin yüksək texnologiyalı kənd təsərrüfatı istehsalı sənaye zonasına da baxış keçiriblər.
Bundan əlavə, AİK nümayəndələri ilə ŞƏT Baş katibinin müavini Nuran Niyazəliyev ilə Qazaxıstan, Qırğızıstan və Rusiya nümayəndə heyətlərinin rəhbərləri arasında işgüzar görüşlər keçirilib.
Avrasiya İqtisadi Komissiyasının aqrar-sənaye siyasəti departamentinin direktor müavini Ayna Kusainova aqrar-sənaye kompleksinin davamlı inkişafının təmin edilməsi üçün Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələri arasında əməkdaşlıqdan danışıb.
"AİK və ŞƏT arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq, həmçinin 2025-ci ildə Aİİ və ŞƏT ölkələrinin ərzaq təhlükəsizliyi, kənd təsərrüfatının davamlı inkişafı üzrə birgə tədbirlərin keçirilməsi müzakirə edilib", - AİK-dən bildirilib.
Aİİ 2015-ci il yanvarın 1-dən fəaliyyət göstərən beynəlxalq inteqrasiya iqtisadi birliyidir. Onun iştirakçıları Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstandır. Bu, malların, xidmətlərin, kapitalın və işçi qüvvəsinin sərbəst hərəkəti ilə ən böyük iqtisadi birliklərdən biridir.