DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ ordusu Çinlə münaqişəyə hazırlaşır

© Photo : 1st Armored Divisio / Master Sgt. Alejandro LiceaАмериканские военные на юго-востоке Афганистана
Американские военные на юго-востоке Афганистана - Sputnik Azərbaycan, 1920, 31.10.2024
Abunə olmaq
Çin və ABŞ kimi nüvə silahına malik olan böyük dövlətlər arasında münaqişə "dəfələrlə daha təhlükəli" olacaq.
BAKI, 31 oktyabr — Sputnik. ABŞ silahlı qüvvələri Çinlə mümkün münaqişəyə hazırlaşır, hərbçilər Ukraynadakı münaqişəni müşahidədən qazanılmış taktikalar da daxil olmaqla, yeni taktika tətbiq edirlər. Bu barədə New York Times yazır.
Nəşr qeyd edir ki, ABŞ prezidentliyinə namizədlər Donald Tramp və Kamala Harrisin mövqeyi Ukrayna və Yaxın Şərqdəki münaqişələr məsələsində fərqli ola bilər, lakin noyabrda keçiriləcək seçkilərdə kimin qalib gəlməsindən asılı olmayaraq, ABŞ müharibəyə hazırlaşmağa davam edəcək.
"ABŞ Ordusu özünü və yüz minlərlə gənc kişi və qadını başqa bir müharibəyə - bu dəfə Çinlə potensial münaqişəyə hazırlayır. Belə bir münaqişə quruda, dənizdə, havada və kosmosda aparıla bilər. Beləliklə, ordu təlim keçir. Məhz buna hazırlaşmaq üçün hərbçilər Ukraynanın Rusiyaya qarşı döyüşlərini müşahidə etmək nəticəsində toplanmış yeni manevrlər üzərində işləyirlər", - materialda deyilir.
Nəşrin fikrincə, Çin və ABŞ kimi nüvə silahına malik olan böyük dövlətlər arasında münaqişə "dəfələrlə daha təhlükəli" olacaq. Qeyd edilir ki, bu, ABŞ hərbçiləri arasında indiyə qədər qeydə alınmayan itki səviyyəsinə gətirib çıxara bilər.
Tayvanın özünün müdafiə sistemləri olsa da, hərbi ekspertlər deyirlər ki, ABŞ-ın köməyi olmadan adanın Çinin potensial hücumunu dəf edə bilməyəcəyi ehtimalı azdır. Bundan əlavə, ABŞ siyasi dairələrində belə bir münaqişəyə müdaxilə etməsə, regionda hökmranlıq etmək imkanını itirəcəyi ilə bağlı narahatlıq var.
Nəşr vurğulayır ki, ABŞ-ın bölgədəki hərbçilərinin artıq təxminən 54 mini Yaponiyada və 25 mini Cənubi Koreyada, bir neçə mini də Filippində yerləşdirilib. Nəşr "General-mayor Robert Smolls" gəmisini münaqişə zamanı Amerika texnikasının regiona çatdırılması üçün vacib adlandırır.
Pekin Tayvanı ÇXR-in ayrılmaz hissəsi hesab edir və "vahid Çin" prinsipinə sadiqlik ÇXR ilə diplomatik əlaqələr qurmaq və ya saxlamaq istəyən digər dövlətlər üçün ilkin şərtdir. "Vahid Çin" prinsipi və Tayvanın müstəqilliyinin tanınmaması ABŞ tərəfindən də müxtəlif sahələrdə Taypey ilə sıx əlaqə saxlamasına və adayı silahla təmin etməsinə baxmayaraq, müşahidə olunur.
Tayvan ətrafında vəziyyət ABŞ Nümayəndələr Palatasının o zamankı spikeri Nensi Pelosinin 2022-ci il avqustun əvvəlində adaya səfərindən sonra xeyli pisləşib. Adanı öz əyalətlərindən biri hesab edən Çin Pelosinin səfərini ABŞ-ın Tayvan separatizminə dəstəyi kimi pisləyib və genişmiqyaslı hərbi təlimlər keçirib.
Xəbər lenti
0