CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Turizmdən ən çox qazanan hansı şəhərdir? Deputatdan açıqlama

© Official website of President of Azerbaijan Republicİçərişəhərin bir hissəsi aparılan bərpa-konservasiya işlərindən sonra
İçərişəhərin bir hissəsi aparılan bərpa-konservasiya işlərindən sonra - Sputnik Azərbaycan, 1920, 30.10.2024
Abunə olmaq
Vüqar Bayramovun sözlərinə görə, bu müddətdə hotellərin gəlirləri 26,7 faiz artaraq 468,5 milyon manat olub.
BAKI, 30 oktyabr — Sputnik. Azərbaycana gələn turistlərin 80 faizidən çoxu Bakı şəhərinə üstünlük verirlər.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu millət vəkili Vüqar Bayramov bildirib.
Bu o deməkdir ki, ölkəyə gələn hər 100 tursitdən cəmi 19-u Bakıdan kənara, rayonlara gedirlər. 2024-cü ilin ilk 9 ayında turistlərin ikinci ən çox üstünlük verdiyi rayon Qəbələdir. Azərbaycana gələnlərin 4,7 faizi sözügedən rayonda qalıblar.
Deputatın sözlərinə görə, bütövlükdə, tursitlərin 4.3 faizi Qusarda, 3,7 faizi Naftalanda, 3,5 faizi Qubada, 0,6 faizi Şabranda, 2,2 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalara üstünlük veriblər:

"Göründüyü kimi, bölgələrimiz xarici turist cəlb etməkdə paytaxt hotellərində yenə də uduzurlar. Paytaxtın infrastrukturunu nəzərə aldıqda bu normal qarşılana bilsə də regional gecələmə sayında fərqin böyük olması diqqəti çəkir. Təəssüf ki, hələ də bölgələr turizm potensialını tam təqdim edə bilmirlər və da xarici turist cəlbində çətinlik yaradır. Digər tərəfdən, əksər rayonlarda turizm xidmətlərinin qiyməti yüksək olaraq qalmaqdadır. Keyfiyyət isə hələ də standartlardan geri qalır".

Deputat bildirib ki, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı 2023-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə 27,0 faiz artaraq 1 milyon 772 min olub.
"Azərbaycanda hotellərə üstünlük verən əcnəbilər arasında Hindistan birincidir. Ümumi sayının 19,9 faizi Hindistan, 13,8 faizi Rusiya, 8,7 faizi Səudiyyə Ərəbistanı, 7,0 faizi Türkiyə, 5,6 faizi Birləşmiş Ərəb Əmirlikləri, 3,6 faizi ABŞ, 3,0 faizi Küveyt, 2,8 faizi Qazaxıstan, 2,5 faizi İsrail, 2,5 faizi Böyük Britaniya, 2,4 faizi Pakistan, 2,2 faizi Özbəkistan, 2,1 faizi Çin, 1,3 faizi Almaniya, 1,1 faizi İtaliya, 21,5 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşüb", millət vəkili əlavə edib.
Onun sözlərinə görə, bu müddətdə hotellərin gəlirləri 26,7 faiz artaraq 468,5 milyon manat olub. Göründüyü kimi, hotellərin gəlirlərinin artmasına baxmayaraq yenə də əsas qazanc Bakı mehmanxanalarının payına düşüb.
Dövlət Turizm Agentliyinin məlumatına görə. bu ilin yanvar-avqust aylarında Azərbaycana 1 milyon 748 min 032 xarici vətəndaş səfər edib.
Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 30% çoxdur.
Təkcə avqust ayında ölkəyə 245337 nəfər gəlib. Bu da ötənilki göstəriciyə nisbətən 23% çoxdur.
Ötən ay Azərbaycana ən çox turist 63339 nəfər olmaqla Rusiyadan gəlib. İkinci yerdə Türkiyə (34174 nəfər), üçüncü yerdə isə Hindistan (21137 nəfər) qərarlaşıb.
Bu dövrdə İrandan 17,6 min, Səudiyyə Ərəbistandan 13,5 min, Gürcüstandan 9,9 min, Pakistandan 9,3 min, Qazaxıstandan 9,3 min, Birləşmiş Ərəb Əmirliklərindən 5,4 min, Küveytdən 5,1 min, Çindən 4,9 min, Omandan 4,6 min, Özbəkistandan 4,2 min, İsraildən 4 min, Ukraynadan 3,4 min turist gəlib.
Xatırladaq ki, Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2024-cü ilin yanvar-iyul aylarında Azərbaycan Respublikasına dünyanın 182 ölkəsindən 1 milyon 502 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 31,4 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Hindistanlı turistlərin üstünlük verdiyi istiqamət - Bakı
Ötən ayda açıqlanan məlumata görə, Bakı hindistanlı turistlərin üstünlük verdikləri istiqamətlər sırasında ilk üçlükdə qərarlaşıb. Bu, metaaxtarış mühərriki funksiyasını daşıyan, aviabiletlərin alınması, hotel və avtomobil icarəsini müqayisəli formada əlçatan edən "Skyscanner" platformasının bu il üzrə yayımladığı səyahət trendləri hesabatında hindistanlı turistlərin səyahət davranışı və tərcihləri haqqında məlumat və tendensiyalar əksini tapıb.
Platformanın hesabatına əsasən, Bakı şəhəri hindistanlı turistlər arasında populyar istiqamətlərdən biridir və çox axtarılan istiqamətlər siyahısında üçüncü yerdə qərarlaşır.
Belə ki, platformada Bakı şəhəri üzrə axtarış marağı 438 % artıb. Birinci və ikinci sırada isə müvafiq olaraq Vyetnamın Da Nanq, Qazaxıstanın Almatı şəhəri yer alır.
Hesabatda bildirilir ki, Hindistandan Bakıya aviareyslərin qiymətlərində də 22 % ucuzlaşma qeydə alınıb və bu, Bakını hindistanlı turistlər üçün əlçatan istiqamətlərdən birinə çevirir.
Həmçinin hesabata görə, hindistanlı səyahətçilərin 86 %-i bu il 2023-cü illə müqayisədə eyni sayda və ya daha çox xaricə səyahət etməyi, 63 %-i səyahətə ötən ildən daha çox büdcə ayırmağı planlaşdırır. Onların 43 %-i destinasiyanın cəlbediciliyini və atmosferini mühüm amil kimi qiymətləndirirlər. Səyahət zamanı ediləcək ən məşhur fəaliyyətlərə gəldikdə isə alış-veriş (49 %), tarixi turlar (45 %) və yerli yeməklərin dadına baxmaq (38 %) prioritetdir.
Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında Azərbaycana səfər edən Hindistan vətəndaşlarının sayı 139 109 nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 151% artımdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0