https://sputnik.az/20241030/tarixde-bu-gun-30-oktyabr--foto-468373238.html
Tarixdə bu gün: 30 oktyabr – FOTO
Tarixdə bu gün: 30 oktyabr – FOTO
Sputnik Azərbaycan
Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun. 30.10.2024, Sputnik Azərbaycan
2024-10-30T08:00+0400
2024-10-30T08:00+0400
2024-10-30T08:00+0400
azərbaycan
cəmiyyət
tarixdə bu gün
oktyabr
oktyabr ayı
dieqo maradona
https://cdnn1.img.sputnik.az/img/07e8/0a/02/467815139_42:0:1158:628_1920x0_80_0_0_846036bf38473a59af05c62badfa6532.jpg
BAKI, 30 oktyabr — Sputnik. Oktyabrın 30-da bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib. Oktyabrın 30-da kimlər anadan olub? Roqvold Suxoverko (1941-2015) - Sovet və Rusiya teatr və kino aktyoru, RF əməkdar artistidir. O, "Cərrah Mişkinin günləri", "Zərif dövr", "Sərfəli müqavilə" və s. filmlərdə rol alıb. Dieqo Maradona (1960-2020) - argentinalı keçmiş futbolçu və məşqçidir. O, "Arxentinos Xuniors", "Boka Xuniors", "Barselona", "Napoli", "Sevilya" və "Nyuells Old Boyz" klublarında, eləcə də Argentina millisində çıxış edib. Bu komandada futbolçu 91 oyun keçirib və 34 qol vurub. Tomas Morqenştern (1986) - Avstriyalı xizəklə tullanma üzrə idmançıdır. O, üçqat Olimpiya çempionu, dəfələrlə dünya çempionu və 23 qat Dünya Kubokunun qalibidir. 30 oktyabr tarixində dünyada baş verən tarixi hadisələr 1888-ci ildə amerikalı Con Laud diyircəkli qələmi patentləşdirib. 1961-ci ildə SSRİ-də dünyanın ən güclü "Çar-bomba" AN602 termonüvə bombası sınaqdan keçirilib. 1967-ci ildə kosmosda ilk dəfə "Kosmos-186" və "Kosmos-188" sovet kosmik aparatlarının avtomatik birləşməsi baş tutub. 1998-ci ildə İsveçin Göteborq şəhərində gənclərin olduğu diskotekada yanğın baş verib. Yanğın və tüstüdən 63 yeniyetmə həlak olub. 2015-ci ildə Rumıniyanın Buxarest şəhərində "Colectiv" klubunda yanğın baş verib. Yanğın nəticəsində 64 nəfər həyatını itirib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan ordusu Cəbrayıl rayonunun Xudaverdili, Qurbantəpə, Şahvələdli, Xubyarlı kəndləri, Zəngilan rayonunun Aladin, Vejnəli kəndləri, Qubadlı rayonunun Kavdadıq, Məmər, Mollalı kəndlərini erməni işğalından azad edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/0a/02/467815139_182:0:1019:628_1920x0_80_0_0_b51df138d126322f6d6c8742a78a6885.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan, tarixdə bu gün , oktyabr, oktyabr ayı, dieqo maradona
azərbaycan, tarixdə bu gün , oktyabr, oktyabr ayı, dieqo maradona
Tarixdə bu gün: 30 oktyabr – FOTO
Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun.
BAKI, 30 oktyabr — Sputnik. Oktyabrın 30-da bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Oktyabrın 30-da kimlər anadan olub?
Roqvold Suxoverko (1941-2015) - Sovet və Rusiya teatr və kino aktyoru, RF əməkdar artistidir. O, "Cərrah Mişkinin günləri", "Zərif dövr", "Sərfəli müqavilə" və s. filmlərdə rol alıb.
Dieqo Maradona (1960-2020) - argentinalı keçmiş futbolçu və məşqçidir. O, "Arxentinos Xuniors", "Boka Xuniors", "Barselona", "Napoli", "Sevilya" və "Nyuells Old Boyz" klublarında, eləcə də Argentina millisində çıxış edib. Bu komandada futbolçu 91 oyun keçirib və 34 qol vurub.
Tomas Morqenştern (1986) - Avstriyalı xizəklə tullanma üzrə idmançıdır. O, üçqat Olimpiya çempionu, dəfələrlə dünya çempionu və 23 qat Dünya Kubokunun qalibidir.
30 oktyabr tarixində dünyada baş verən tarixi hadisələr
1888-ci ildə amerikalı Con Laud diyircəkli qələmi patentləşdirib.
1961-ci ildə SSRİ-də dünyanın ən güclü "Çar-bomba" AN602 termonüvə bombası sınaqdan keçirilib.
1967-ci ildə kosmosda ilk dəfə "Kosmos-186" və "Kosmos-188" sovet kosmik aparatlarının avtomatik birləşməsi baş tutub.
1998-ci ildə İsveçin Göteborq şəhərində gənclərin olduğu diskotekada yanğın baş verib. Yanğın və tüstüdən 63 yeniyetmə həlak olub.
2015-ci ildə Rumıniyanın Buxarest şəhərində "Colectiv" klubunda yanğın baş verib. Yanğın nəticəsində 64 nəfər həyatını itirib.
2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan ordusu Cəbrayıl rayonunun Xudaverdili, Qurbantəpə, Şahvələdli, Xubyarlı kəndləri, Zəngilan rayonunun Aladin, Vejnəli kəndləri, Qubadlı rayonunun Kavdadıq, Məmər, Mollalı kəndlərini erməni işğalından azad edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.