DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Rusiya və Çin ədalətli təhlükəsizlik sistemi yaratmaq üçün əməkdaşlığı davam etdirəcəklər

© Sputnik / Виталий БелоусовRusiya və Çin
Rusiya və Çin - Sputnik Azərbaycan, 1920, 30.10.2024
Abunə olmaq
Tərəflər subregionda gərginliyin artması ilə bağlı ciddi narahatlığını ifadə ediblər.
BAKI, 30 oktyabr — Sputnik. Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko və Çin hökumətinin Koreya yarımadasının işləri üzrə xüsusi nümayəndəsi Lyu Syaominq məsləhətləşmələr aparıblar. Bu məsləhətləşmələr zamanı tərəflər Koreya yarımadasında sülhün və sabitliyin qorunmasının yolunun ABŞ-dan keçdiyini vurğulayıblar. Belə ki, ABŞ blok qarşıdurma kursundan imtina etməlidir.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc olunan mesajda söhbət açılıb.
"Koreya yarımadasında sülhün və sabitliyin qorunması, irimiqyaslı silahlı münaqişə risklərinin aradan qaldırılması yolunun Vaşinqtonun və müttəfiqlərinin blok qarşıdurması kursundan imtina etməsi və soyuq müharibə ruhunda qarşıdurmaya səbəb olan "qaydalara əsaslanan dünya nizamı" tətbiq etmək istəyi ilə həyata keçirildiyi vurğulanıb" – sənəddə deyilib.
Həmçinin bildirilib ki, Rusiya və Çin Koreya yarımadasında və Şimal-Şərqi Asiya regionunda ədalətli bölünməz təhlükəsizlik sisteminin yaradılması maraqları naminə BMT də daxil olmaqla sıx əlaqələndirmə və qarşılıqlı əlaqəni davam etdirəcəklər.
"Tərəflər subregionda gərginliyin artması ilə bağlı ciddi narahatlığını ifadə ediblər. Bunun səbəbləri ABŞ və müttəfiqlərinin birgə hərbi fəaliyyətinin təhlükəli şəkildə artırılması, habelə onların Şimal-Şərqi Asiyanın digər ölkələrinin təhlükəsizliyinin zərərinə olan hərbi-siyasi ittifaqlar qurmasıdır" - bəyanatda bildirilib.
Daha əvvəl Çində dünyanın ilk uçan avtomobil zavodunun tikintisinə başlanıldığı barədə məlumat verilmişdi.
Xəbər lenti
0