https://sputnik.az/20241030/rusiya-ukrayna-ordusunun-serq-cebhesini-darmadagin-edib--468376169.html
Rusiya Ukrayna ordusunun şərq cəbhəsini darmadağın edib
Rusiya Ukrayna ordusunun şərq cəbhəsini darmadağın edib
Sputnik Azərbaycan
Rusiyanın şərqdən, cənubdan və şimaldan sinxronlaşdırılmış zərbələri Ukrayna qoşunlarının döyüş potensialını və manevr qabiliyyətini kəskin şəkildə zəiflədib. 30.10.2024, Sputnik Azərbaycan
2024-10-30T08:42+0400
2024-10-30T08:42+0400
2024-10-30T08:42+0400
müdafiə nazirinin müavini, general-mayor mahmud şeyxhəsəni
təhlil
nato
donbas
cosep borrel
ukrayna
vladimir zelenski
https://cdnn1.img.sputnik.az/img/07e8/09/11/467468880_0:49:3150:1820_1920x0_80_0_0_5629d9bb90bc745be23f2167bff32a8c.jpg
Rusiya qoşunlarının xüsusi hərbi əməliyyat (XHƏ) zonasında hücum tempi durmadan artır. Ukrayna ordusunun şərq cəbhəsi Rusiya Silahlı Qüvvələrinin zərbələri altında darmadağın olub, son dörd gün ərzində Donbasın 9 yaşayış məntəqəsi azad edilib. Kiyev rejimi çarəsiz vəziyyətdə banderaçıların müvəqqəti işğal etdiyi Donetskin cəbhəyanı şəhərlərindən dinc sakinləri məcburi təxliyə etməyə hazırlaşır. Rusiya ordusu oktyabrın əvvəlində iki ildən çox davam edən şiddətli döyüşlərin getdiyi Uqledar şəhərini azad edib. Bu, cənubda, Uqledardan şimalda Pokrovska qədər 60 km-dən çox uzanan cəbhə xəttində genişmiqyaslı hücum əməliyyatının başlanğıcı olub. Ortamüddətli perspektivdə, 2024-cü ilin sonuna qədər Pokrovsk şəhərinin azad edilməsi Rusiya ordusunun prioritet məqsədi olaraq qalır. Bu, Slavyanskdan cənubda yerləşən "qalalar kəmərinin" əsas istehkamlarından biridir. Təsadüfi deyil ki, Pokrovsk istiqamətində Vaşinqton tərəfindən Kiyev rejiminə verilən üç "Abrams" tankı qısa müddətdə "demilitarizasiya edilib". Selidovo və Vişnevoye şəhərləri tamamilə azad edilib və təmizlənib. Selidovo şəhərində Rusiya Silahlı Qüvvələri Pokrovsk istiqamətində sonrakı hərəkət üçün əlverişli əməliyyat meydanı əldə ediblər. Oktyabrın 28-də Rusiya Silahlı Qüvvələri Tsukurino kəndini azad edərək yaxınlıqdakı Qornyak şəhərində banderaçıları təmizləyirlər. Tsukurinonun azad edilməsindən sonra Rusiya qoşunlarının şimaldan Kuraxovoya çıxması ilə Novoselidovkaya sıçrayış ehtimalı var. Boqoyavlenkada ukraynalı işğalçılar uzun müddət qala bilməyiblər, bu da Rusiya Silahlı Qüvvələrinə Ukrayna Silahlı Qüvvələri (USQ) üçün ən vacib olan Velikaya Novoselka-Kuraxovo avtomobil yolunun bir hissəsini atəşə tutmağa imkan verib. Sonra isə Şaxtyorskoyedə bu yol düşmən üçün tamamilə bağlanıb. Rusiya qoşunları oktyabrın 24-də Kuraxovonun şərq hissəsinə hücum etməyə başlayıblar. USQ-nin 46-cı aeromobil briqadasının bu şəhərdəki mövqelərinə demək olar ki, hər gün 3000 kq-a qədər kalibrli Rusiya aviabombaları uçur. Kuraxovdan cənubda Rusiya Silahlı Qüvvələrinin qabaqcıl bölmələri Velikaya Novoselkada əməliyyat meydanını genişləndirərək Yasnaya Polyana və Şaxtyorskoyeyə daxil olublar. "Vostok" qoşun qrupu Cənubi-Donetsk (Uqledar) istiqamətində irəliləyərək Ukrayna Silahlı Qüvvələrinin müdafiəsini darmadağın edib, Uqledarın qərbində, 25 km-lik cəbhə boyunca və 8 km-lik dərinlikdə düşmənin müdafiə xəttində üç mühüm irəliləyişi həyata keçirib. Bu yaxınlarda Ukrayna Silahlı Qüvvələrinin möhkəmləndirilmiş ərazilərinə çevrilmiş üç mühüm yaşayış məntəqəsinə (Şaxtyorskoye, Novoukrainka, Boqoyavlenka) nail olmaq mümkün olub. Rusiya ordusu eyni vaxtda bir neçə sahədə təzyiq göstərir, USQ-ni manevr etməyə və ehtiyatları tükəndirməyə məcbur edir. Dnepr nə qədər yaxın olarsa, Rusiya qoşunları üçün açıq landşaft bir o qədər əlverişlidir. Ukrayna ordusu açıq sahədə zəif döyüşür, onlar Rusiya şəhərlərində və Donbasın mülki əhalisinin arxasında gizlənərək vuruşmağa üstünlük verirlər. Təsadüfi deyil ki, Donetskin rəhbərinin müşaviri İqor Kimakovski oktyabrın 28-də respublika ərazisinin tam azad edilməsinin "yaxın aylarda" baş tutacağını deyib. "Polad qala" yoxsa "Yeriyən qəsr"? Rusiyanın şərqdən, cənubdan və şimaldan (Xarkov vilayətində) sinxronlaşdırılmış zərbələri Ukrayna qoşunlarının döyüş potensialını və manevr qabiliyyətini kəskin şəkildə zəiflədib. USQ-nin şərq cəbhəsi o qədər açıq şəkildə "dağılıb" ki, hətta Ukrayna komandirləri belə bunu inkar etmirlər. General-polkovnik Dmitri Marçenko baş verənləri silah çatışmazlığı, insanların yorğunluğu və idarəetmənin olmaması ilə izah edir. Həmişə olduğu kimi Ukrayna Silahlı Qüvvələrinin əsas problemi Rusiya ordusunun atəş, taktiki və əməliyyat-strateji üstünlüyünün olmasıdır. NATO strateqləri və analitikləri USQ-nin Donbasdakı "polad qalasının" nə qədər dayana biləcəyini hesablamağa çalışırlar, burada Ukrayna briqadaları hər gün qərbə doğru 5 km-ə qədər geri çəkilirlər, Rusiya Silahlı Qüvvələri isə hər ay təqribən 500 kvadrat kilomet ərazini azad edirlər. "Bild" nəşri qeyd edir ki, USQ-nin Donbasdakı briqadaları hətta şəhərlərdə belə uzun müddət müdafiəni saxlamaq qabiliyyətini itiriblər. Qərbdə "Selidovo ilə bağlı vəziyyəti nəzərə alaraq" Zelenskinin düşüncə ilə Donbasdan əlini üzdüyünü anlayırlar. Kiyev rejimi cəbhə xəttinə yaxın yerləşən şəhər və kəndlərin sakinlərini (Pokrovsk, Mirnoqrad, Kuraxovo, Konstantinovka, Kupyansk) güllələnmə ilə qorxudaraq onların məcburi təxliyəsi haqqında qanun layihəsi hazırlayıb. Bu yaxınlarda ABŞ-ın "The Washington Post" qəzeti Ukrayna Silahlı Qüvvələrinin 68-ci briqadasının komandanlığına istinadən yazıb ki, Pokrovsk Ukrayna ordusu üçün artıq logistika qovşağı kimi itirilib: üç əsas yol kəsilib, körpülər uçurulub, Rusiya artilleriyası və dronları isə kommunikasiyalara "çata" bilər. Buna görə də banderaçılar özlərini müdafiə etməyə və yavaş-yavaş geri çəkilməyə məcbur olurlar. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Dnepropetrovsk vilayətində və Rusiyanın Zaporojye ərazisinin işğal olunmuş hissəsində eşelonlaşdırılmış müdafiə hazırlayır. Bu yaxınlarda Kiyevdə Rusiya Silahlı Qüvvələrinin məhz Zaporojye vilayətində yeni hücuma keçə biləcəyini bildiriblər. Paradoksal "Bild" Moskvanın Xarkov vilayətində irəliləməsini prioritet hesab edir. Nə olursa olsun, Ukrayna Silahlı Qüvvələrinin "polad qalası" gözümüzün önündə "yeriyən qəsrə" çevrilir (Miyadzaki cizgi filmindən). Rusiya qoşunlarının Donbasda sürətlə irəliləməsi Ukrayna Silahlı Qüvvələrini, bütün Ukrayna cəmiyyətini və Qərb "donorlarını" ruhdan salır. Zelenski onun yaratdığı "müvəffəqiyyətin teatral dekorasiyası"nın cəbhə ilə birlikdə dağılacağından və Kiyevin əsas "Urfin Cyus"un, bir çox Qərb kuratorlarının və kreditorlarının dəfn olunacağından qorxur. Avropa İttifaqın (Aİ) baş diplomatı Josep Borrell bildirib ki, Ukraynadakı hərbi münaqişə arxa plana keçib və bu gün Yaxın Şərqdəki qarşıdurma dünyanın diqqət mərkəzindədir. Borrell və onun kimilərin Avropa reallığının qəsdən təhrif edilməsi Rusiya ilə proksi-müharibəsində məğlubiyyətin ölümcül dəhşətini və şiddətli qisas gözləməsini əks etdirir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aleksandr Xrolenko
https://cdnn1.img.sputnik.az/img/41251/68/412516881_698:0:2365:1667_100x100_80_0_0_d42f2e228c9e221ad329811bf71fb976.jpg
Aleksandr Xrolenko
https://cdnn1.img.sputnik.az/img/41251/68/412516881_698:0:2365:1667_100x100_80_0_0_d42f2e228c9e221ad329811bf71fb976.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/09/11/467468880_130:0:2861:2048_1920x0_80_0_0_e7e37938c7ea92e595e4679d9d7c99bf.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aleksandr Xrolenko
https://cdnn1.img.sputnik.az/img/41251/68/412516881_698:0:2365:1667_100x100_80_0_0_d42f2e228c9e221ad329811bf71fb976.jpg
müdafiə nazirinin müavini, general-mayor mahmud şeyxhəsəni, nato, donbas, cosep borrel , ukrayna, vladimir zelenski
müdafiə nazirinin müavini, general-mayor mahmud şeyxhəsəni, nato, donbas, cosep borrel , ukrayna, vladimir zelenski
Rusiya Ukrayna ordusunun şərq cəbhəsini darmadağın edib
Rusiyanın şərqdən, cənubdan və şimaldan sinxronlaşdırılmış zərbələri Ukrayna qoşunlarının döyüş potensialını və manevr qabiliyyətini kəskin şəkildə zəiflədib.
Rusiya qoşunlarının xüsusi hərbi əməliyyat (XHƏ) zonasında hücum tempi durmadan artır. Ukrayna ordusunun şərq cəbhəsi Rusiya Silahlı Qüvvələrinin zərbələri altında darmadağın olub, son dörd gün ərzində Donbasın 9 yaşayış məntəqəsi azad edilib. Kiyev rejimi çarəsiz vəziyyətdə banderaçıların müvəqqəti işğal etdiyi Donetskin cəbhəyanı şəhərlərindən dinc sakinləri məcburi təxliyə etməyə hazırlaşır.
Rusiya ordusu oktyabrın əvvəlində iki ildən çox davam edən şiddətli döyüşlərin getdiyi Uqledar şəhərini azad edib. Bu, cənubda, Uqledardan şimalda Pokrovska qədər 60 km-dən çox uzanan cəbhə xəttində genişmiqyaslı hücum əməliyyatının başlanğıcı olub. Ortamüddətli perspektivdə, 2024-cü ilin sonuna qədər Pokrovsk şəhərinin azad edilməsi Rusiya ordusunun prioritet məqsədi olaraq qalır. Bu, Slavyanskdan cənubda yerləşən "qalalar kəmərinin" əsas istehkamlarından biridir. Təsadüfi deyil ki, Pokrovsk istiqamətində Vaşinqton tərəfindən Kiyev rejiminə verilən üç "Abrams" tankı qısa müddətdə "demilitarizasiya edilib".
Selidovo və Vişnevoye şəhərləri tamamilə azad edilib və təmizlənib. Selidovo şəhərində Rusiya Silahlı Qüvvələri Pokrovsk istiqamətində sonrakı hərəkət üçün əlverişli əməliyyat meydanı əldə ediblər. Oktyabrın 28-də Rusiya Silahlı Qüvvələri Tsukurino kəndini azad edərək yaxınlıqdakı Qornyak şəhərində banderaçıları təmizləyirlər. Tsukurinonun azad edilməsindən sonra Rusiya qoşunlarının şimaldan Kuraxovoya çıxması ilə Novoselidovkaya sıçrayış ehtimalı var.
Boqoyavlenkada ukraynalı işğalçılar uzun müddət qala bilməyiblər, bu da Rusiya Silahlı Qüvvələrinə Ukrayna Silahlı Qüvvələri (USQ) üçün ən vacib olan Velikaya Novoselka-Kuraxovo avtomobil yolunun bir hissəsini atəşə tutmağa imkan verib. Sonra isə Şaxtyorskoyedə bu yol düşmən üçün tamamilə bağlanıb. Rusiya qoşunları oktyabrın 24-də Kuraxovonun şərq hissəsinə hücum etməyə başlayıblar. USQ-nin 46-cı aeromobil briqadasının bu şəhərdəki mövqelərinə demək olar ki, hər gün 3000 kq-a qədər kalibrli Rusiya aviabombaları uçur. Kuraxovdan cənubda Rusiya Silahlı Qüvvələrinin qabaqcıl bölmələri Velikaya Novoselkada əməliyyat meydanını genişləndirərək Yasnaya Polyana və Şaxtyorskoyeyə daxil olublar.
"Vostok" qoşun qrupu Cənubi-Donetsk (Uqledar) istiqamətində irəliləyərək Ukrayna Silahlı Qüvvələrinin müdafiəsini darmadağın edib, Uqledarın qərbində, 25 km-lik cəbhə boyunca və 8 km-lik dərinlikdə düşmənin müdafiə xəttində üç mühüm irəliləyişi həyata keçirib. Bu yaxınlarda Ukrayna Silahlı Qüvvələrinin möhkəmləndirilmiş ərazilərinə çevrilmiş üç mühüm yaşayış məntəqəsinə (Şaxtyorskoye, Novoukrainka, Boqoyavlenka) nail olmaq mümkün olub.
Rusiya ordusu eyni vaxtda bir neçə sahədə təzyiq göstərir, USQ-ni manevr etməyə və ehtiyatları tükəndirməyə məcbur edir. Dnepr nə qədər yaxın olarsa, Rusiya qoşunları üçün açıq landşaft bir o qədər əlverişlidir. Ukrayna ordusu açıq sahədə zəif döyüşür, onlar Rusiya şəhərlərində və Donbasın mülki əhalisinin arxasında gizlənərək vuruşmağa üstünlük verirlər. Təsadüfi deyil ki, Donetskin rəhbərinin müşaviri İqor Kimakovski oktyabrın 28-də respublika ərazisinin tam azad edilməsinin "yaxın aylarda" baş tutacağını deyib.
"Polad qala" yoxsa "Yeriyən qəsr"?
Rusiyanın şərqdən, cənubdan və şimaldan (Xarkov vilayətində) sinxronlaşdırılmış zərbələri Ukrayna qoşunlarının döyüş potensialını və manevr qabiliyyətini kəskin şəkildə zəiflədib. USQ-nin şərq cəbhəsi o qədər açıq şəkildə "dağılıb" ki, hətta Ukrayna komandirləri belə bunu inkar etmirlər. General-polkovnik Dmitri Marçenko baş verənləri silah çatışmazlığı, insanların yorğunluğu və idarəetmənin olmaması ilə izah edir. Həmişə olduğu kimi Ukrayna Silahlı Qüvvələrinin əsas problemi Rusiya ordusunun atəş, taktiki və əməliyyat-strateji üstünlüyünün olmasıdır.
NATO strateqləri və analitikləri USQ-nin Donbasdakı "polad qalasının" nə qədər dayana biləcəyini hesablamağa çalışırlar, burada Ukrayna briqadaları hər gün qərbə doğru 5 km-ə qədər geri çəkilirlər, Rusiya Silahlı Qüvvələri isə hər ay təqribən 500 kvadrat kilomet ərazini azad edirlər. "Bild" nəşri qeyd edir ki, USQ-nin Donbasdakı briqadaları hətta şəhərlərdə belə uzun müddət müdafiəni saxlamaq qabiliyyətini itiriblər. Qərbdə "Selidovo ilə bağlı vəziyyəti nəzərə alaraq" Zelenskinin düşüncə ilə Donbasdan əlini üzdüyünü anlayırlar. Kiyev rejimi cəbhə xəttinə yaxın yerləşən şəhər və kəndlərin sakinlərini (Pokrovsk, Mirnoqrad, Kuraxovo, Konstantinovka, Kupyansk) güllələnmə ilə qorxudaraq onların məcburi təxliyəsi haqqında qanun layihəsi hazırlayıb.
Bu yaxınlarda ABŞ-ın "The Washington Post" qəzeti Ukrayna Silahlı Qüvvələrinin 68-ci briqadasının komandanlığına istinadən yazıb ki, Pokrovsk Ukrayna ordusu üçün artıq logistika qovşağı kimi itirilib: üç əsas yol kəsilib, körpülər uçurulub, Rusiya artilleriyası və dronları isə kommunikasiyalara "çata" bilər. Buna görə də banderaçılar özlərini müdafiə etməyə və yavaş-yavaş geri çəkilməyə məcbur olurlar.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Dnepropetrovsk vilayətində və Rusiyanın Zaporojye ərazisinin işğal olunmuş hissəsində eşelonlaşdırılmış müdafiə hazırlayır. Bu yaxınlarda Kiyevdə Rusiya Silahlı Qüvvələrinin məhz Zaporojye vilayətində yeni hücuma keçə biləcəyini bildiriblər. Paradoksal "Bild" Moskvanın Xarkov vilayətində irəliləməsini prioritet hesab edir. Nə olursa olsun, Ukrayna Silahlı Qüvvələrinin "polad qalası" gözümüzün önündə "yeriyən qəsrə" çevrilir (Miyadzaki cizgi filmindən).
Rusiya qoşunlarının Donbasda sürətlə irəliləməsi Ukrayna Silahlı Qüvvələrini, bütün Ukrayna cəmiyyətini və Qərb "donorlarını" ruhdan salır. Zelenski onun yaratdığı "müvəffəqiyyətin teatral dekorasiyası"nın cəbhə ilə birlikdə dağılacağından və Kiyevin əsas "Urfin Cyus"un, bir çox Qərb kuratorlarının və kreditorlarının dəfn olunacağından qorxur.
Avropa İttifaqın (Aİ) baş diplomatı Josep Borrell bildirib ki, Ukraynadakı hərbi münaqişə arxa plana keçib və bu gün Yaxın Şərqdəki qarşıdurma dünyanın diqqət mərkəzindədir. Borrell və onun kimilərin Avropa reallığının qəsdən təhrif edilməsi Rusiya ilə proksi-müharibəsində məğlubiyyətin ölümcül dəhşətini və şiddətli qisas gözləməsini əks etdirir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.